Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1548/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Bərdə rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru İddiaçı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr " tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, UAZ-396295-449 markalı avtomobilin dövlət qeydiyyatına alınması, məhkəmədə həmin avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyata aparılmasının təmin edilməsi məsələsinə baxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmişdir: İddiaçı tərəfindən verilmiş ərizədə cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan və ona qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya qeydiyyatda olduğu yer qeyd olunmalıdır. Bundan başqa iddia ərizəsinin məhkəmə verilməsi ilə bağlı dövlət rüsumu iddia ərizəsinə əlavə olunmamışdır. MPM-nin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Həmçinin iddia ərizəsinin mahiyyətindən görünür ki, tərəflər hüquq şəxsdir və mübahisə avtomobilin dövlət qeydiyyatının aparılması ilə bağlı yaranmışdır.Buna görə məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan inzibati məhkəməyə müaciət olunmalıdır. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Bərdə rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru İddiaçı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr " tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Bərdə rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru İddiaçı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr " tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1548/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1548/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver