Məhkəmə qərarları › İş №2(021)-1550/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1550/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1550/2022 19.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 19 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və ondan doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən razılıqları və xəbərləri olmadan onların qeydiyyatda olduqları və nikah dövründə birgə yaşayış torpaqları olan, Bərdə şəhəri, Yenidaşkənd kəndində yerləşən 0,2 ha torpağın Cavabdeh2 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlar uzun illərdir ki, Bərdə rayonu Yenidaşkənd kəndində yaşamışlar. Həyat yoldaşı Cavabdeh1 ilə güc-bəla ilə, minbir əziyyətlə bu evi tikmişlər. Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən, 0.20 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində tikilmiş bu evdə yaşamışlar, övladlarını bu evdə böyütmüşlər. Yaşayış evləri və qeydiyyat ünvanları bu evdir. Onların övladları bu evdə dünyaya gəlmişdir və həmin həyətə məxsus evdə yaşamışdır. Bütün bunlar eyni olaraq onların yaşadıqları, övladlarını böyüdüb boyabaşa çatdırdıqları evdən cavabdeh müəyyən məqsədlər güdərək onları isti yurdyuvalarından xəbərsiz həmin evi satmışdır. O, Cavabdeh1 ilə 1992-ci il iyun ayının 16-sı rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Onların ailəsinin iki yaşayış həyəti olmuşdur. Hal-hazırda satılan ev iki otaqdan ibarətdir və əlavə yardımçı binalardan ibarətdir. Hal-hazırda yaşadıqları ev qaynatası Mirzəyev Hüseynə aiddir. Yaşadıqları hal-hazırkı ev yarımçıqdır, bir otaqdan ibarətdir. Çox şəraitsiz vəziyyətdədir. Onlar bu alqı-satqını ona görə gec bilmişlər ki, onların başqa yerdə evləri olmuşdur. Hal-hazırda satılan torpağa təsadüf hallarda gəlib-getmişlər. Onun cehiz əşyaları, bütün məişət avadanlıqları həmin satılmış torpağın üzərində tikilmiş evdədir. Bu torpağın satılmasını kənar şəxslərdən eşitmişlər. Həmin alqı-satqı müqaviləsinə onlar imza etməmişlər. Bu mülkiyyətin satılmasına da ailəlikcə çox narazıdırlar. Bütün ailənin o torpaqda payı vardır. Heç bir dövlət orqanı tərəfindən onlara məlumat verilməmişdir. Onların şəxsiyyət vəsiqələrində hər hansı bir texniki səhv, yanlışlıq yoxdur, onların qeydiyyatları həyat yoldaşına məxsus olan bu evdədir. Onların bütün şəxsi əşyaları indiyədək bu evdə olmuşdur. Evlərini heç vaxt daimi tərk etməmişlər. Yalnız ailə vəziyyəti ilə bağlı müvəqqəti olaraq evdən müxtəlif vaxtlarda çıxmışlar. Həyat yoldaşı, övladları və o bu torpağın üzərində tikilmiş evin qeydiyyatdadırlar. Şərh edilənlərdən göründüyü kimi Cavabdeh1 tərəfindən onların qeydiyyatda olduqları və yaşayış evləri satılmaqla demək olar ki, ailəvi hüquqları açıq-aşkar pozulmuşdur. Beləliklə sadalananlardan göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bərdə rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahəsini Cavabdeh2 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” həmin evdə qeydiyyatda olan yetkinlik yaşda olan şəxslər barədə məlumatın gizlədilərək, qanun pozuntusu ilə həyata keçirilmiş, onların yaşadıqları mənzilə olan konstitusion hüquqlarının pozulmasına səbəb olmuş əqiddir, bu baxımdan etibarsız hesab edilməlidir. Temurov X3 Mətanət Nadir qızına və İddiaçı2 qarşı “torpaqdan çıxarılma” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və hazırkı iş üzrə cavabdehlər-İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara qarşı iddia qaldıraraq “Cavabdeh1 tərəfindən razılıqları və xəbərləri olmadan onların qeydiyyatda olduqları və nikah dövründə birgə yaşadıqları Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən evin cavabdeh X1 dair AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli, “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab etməsinə dair qətnamə çıxarılmasını” xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası əsassızdır və onun iddiasına qarşı aşağıdakıları göstərirlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsidən görünür ki, sözügedən torpaq sahəsini Cavabdeh1 notarial qaydada almışdır. Həmin müqaviləyə əsasən 0,20 ha torpaq sahəsi alsa da, faktiki olaraq 0,12 ha torpaq sahəsinə sahib çıxmışdır. Dəfələrlə qalan 0,08 ha torpaq sahəsinin onun sahibliyinə verilməsini xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hesab edir ki, hazırki iş üzrə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 onun 0,12 ha torpaq sahəsini onun faktiki mülkiyyətinə verməmək üçün belə formal iddia qaldırmışlar. Mülkiyyət hüquqlarını pozduqlarından onların ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbim təmin edilməlidir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1550/2022 saylı qərardadı ilə X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasında digər Cavabdeh1 nümayəndəsi X8 iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi . O bildirdi ki, həmin həyətyanı torpaq sahəsinin 0,8 ha hissə Afət adlı şəxsə çoxdan satılıb, o vəfat edib, lakin Afətin 2 uşağı nənələri ilə birlikdə həmin torpaq sahəsində yerləşən tikilidə yaşayır. Qardaşı olan Aydın heç kimin xəbəri olmadan həmin torpaq sahəsini 0,12 ha hissəsini Cavabdeh2 satmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə digər İddiaçı2 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə və X12 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də müvafiq olaraq nümayəndələri və X15 heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə müvafiq olaraq üçüncü şəxslərin nümayəndələrinin və Ə.Qədirovanın iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi və qarşılıqlı idda tələbləri təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 17 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Qusar rayonu Şirvanovka kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 530 saylı 20 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş 04 sentyabr 1992-ci il tarixli Vİ-JQ 256710 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X9 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-383A KOD 61000038 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən ünvan 1 kənd sakini Cavabdeh1 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini Cavabdeh2 5500 manata satmışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 29,10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini X12 21000 manata satmışdır. Mülki işə əlavə edilmiş 29 noyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş 11 may 2022-ci il tarixli 31382 mədaxil qəbzindən görünür ki, Cavabdeh2 məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh1 ilə X9 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən Cavabdeh1 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əasən Cavabdeh1 ünvan 1 kəndində yerləşən həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və həmin torpaq sahəsinin 0,12 ha olan hissəsini X2. Hazırda mübahisə predmeti olan ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X10 mülkiyyətindədir. Həmin torpaq sahəsinin qalan 0.8 ha hissəsində Afət adlı şəxsin 2 uşağı nənələri ilə faktiki yerləşmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi əri Cavabdeh1 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat komissiyası tərəfindən verilmişdir. AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 kəndində yerləşən həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə iclasında AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 ilə X9 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən Cavabdeh1 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan qanunvericilik normalarından görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 əvəzsiz qaydada verilmişdir. Yəni ər-arvadın birgə mülkiyyəti kimi təşkil etmir. Məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət bir il nəzərdə tutulmuşdur. İşdən isə müəyyən olunur ki, Cavabdeh1 ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsi 2016-cı il tarixdə olmuşdur. Yəni etibarsızlığa dair müddətdə keçmişdir. Beləliklə, məhkəmə ilk iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ərlə arvadın birgə mülkiyyəti sayılmadığından və qanunvericiliklə müəyyən olunmuş etibarsızlığa dair müddət ötürüldüyündən AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 çıxarılmasını tələb etsə də, həmin torpaq sahəsini AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Hazırda mübahisələndirdiyi torpaq sahəsi X10 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşdən göründüyü kimi iddiaçının iddia etdiyi torpa sahəsi Cavabdeh2 mülkiyyətində olmadığından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hər iki iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu tərəflərə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar