Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-167/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı vəkili və nümayəndəsi X13, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından olan 02 yanvar 2009-cu il təvəllüdlü X4 və 07 aprel 2010-cu il təvəllüdlü X7 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Hazırda bir neçə aydır ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə uşaqlardan 02 yanvar 2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqlar onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yardım göstərmir, hətta uşaqlarla maraqlanmır. Odur ki, birgə nikahlarından olan 02 yanvar 2009-cu il təvəllüdlü X4 və 07 aprel 2010-cu il təvəllüdlü X7 adlı uşaqlarının sqaxlaanılması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X18 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlarından Şəhriyar və Fatimə ataları ilə, Məhəmməd oğlu isə onunla qalır və oğlu Məhəmmədin saxlanılması üçün iddiaçı aliment ödəyir, onun isə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1982-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 618 nömrəli, 16 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş 16 may 2021-ci il tarixli, AZ-İ 516189 nömrəli arayışdan müyyən olunur ki, X8 07 aprel 2010-cu ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş 16 may 2021-ci il tarixli, AZ-İ 516200 nömrəli arayışdan müəyyən olunur ki, X5 02 yanvar 2009-cu ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş AZ-İ361359 nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh 17 oktyabr 2007-ci ildə, 640 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin 31 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh müraciəti əsasında torplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1345/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası əsasında mülki iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1345/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası əsasında mülki iş rəy verilməsi üçün Bakı şəhəri, Xətai Rayon icra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(011)-61/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2007-ci il tarixdə 640 nömrli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 02 yanvar2009-cu il təvəllüdlü X5 və 07 aprel 2010-cu il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında saxlanılması, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 20 may 2022-ci il tarixdən hesablanmaqla cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) ¼ məbləğində aliment cavabdehdən alınaraq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2022 saylı, 2(011)-61/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunan maddənin məzmunundan görünür ki, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfdən aliment tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iddiaçının hər ay hər uşağın saxlanılması üçün 175 manat aliment tələb etməsini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 yanvar 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 50 (əlli) manat, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin alimentin tutulması ilə bağlı qeyd edir ki, həmin alimentin tutulması 17 may 2021-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 32 manat məbləğində dövlət rüsumu cavabdeh X14 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 02 yanvar 2009-cu il təvəllüdlü X2 və 07 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17 may 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qismən təmin edildiyindən 32 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-167/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-167/2022
12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver