Məhkəmə qərarları › İş №2(021)-1683/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1683/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1683/2025 01.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) “Uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəlüdlü X2, xx.xx.2024-cü il təvəlüdlü X1 üçün hər ay bir uşağa görə 235 manat olmaqla, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində alimentin və xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşı tamam olana kimi saxlanılması üçün 200 manat alimentin tutularaq ona verilməsi və uşaqların onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X9 adlı üç övladları anadan olmuşdur. Cavabdehlə 2 aydan çoxdur ki, ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlarına qarşı heç bir qayğı göstərmir, onların saxlanılmasında ona heç bir köməklik etmir. Ümumiyyətlə, onlara maddi yardım göstərilməsindən imtina edir. Ona görə də hesab edir ki, cavabdehdən bir uşağın saxlanılması üçün 235 manat olmaqla, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Hətta medasiya şurasına da müraciət etmiş, cavabdeh mediasiya şurasına gəlməmişdir. Ona görə də mediasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə mediasiya şurasına etidiyi müraciətə görə xx.xx.2025-ci il tarixdə 00066 nömrəli rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Bundan başqa, cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşı tamam olana kimi saxlanılması üçün 200 manat da alimentin tutulub ona verilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, evin tək oğludur, valideynlərinin yanında yaşayır. 01 il 06 aydır ki, Xankəndi şəhərində özəl şirkətdə mühafizəçi işləyir. İşi ilə əlaqədar olaraq çox vaxt evdə olmur. Həftədə 1-2 gün evdə olur. Evdə az olması səbəbindən ailəsində narazılıq yaranır. İddiaçı ilə valideyinlərinin arasında narazılıq olur. Hazırda işdən çıxıb ailəsinin yanına qayıtmaq fikrindədir. 650 manat əmək haqqı alır, şirkət isə yaşamağa ev vermir. Ona görə də işdən çıxıb rayona gəlmək, rayonda iş tapıb işləmək, ailəsinin yanında olmaq istəyir. Bir neçə dəfə iddiaçı ilə barışmağa səy göstərsə də barışmamışlar. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuşdur, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Xanağalı kəndində yaşayır. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli AZ-İİ 279170 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 17 avqust 2018-ci ildə Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 944 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nərimanova soyadı verilmişdir. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 341232 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 17 oktyabr 2019-cu ildə Aysun adlı uşaqları anadan olmuşdur. 17 oktyabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdehdur. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV 547675 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 08 yanvar 2021-ci ildə Abuhəyat adlı uşaqları anadan olmuşdur. 08 yanvar 2021-ci il təvəllüdlü X2 atası Cavabdehdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 079677 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 11 dekabr 2024-cü ildə Elgün adlı uşaqları anadan olmuşdur. 11 dekabr 2024-cü il təvəllüdlü X4 atası Cavabdehdur. xx.xx.2025-ci il tarixli MŞB/MT039-2025-00066 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 60 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM) 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində deyilir ki, “azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Həmin Bəyannamənin 4-cü prinsipində göstərilir : -Uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır; bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonrakı müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Məhkəmə hesab edir ki, 17 oktyabr 2019-cu il təvəllüdlü X3, 08 yanvar 2021-ci il təvəllüdlü X2 və 11 dekabr 2024-cü il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qanuna və məqsədəuyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının AM-nin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1-ci bəndinə görə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün sabit pul məbləğində aliment təyin edərkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. AM-nin 56.1.-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla yanaşı bərabər vəzifələr də daşıyırlar. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, habelə cavabdehin qazancının qeyri-müntəzəm olmasını, ondan ayda sabit pul məbləğində hər ay hər uşaq üçün 235 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının AM-nin: 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2 və 84.2.2-ci maddələrinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, Cavabdeh uşağın 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatlarının təmin edlməsi üçün ayda 200 manat sabit pul məbləğində aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddianın həmin hissəsində alimentin miqdarının ayda 50 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsi qanuna və məqsədəuyğundur. AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin qənaətinə görə, alimentin tutulmasının başlanğıcı iddiaçının məhkəmədə iddia qaldırdığı 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 6192 manat təşkil etdiyindən 81,92 (səksən bir manat 92 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinin AZ85CTRE******************** xəzinə hesabına ödənilməlidir. Qeyd olunanlarla yanaşı, iş materiallarından görünür ki, iddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın mediasiyada iştirak üçün ödədiyi 60 manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından 17 oktyabr 2019-cu ildə anadan olmuş X8, xx.xx.2021-ci ildə anadan olmuş X5 və 11 dekabr 2024-cü ildə anadan olmuş X9 anası İddiaçı himayəsində saxlanılsın. Yetkinlik yaşına çatmayan 17 oktyabr 2019-cu ildə anadan olmuş X3, xx.xx.2021-ci ildə anadan olmuş X2 və 11 dekabr 2024-cü ildə anadan olmuş X1 üçün 06 mart 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Azyaşlı 11 dekabr 2024-cü ildə anadan olmuş X4 3 (üç) yaşı tamam olana qədər azyaşlı uşağın anası İddiaçı tələbatının təmin edlməsi üçün Cavabdeh hər ay 50 (əlli) manat miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 11 dekabr 2024-cü ildə anadan olmuş X4 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatının təmin edlməsi üçün ayda 50 (əlli) manat sabit pul məbləğində aliment tutulmasının başlanğıcı məhkəməyə müraciət edildiyi 06 mart 2025-cü il tarixdən hesablansın. Cavabdeh dövlət rüsumu hesabına 81,92 (səksən bir manat 92 qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İddiaçı mediasiyada iştiraka görə ödədiyi 60 (altmış) manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar