Məhkəmə qərarları › İş №2(021)-1691/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1691/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1691/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 iştirakı ilə, İddiaçı cavabdeh İsmayılov Yurik Bakir oğluna qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları dövrdə anadan olmuş 03 fevral 2012-ci il təvəllüdlü X4, 14 oktyabr 2013-cü il təvəllüdlü X2, 16 aprel 2015-ci il təvəllüdlü X24 qızının, 04 may 2016-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 40 (qırx) manat olmaqla cəmi 160 ( yüz altmış) manat məbləğində alimentin Cavabdeh Bakir oğlundan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdə qeyrirəsmi faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 03 fevral 2012-ci il təvəllüdlü X13, 14 oktyabr 2013-cü il təvəllüdlü X11, 16 aprel 2015-ci il təvəllüdlü X24 qızı, 04 may 2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Bir müddət ər-arvad kimi normal münasibətdə yaşasalar da sonra aralarında olan münasibət pisləşməyə başlamış, xasiyyətləri bir birinə uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Uşaqlar onun himayəsində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə teleqram göndərərk, iddianı müdafiə etdiyini göstərərək, iddia tələbinin təmin olunmasını, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh İsmayılov Yurik Bakir oğlu məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini, hər ay hər uşağa 40 manat aliment verməyə razı olduğunu, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1980-ci il tarixdə anadan olumuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən verilmiş aprel 2021-ci il tarixli 758 saylı arayışdan görünür ki, X18 ərazinin Alaçadırlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ № 345353 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğu 03 fevral 2012-ci il tarixdə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 345354 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğu 14 oktyabr 2013-cü il tarixdə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 345355 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğu 16 aprel 2015-ci il tarixdə İddiaçı doğulmuş X30 qızının atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 345356 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğu 04 may 2016-cı il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV № 053942 saylı arayışdan görünür ki, tərəflərin birgə yayaşıy dövründə 03 fevral 2012-ci il təvəllüdlü X16 adlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş AZ-İV № 053945 saylı arayışdan görünür ki, tərəflərin birgə yayaşıy dövründə 14 oktyabr 2013-cü il təvəllüdlü X14 adlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş AZ-İV № 053945 saylı arayışdan görünür ki, tərəflərin birgə yayaşıy dövründə 04 may 2016-cı il təvəllüdlü X9 adlı bir uşaqları vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Əhməd qızı və Cavabdeh 2011-ci il tarixdə qeyri-rəsmi, faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 03 fevral 2012-ci il təvəllüdlü X13, 14 oktyabr 2013-cü il təvəllüdlü X11, 16 aprel 2015-ci il təvəllüdlü X15, 04 may 2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azırbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03 fevral 2012-ci il təvəllüdlü X4, 14 oktyabr 2013-cü il təvəllüdlü X2, 16 aprel 2015-ci il təvəllüdlü İsmayıllı Zəhra Yurik qızının, 04 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 40 (qırx) manat,cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı İddiaçı Əhməd qızının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaqlar üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin aliment 20 aprel 2021-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 fevral 2012-ci il təvəllüdlü X4, 14 oktyabr 2013-cü il təvəllüdlü X2, 16 aprel 2015-ci il təvəllüdlü İsmayıllı Zəhra Yurik qızının, 04 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 20 aprel 2021-ci il tarixdən başlayaraq cavabdeh İsmayılov Yurik Bakir oğlundan hər ay bir uşağa görə 40 (qırx) manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı Əhməd qızının xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar