Məhkəmə qərarları › İş №2(021)-1702/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1702/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1702/2025 23.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qаrşı “ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qаrşı “ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2010-cu il tarixdə **********19-05101-093010 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA0022796 seriya nömrəsi ilə qeydə alınmış 93.3 kv.m ümumi, 27.2 kv.m yardımçı, 66.1 kv.m yaşayış sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı yaşayış evinin və xx.xx.2011-ci il tarixdə, **********10-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA016791 seriya nömrəsi ilə qeydə alınmış 16.6 kv.m ümumi sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan Bərdə şəhər Nizami küçəsi ünvanında yerləşən qeyri - yaşayış binasının çıxarışlarını, ipoteka yüklülüyündən azad edilərək İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Parabank ASC tərəfindən (indiki Parabokt ASC) 22 dekabr 2012 ci il tarixli, 900/12PB\BŞ-KM saylı, 11 avqust 2014 cü il tarixli, 443-14PB saylı və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı imzalanmış kredit müqavilələrinə əsasən İddiaçı1, İddiaçı2 qızna və İddiaçı3 qarşı kredit müqavilələri üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Kredit müqavilələrinin təminatı kimi 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və İddiaçı1 məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzil (MA seriyalı, ******* nömrəli **********19-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 03 fevral 2010 qeydiyyat tarixli Çıxarışa) əsasən ipoteka ilə yüklü edilmiş, 22 dekabr 2012-ci il tarixli 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014 cü il tarixli, 443-14PB saylı kredit müqavilələrinin təminatı kimi isə 22 dekabr 2012-ci il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində olan bələdiyyəyə məxsus olan 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m qeyri yaşayış sahəsini (MA seriyalı, ******* nömrəli, **********10-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsində iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq Parabokt ASC-nin iddia tələbinin rədd edilməsi barədə 2(021)- 75/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə çıxarılmışdır. Lakin Parabokt ASC Bərdə Rayon Məhkəməsinin qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1296/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməinin qərarı qüvvədə qalaraq Parabokt ASC-nin tələbi rədd edilmişdir. Bundan başqa Gəncə Apelyasiya Məhkəməsinin 30 aprel 2024-cii il tarixli məktubuna əsasən “Parabokt ASC” qərarından Kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(102)-4025/2023 nömrəli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1296/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin Kassasiya şikayəti qeyri mümkün hesab edilmiş və şikayət iddiaçıya geri qaytarılmışdır. Göstərilən qətnamələri DƏDRX-nin Bərdə Ərazi İdarəsinə təqdim etsək də, qeyd olunan qurum daşınmaz əmlakların, (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində reyestr nömrəsi **********19-05101-093010, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 03.02. 2010, Seriya nömrəsi MA0022796, Bərdə şəhər Nizami küçəsi ev 2 ünvanında 27.2 kv.m yardımçı, 66.1 kv.m yaşayış, 93.3 kv.m ümumi sahədən ibarət İddiaçı1 xüsusi mülkiyyətində olan 5 otaqlı 8 nömrəli mənzil və reyestr nömrəsi M**********-06301, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2011, Seriya nömrəsi MA0167918, Bərdə şəhər Nizami küçəsində 16,6 kv.m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan qeyri yaşayış binası) yüklülükdən azad edilməsi üçün ipoteka saxlayana müraciət etməyi və yaxud məhkəmə qərarı tələb olunduğunu bildirirlər. Bu səbəblə qeyd olunan əmlakların (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində reyestr nömrəsi **********19-05101-093010, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2010, Seriya nömrəsi MA0022796, Bərdə şəhər Nizami küçəsi ev 2 ünvanında 27.2 kv-m yardımçı, 66.1 kv-m yaşayış, 93.3 kv-m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan 5 otaqlı 8 nömrəli mənzil və reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2011, Seriya nömrəsi MA0167918, Bərdə şəhər Nizami küçəsində 16.6 kv.m ümumi sahədən ibarət, İddiaçı1 xüsusi mülkiyyətində olan qeyri yaşayış binası) ipotekadan azad edilməsi ilə bağlı xx.xx.2024-cii il tarixdə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinə rəsmi müraciət etsələr də Parabokt ASC “Vətəndaşların müraciətlərinə baxılması” haqqında Azərbaycan Respublikasının Qanununa məhəl qoymayaraq cavab verməmişdir. Bunula bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etsələrdə Gəncə İnzibati məhkəməsi 13.01,2025-ci il tarixli 2-1(114)- 5252/2024 nömrəli qətnamə ilə iddianın mülki iş olması səbəbi ilə birinci instansiya məhkəməsinə müraciət etməyi bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar heç bir fayda vermədiyindən iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi eyni zamanda İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirdi ki, əvvəllki "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 22 dekabr 2012-ci il tarixli 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014 cü il tarixli, 443-14PB saylı kredit müqavilələri bağlamış və kredit almışdır. Həmin müqavilələrin təminatı olaraq atası İddiaçı1 mülkiyyətidə olan mənzili və qeyri yaşayış sahəsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, aldığı kredit borcunu tam ödəməmişdir. Bundan sonra (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) hazırkı X5 Cəmiyyəti ona və digər iddiaçılara qarşı qaldırdığı kredit borcu tələbinə dair iddiası Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin qətnaməsindən Parabokt ASC tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri mümkün hesab edilmiş və geri qaytarılmışdır. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi ilə əlaqədar müraciət edilmiş, lakin cavabdeh tərəf bundan imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin buna baxmayaraq digər İddiaçı2 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərə ünvanlanmış poçt göndərişlərinin çatdırılması haqqında xəbərnamədən görünür ki, İddiaçı2 və cavabdeh məhkəmə bildirişini almışdır. Buna görə də məhkəmə işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, eyni zamanda digər iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli, **********10-06301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhər Nizami küçəsində yerləşən 16,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası İddiaçı1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA ******* seriya nömrəli, **********19- 05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzili İddiaçı1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-75/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Parabokt ASC-nin cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsin İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli, 2(104)-1296/2023 saylı məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-75/2023 saylı qətnaməsindən iddiaçı Parabokt ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə baxılmış, Gəncə Apelyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2(104)-1296/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2(104)-1296/2023 saylı qətnaməsindən iddiaçı Parabokt ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4025/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş və şikayət iddiaçıya qaytarılması üçün mülki iş Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmış, Gəncə Apelyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2(104)- 1296/2023 saylı qərardadı ilə kassasiya şikayəti Parabokt ASC-yə geri qaytarılmışdır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsindən görünür ki, İddiaçı1, İddiaçı2 və Mehdiyev X3 ASC-yə əmlakların girovdan azad edilməsi barədə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin İddiaçı3 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-4402/2024 saylı məktubun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli, **********10- 06301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə şəhər Nizami küçəsində yerləşən 16,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA ******* seriya nömrəli, **********19-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzil üzərindən ipoteka yüklülüyünün götürlməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5252/2024 saylı qərardadının surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 “ipoteka edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçılara rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1961-ci ildə doğulmuşdur. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1982-ci ildə Bərdə rayonu, Qəhrəmanlı kəndində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8-də yaşayır və qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı3 məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə 0,40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Parabank ASC ilə İddiaçı3 arasında bağlanmış 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı kredit müqaviləsi üzrə İddiaçı3 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 10000 manat məbləğində, həmçinin Parabank ASC ilə İddiaçı3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə İddiaçı3 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 8000 manat məbləğində, həmçinin Parabank ASC ilə İddiaçı3 arasında bağlanmış 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə isə İddiaçı3 36 ay müddətinə, 6 faizlə, 18 ay güzəşt müddəti olmaqla 15000 manat kredit verilmişdir. 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsinin təminatı kimi Parabank ASC ilə İddiaçı1 arasında 28 avqust 2012-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və 03 fevral 2010-cu il tarixli, MA ******* seriya nömrəli, **********19-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı, 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqavilələrin təminatı kimi Parabank ASC ilə İddiaçı1 arasında 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsi bağlanmış və xx.xx.2011-ci il tarixli, MA ******* seriya nömrəli, **********10-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən bələdiyyəyə məxsus olan 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m qeyri-yaşayış sahəsini ipoteka yüklü etmişdir. İddiaçı3 (əvvəlki Parabank ASC) hazırki Para BOKT ASC-ilə bağladığı kredit müqavilələri üzrə öhdəliyi tam olaraq yerinə yetirmədiyindən, xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırdığından, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Bundan sonra Parabokt ASC İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldlrmış, İddiaçı3 22 dekabr 2012-ci il tarixli, 900/12PB/BŞ-KM saylı kredit müqaviləsi üzrə 6810.69 manat əsas borc, 6128.93 manat faiz, 11891.46 manat dəbbə, cəmi 24831.08 manat, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə 541.71 manat faiz borcu, 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə 2353.69 manat əsas borc, 8566.85 manat faiz, 9033.40 manat dəbbə, cəmi 19953.94 manat kredit borcunun tutulmasını tələb etmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-75/2023 saylı qətnaməsi ilə iddia müddəti tətbiq olunaraq iddia tələbi təmin edilməmişdir. Para BOKT ASC Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-75/2023 saylı qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayət verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(104)-1296/2023 nömrəli qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli, 2(021)-75/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(104)- 1296/2023 nömrəli qətnaməsindən Para BOKT ASC Kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2(102)-4025/2023 nömrəli qərardadı ilə Para BOKT ASC-nin Kassasiya şikayəti qeyri mümkün hesab edilmiş və şikayət iddiaçıya qaytarılması üçün mülki iş Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmış, Gəncə Apelyasiya Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2(104)-1296/2023 saylı qərardadı ilə kassasiya şikayəti Parabokt ASC-yə geri qaytarılmışdır. Bundan sonra İddiaçı1, İddiaçı2 və İddiaçı3 ipoteka saxlayana Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə İddiaçı1 xüsusi mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin, 8 saylı mənzilin və Bərdə şəhəri, Nizami küçəsində yerləşən 16,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının yüklülükdən azad edilməsi üçün müraciət etmişlər, lakin ipoteka yüklülüyünün götürlməsindən imtina edilmişdir. Həmçinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 ipotekadan azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Para BOKT ASC-nin baş ofisinə rəsmi müraciət etmişlər, lakin Para BOKT ASC tərəfindən cavab verilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-5252/2024 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 “ipoteka edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçılara rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar heç bir fayda vermədiyindən iddiaçılar öz tələblərinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2010-cu il tarixdə **********19-05101-093010 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA0022796 seriya nömrəsi ilə qeydə alınmış 93.3 kv.m ümumi, 27.2 kv.m yardımçı, 66.1 kv.m yaşayış sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı yaşayış evinin və xx.xx.2011-ci il tarixdə, **********10-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MA016791 seriya nömrəsi ilə qeydə alınmış 16.6 kv.m ümumi sahəsi olan İddiaçı1 xüsusi mülkiyyətində olan Bərdə şəhər Nizami küçəsi ünvanında yerləşən qeyri - yaşayış binasının çıxarışlarının ipoteka yüklülüyündən azad edilərək İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçılar bank qarşısında üzərlərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;[96] 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Müraciətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra ölkələrin təcrübəsini araşdırmış və müəyyən etmişdir ki, bəzi ölkələrin qanunvericiliyində ipoteka üzrə tələbə iddia müddətinin şamil edilmədiyini nəzərdə tutan xüsusi norma nəzərdə tutulmuşdur (Türkiyə Respublikası, İsveçrə Konfederasiyası və s.). Mülki dövriyyənin davamlılığının, qanunvericiliyin müəyyənliyinin təmin edilməsi və əşya hüququna malik olan subyektlərin hüquqlarının təminatı məqsədi ilə gələcəkdə belə tənzimetmənin ölkəmizdə də qanunverici tərəfindən tətbiqi nəzərə alına bilər. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı) Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilməsin. İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qаrşı “ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat bank xidmət haqqı İddiaçı3 aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar