Məhkəmə qərarları › İş №2(021)-171/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-171/2023

08.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-171/2023 08.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı3, Cavabdeh nümayəndəsi və vəkili X2 , Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, və İddiaçı6 Cavabdeh, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “14 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq ərazidən aparılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Bərdə rayon 1 saylı Dövlət Notariat Kontorunda 14 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli qərarına əsasən bizə Bərdə rayonu, Şorǝlli kəndində 2,4420 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair malkiyyət sənədi əldə etmişlər. Torpaq sahəsini uzun müddət Bərdə rayon Ərəblər kənd bələdiysǝinin sədri Məhəmmədli adlı şəxsə icarəyə vermişlər. Cavabdeh onların xəbəri olmadan həmin mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə satın almışdır. Həmin alqı-satqı müqaviləsi formal olaraq onların iştirakı olmadan 14 noyabr 2004-cü ildə Bərdə rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların hüquqları pozulmuşdur. Hesab edirlər ki, hazırda mübahisələndirilən müqavilə formal bağlandığından Azərbaycan Respublikası MM-nin 339-cu maddəsinə müvafiq olaraq etibarsız sayılmalı və bu alqı-satqının doğurduğu hüquqi nəticələr ləğv edilməlidir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Bərdə rayon 1 saylı Dövlət Notariat Kontorunda 14 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh Bərdə rayonu, Ərəblər kəndində yerləşən onlara məxsus 2.4420 ha pay torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq ərazidən aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X8 bildirdi ki, torpaq sahəsi Əliyara satılmış, torpaq sahəsinin qiyməti artdığına görə iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X16 bildirdi ki, dövlət aktının əsli Cavabdeh tərəfindən öz adına rəsmiləşdirilməsi üçün onlara təhvil verilmş, idarə tərəfindən həmin sənədlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmiş və hazırda orada saxlanılır. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı il tarixdə Laçın rayon Qorçu kəndində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE №07344158 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayon Təkəqaya kəndində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1988-ci il tarixdə Bərdə rayon Qaratəpə kəndində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA №1636044 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1980-ci il tarixdə Kəlbəcər rayon Təkəqaya kəndində anadan olmuşdur. Bərdə rayon Şorəlli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 1232-05/69 nömrəli Arayışdan görünür ki, X11 21 yanvar 2005-ci il tarixdə vəfa etmişdir. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0054 KOD 61005028 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Bərdə rayonu Şorəlli kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 və İddiaçı6 mülkiyyətinə 3.11 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı6 Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə JN 0054 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin 2000-ci il tarixli 8418 saylı arayışına əsasən Bərdə rayon Şorəlli kəndində yerləşən 2.44 ha torpaq sahəsini Cavabdeh on dörd milyon yeddi yüz min manata satmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı4 adına verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarışın sürətindən görünür ki, Bərdə rayon Şorəlli kəndində yerləşən 2.4420 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 və İddiaçı6 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin A№136044 nömrəli 24.01.017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Şorəlli kəndində yerləşən 2.4420 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0920008 nömrəli Daşnmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Bərdə rayon Şorəlli kəndində yerləşən ümumi sahəsi 0.153 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəni (İddiaçı5-0.0218 ha, İddiaçı4- 0.0218 ha, İddiaçı3- 0.0218 ha, İddiaçı6 -0.0218 ha və İddiaçı2 X9-0.0218 ha) X1. Qeyd: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən satıcılara məxsus olmuşdur: -ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı5 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0.0218 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı4 Kamil oğluna verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0.0218 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı3 Kamil qızına verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0.0218 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi terefinden xx.xx.2020 tarixdə İddiaçı6 Kamil qızına verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hissə, 0.0218 ha; ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı2 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/14 hisse, 0.0218 ha; Mülki işə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0920006 nömrəli Daşnmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 və X3 rayon Şorəlli kəndində yerləşən ümumi sahəsi 0.153 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəni (İddiaçı1 -0.03278 ha, X17 – 0.0109 ha) X1. Qeyd: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən satıcılara məxsus olmuşdur: - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı1 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 3/14 hissə, 0.03278 ha; ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixde X13 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 1/14 hissə, 0.0109 ha. Mülki işə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0920007 nömrəli Daşnmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 Bərdə rayon Şorəlli kəndində yerləşən ümumi sahəsi 0.234 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəni (İddiaçı2- 0.0734 ha, İddiaçı3-0.0034 ha, İddiaçı5-0.0034 ha, İddiaçı6-0.0034 ha ) X1. Qeyd: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən satıcılara məxsus olmuşdur: - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə İddiaçı2 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0734 ha; ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi terefinden xx.xx.2021 tarixdə X6 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0034 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi terefinden xx.xx.2021 tarixdə İddiaçı5 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0034 ha; ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi terefinden xx.xx.2021 tarixdə İddiaçı6 verilmiş **********55 reyestr nömreli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0034 ha. Mülki işə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0920005 nömrəli Daşnmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1, X17 və İddiaçı4 Bərdə rayon Şorəlli kəndində yerləşən ümumi sahəsi 0.234 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəni (İddiaçı1 -0.0401 ha, X17 – 0.0.0734 ha, İddiaçı4-0.0367) X1. Qeyd: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən satıcılara məxsus olmuşdur: - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə İddiaçı1 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0401 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə İddiaçı4 verilmiş **********55 reyestr nömreli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0734 ha; - ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X13 verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.0367 ha; Bərdə Rayon Məhkəmədinin 2(021)2248/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh və üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, aydınlaşdırılması üçün ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: 4Ə-341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli Torpaq alqı-satqı müqaviləsinin 2-ci səhifəsindəki İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 adının qarşısındakı imzalar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən icra edilmişdirmi? Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1230 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki; 1.1.Ekspertizaya təqdim olunmuş, 40-341 nömrəli işin 2-ci vərəqəsində olan 40- 341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsinin arxa hissəsində "MмзАЛАР" qrafasında 1-ci imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. 1.2.Ekspertizaya təqdim olunmuş, 40-341 nömrəli işin 2-ci vərəqəsində olan 40- 341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsinin arxa hissəsində "ИмзАЛАР" qrafasında "Vüqar" yazısının önündəki imza - İddiaçı5 tərəfindən icra olunmuşdur. 1.3.Ekspertizaya təqdim olunmuş, 40-341 nömrəli işin 2-ci vərəqəsində olan 40- 341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsinin arxa hissəsində "ИмзАЛАР" qrafasında "Elməddin” yazısının önündəki imza - İddiaçı4 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim olunmuş, 40-341 nömrəli işin 2-ci vərəqəsində olan 40-341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsinin arxa hissəsində "ИмзАЛАP" grafasında "Aynurə" yazısının önündəki imzanın X10 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Qeyd: Tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndi- Tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş 40-341 nömrəli işin 2-ci vərəqəsində olan 40-341 reyestr nömrəli 14 noyabr 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsinin arxa hissəsində "ИMзАЛАР" qrafasında "Aynurǝ" yazısının önündəki imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı İddiaçı3 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzada əlavə cizgilər müəyyən olunduğundan, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia qaldırmaq üçün 100 manat məbləğində iddaçılar dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Bərdə rayonu Şorəlli kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 və İddiaçı6 mülkiyyətinə 3.11 ha torpaq sahəsi verilmişdir. Bərdə rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı6 Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999cu il tarixli 07 saylı qərarı ilə JN 0054 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin 2000-ci il tarixli 8418 saylı arayışına əsasən Bərdə rayon Şorəlli kəndində yerləşən 2.44 ha torpaq sahəsini Cavabdeh satmışdırlar. Cavabdeh torpaq sahəsini öz adına sənədləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, iddiaçılar həmin torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Çıxarış almışlar. Həmin torpaq sahəsinin plan və ölçüsünə dair dublikat sənədindən görünür ki, çıxarışın verilməsinə əsas “Mövqe” qəzet redaksiyasında xx.xx.2016-cı il tarixli sənədin etibarsız hesab edilməsi barədə verilmiş elan, Bərdə rayon Poliş Şöbəsində hüquqi sənədin itirilməsi barədə arayış, dövlət aktı olmuşdur. Bundan sonra Cavabdeh çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınması tələbinə dair Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-267/22 saylı qərardadı ilə inzibati iş üzrə icraat Bərdə rayon Məhkəməsinin icraatında olan hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Cavabdeh həmçinin çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)1414/23 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Bərdə rayonu Şorəlli kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4 və İddiaçı6 mülkiyyətinə 3.11 ha torpaq sahəsi üzrə mübahisə predmeti olan Cavabdeh satılmış 2.44 ha torpaq sahəsindən kənar olan yerdə qalan torpaq sahəsinin müəyyən hissəsini xx.xx.2021-ci il tarixli AN-İ №0920005, AN-İ №0920006, AN-İ №0920007 və AN-İ №0920008 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında X1. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahəsində Cavabdeh tərəfindən ağaclar əkilmiş və iddiaçılar da cavabdehin vəsaiti hesabına əkilmiş ağacların çıxarılaraq ərazidən aparılması tələbini də irəli sürmüşlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin onunla əsaslandırmışdılar ki, həmin torpaq sahəsinin satılmasından xəbərləri yoxdur. Belə ki, müqavilədəki, imzalar onlara məxsus deyil . Bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspert rəyində müqavilənin iddiaçılar tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə müəyyən etmişdir ki, həmin torpaq sahəsinin plan və ölçüsünə dair dublikat sənədindən görünür ki, iddiaçıların adına olan çıxarışın verilməsinə əsas “Mövqe” qəzet redaksiyasında xx.xx.2016-cı il tarixli sənədin etibvarsız hesab edilməsi barədə verilmiş elan, Bərdə rayon Poliş Şöbəsində hüquqi sənədin itirilməsi barədə arayış, dövlət aktı olmuşdur. Bununla bağlı məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X16 bildirdi ki, dövlət aktının əsli Cavabdeh tərəfindən öz adına rəsmiləşdirilməsi üçün bizə təhvil verilmş, idarə tərəfindən həmin sənədlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmiş və hazırda orada saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərzəsində cavabdehin vəsaiti hesabına əkilmiş ağacların çıxarılaraq ərazidən aparılması tələbini də irəli sürmüşlər. Bütün bu sadalanan hallar göstərir ki, torpaq sahəsi Cavabdeh faktiki sahibliyində olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Məhkəmə hazırkı işin faktiki hallarının F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumumun 3 mart 2023-cü il tarixli qərarına uyğunluğuda müəyyən edir. Belə ki, həmin işdə də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi barəsində tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi alıcının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair dövlət aktının əsli də alıcıya təhvil verilmişdir. 2017-ci ildə həmin torpaq sahəsinə dair dövlət aktının itirilməsi barədə cavabdehlər tərəfindən qəzetdə elan verilməsinədək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə iclasında xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət bir il nəzərdə tutulmuşdur. İşdən isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi 2004cü il tarixdə olmuşdur. Yəni etibarsızlığa dair müddət də keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilmədiyindən və və qanunvericiliklə müəyyən olunmuş etibarsızlığa dair müddət ötürüldüyündən xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2004-cü il tarixli 4Ə-341 nömrəli Torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin olunmadığından digər hissələrdə də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçılara aid olunmalıdır. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 126 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, və İddiaçı6 Cavabdeh, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “14 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılaraq ərazidən aparılması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 126 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar