Məhkəmə qərarları › İş №2(021)-1816/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1816/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1816/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 vəkili X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı uşaqların himayədə olmasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 10 oktyabr 2008-ci ildə anadan olmuş X10 və 06 oktyabr 2009-cu ildə anadan olmuş X7 onların himayəsində (yanlarında) olmasının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, oğulları X3 ilə Cavabdeh ailə qurmuşdurlar. Oğulları F.Məmmmədov 2018-ci ildə vəfat etdikdən sonra nəvələri 10 oktyabr 2008-ci il təvəllüdlü X14 və 06 oktyabr 2009-cu il təvəllüdlü X2 Rayon Məhkəməsinin 09 iyun 2020-ci il taraixli 2(021)-632/2020 saylı qətnaməsinə əsasən Cavabdeh verilmişdir. X1 və X12 hazırda onlarla birlikdə yaşayırlar. Uşaqların hər ikisi anaları Cavabdeh himaysində yaşamaq istəmirlər. X14 və X2 rayon İcra və Probasiya şöbəsində 21 yanvar 2021-ci ildə dindirilərkən anaları Cavabdeh imtina etmişdirlər. Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən akt tərtib edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Bundan əlavə qeyd edirlər ki, 10 oktyabr 2008-ci il təvəllüdlü X14 və 06 oktyabr 2009-cu il təvəllüdlü X12 X.İsmayılov adına Zümrxan kənd məktəbində təhsi alır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili X15 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismın təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1956-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1957-ci ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxx 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəbi tərfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 06 saylı arayışdan müəyyən olunur ki, X14 X.İsmayılov adına tam orta məktəbin İX sinifində oxuyur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəbi tərfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 07 saylı arayışdan müəyyən olunur ki, X13 X.İsmayılov adına tam orta məktəbin Vİİ sinifində oxuyur. İş materiallarında olan Bərdə rayonu Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 32 nömrəli, 27 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, İmamqulubəyli kəndində yaşayır, onunla birgə yaşayan ailə üzvləri həyat yoldaşı İddiaçı2, nəvəsi X14, nəvəsi X4 ibarətdir. İş materiallarında olan Bərdə rayonu Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 38 nömrəli, 27 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 oğlu X3 13 sentyabr 2018-ci ildə vəfat etmişdir, oğlu vəfat edəndən sonra onun övladları X14 və X12 babası İddiaçı1 və nənəsi İddiaçı2 himayəsində böyüyürlər, onlarla birgə yaşayırlar. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-632/2020 saylı, 10 iyun 2020 saylı Qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın təmin edilməsi, 10 oktyabr 2008-ci il təvəllüdlü X14 və 06 oktyabr 2009-cu il təvəllüdlü X12, cavabdeh İddiaçı1 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 975325 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 13 sentyabr 2018-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 239103 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 10 oktyabr 2008-ci ildə doğulmuşdur, atası X3, anası X5r. İş materiallarında olan AZ-İİ 390180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 06 oktyabr 2009-cu ildə doğulmuşdur, atası X3, anası X5r. İş materiallarından görünür ki, iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(021)-1816/2023 saylı qərardadı ilə rəy verilməsi üçün iş materialları Bərdə rayonu İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bərdə rayonu İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəyə əlavə olunmuş 06 iyun 2023-cü il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə aktdan müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə onların yaşayış yeri üzrə həyat şəraitinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 yaşadıqları ev İddiaçı1 məxsus fərdi yaşayış evidir, ev kürsülü, birmərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, dörd otaqlıdır, təmirlidir, normal komunal şəraiti vardır, həmin evdə İddiaçı1, İddiaçı2, İnam Məmmədli və Nihad Məmmədov yaşayırlar. Bərdə rayonu İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İnam Məmmədli və Nihad Məmmədov babaları İddiaçı1 və nənələri İddiaçı2 himayəsində qalıb yaşamaq istədiklərini bildirmişlər, Qəyyumluq və Himayəçilik Komissiyası İnam Məmmədli və Nihad Məmmədov babaları İddiaçı1 və nənələri İddiaçı2 himayəsində qalıb yaşamalarını uşaqların mənafeyinə uyğun, məqsədəmüvafiq və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə müvafiq olaraq, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən isə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərməlidirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyır və uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektləridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, istinad edilən maddi hüquq normaları ilə nənə və babanın nəvələri ilə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçıların nəvələri ilə görüşün təmin edilməsi üçün himayə orqanına müraciət etsələr də, cavabdeh həmin orqanın uşaqla görüşünün təmin olunmasına dair qərarını icra etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçılar məhkəmədə bu şəkildə iddianın qaldırılmasına məcbur olmuşlar. İş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi üzrə uşaqlar baba və nənəsinin himayəsində yaşayırlar. Beləliklə, məhkəmə Bərdə rayon İcra Hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşaqların anaya verilməsi ilə bağlı qətnamə üzrə icra vərəqəsinin icra edilmədən geri qaytarılmasını, uşaqların 14 və 15 yaşlarında olmasını, onların faktiki olaraq daima nənə bə babalarının himayəsində yaşamalarını, eləcə də uşaqların hüquq və mənafeyini nəzərə alaraq hesab edir ki, İnam Məmmədli və Nihad Məmmədov babaları İddiaçı1 və nənələri İddiaçı2 himayəsində olması tələbinə dair iddiaları təmin edilməlidir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 10 oktyabr 2008-ci il təvəllüdlü X14 və 06 oktyabr 2009-cu il təvəllüdlü X7 babaları İddiaçı1 və nənələri İddiaçı2 himayəsində olmaları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar