Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1832/2022 06.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1mayan Kredit Təşkilatı MMC-nin Bərdə filialına qarşı “ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması “tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1mayan Kredit Təşkilatı MMCnin Bərdə filialı ilə onun arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/BZ-15 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş ona məxsus ünvan 1 ünvanda yerləşən 59.84 kv.m yaşayış , 24.64 kv.m yardımçı, 84.48 kv.m ümumi sahədən ibarət 5 otaqlı mənzilin ipotekadan (yüklülükdən) azad olunması barədə X1mayan Kredit Təşkilatı üzərində ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində X1mayan Kredit Təşkilatı MMC-nin Bərdə filialı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, filial hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməz. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1mayan Kredit Təşkilatı MMC-nin Bərdə filialına qarşı “ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması “tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh X1mayan Kredit Təşkilatı MMC-nin Bərdə filialına qarşı “ipoteka qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması “tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1832/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1832/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver