Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-187/2023 03.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilməsi və uşağın himayədə olmasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2016- ci il tarixli 2(021)-14/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xeyrinə kəsilimiş 80 manat aliment, uşaqların onun himayəsində olması ilə bağlı yığılmış aliment borcunun silinməsi və uşaqlarının onun himayəsində saxlanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 18.02.019-cu il tarixli 2(021)- 168/2019 saylı qətnaməsi ilə bir uşağın saxlanması üçün hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Lakin həmin gündən uşaqlar onun himayəsində qalmışdır. Övladlarının bütün ehtiyaclarını özü ödəmişdir. Hal-hazırda ailə qurmuş, övladlarına həyat yoldaşı baxır, uşaqlar orta məktəb təhsilini onun yanında davam etdirir. Kənd İcra Nümayəndəsi övladlarının onun yanında olmasını sübut edə bilərlər. Keçmiş həyat yoldaşı başqası ilə ailə qurub, uşaqları ilə maraqlanmır. 2016-cı ildən bu günə kimi aliment borcu yığılıb qalmışdır. Həmin borcun silinməsini və uşaqların onun himayəsində saxlanmasını xahiş edir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, aliment borcundan azad edilməsi və uşağın himayədə olmasının müəyyən edilməsi tələbi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, uşağı qətnamə ilə ona verilsə də qətnamə qəbul olunduqdan sonra atasının yanında olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasına heç bir etirazının olmadığını bildirərək bu barədə yazılı ərizəni təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982- ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 406 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bərdə rayon Mustafaağalı kəndində daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İİİ seriyalı 676785 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 sentyabr 2015-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı Cavabdeh kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Abidov adına 85 №-li tam orta məktəbdən verilən 17 iyun 2023-cü il tarixli arayışdan görünür ki, X5 2021-2022-ci tədris ilində Bakı şəhəri Suraxanı rayon R.Abidov adına 85 nömrəli tam orta məkəbin birinci sinfin bitirib. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Abidov adına 85 №-li tam orta məktəbdən verilən 19 okyabr 2022-ci il 143 saylı digər bir arayışdan məlum olur ki,X5 Bakı şəhəri Suraxanı rayonu R.Abidov adına 85 nömrəli tam orta məkəbin ikinci sinfin bitirib. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)168/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci ildə Bərdə Rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə icra Nümayəndəliyində 26 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarında anadan olmuş 06 may 2006-cı ildə anadan olmuş X4 və 30 mart 2008-ci ildə anadan olmuş X1 nikahın pozulmasından sonra atası İddiaçı, 19 sentyabr 2015-ci ildə anadan olmuş X2 anası Cavabdeh Əlövsət qızının yanında saxlanılması, 19 sentyabr 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Mülki işə əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh bildirir ki, uşağı qətnamə ilə ona verilsə də qətnamə qəbul olunduqdan sonra atasının yanında olmuşdur. Həmçinin aliment borcunun silinməsinə heç bir etirazının olmadığını da həmin ərizədə fikrini ifadə etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ailə qurmuş, daha sonra ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra Bərdə Rayon Məhkəməsinin 2(021)168/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci ildə Bərdə Rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə icra Nümayəndəliyində 26 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarında anadan olmuş 06 may 2006-cı ildə anadan olmuş X4 və 30 mart 2008-ci ildə anadan olmuş X1 nikahın pozulmasından sonra atası İddiaçı, 19 sentyabr 2015-ci ildə anadan olmuş X2 anası Cavabdeh Əlövsət qızının yanında saxlanılması, 19 sentyabr 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə ilə uşaq anaya verilsə də faktiki olaraq atanın himayəsində qalmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Məhkəmə hesab edir ki, uşaqlar faktiki olaraq atalarının himayəsində yaşadıqlarından, hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentini tutulmasından və həmin qətnamə əsasında yığılmış aliment borcundan azad edilməlidir. Belə ki, MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdeh də bu barədə ərizəni yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilməsi və uşağın himayədə olmasının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilsin. İddiaçı xx.xx.2015-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-14/2016 saylı qətnamə əsasında ödənilməmiş aliment borcundan azad edilsin və 06 may 2006-cu il təvəllüdlü X4, 30 mart 2008-ci il təvvəllüdlü X3 və 19 sentyabr 2015-ci il təvəllüdlü X5 atası İddiaçı himayəsinə olması faktı müəyyən olunsun. İş üzrə ödənilmiş 100 manat məbləğində rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-187/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-187/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver