Məhkəmə qərarları › İş №2(021)-1874/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1874/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1874/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qarşı Tərtər rayon İcra və probasiya Şöbəsində qeyd edilən 25 aprel 2022-ci il tarixədək olan 1513 manat aliment borcundan 7 aylıq 980 (140x7= 980) manat alimentin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 may 2019-cu ildə ailə həyatı qurmuş, 03 dekabr 2020-ci ildə nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşayış dövründə 18 iyun 2020-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, bundan sonra həyat yoldaşı Cavabdeh Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə 2(061)-443/2021 saylı 02 mart 2021-ci il tarixli qətnamə qəbul edərək bir uşağın saxlasnılması üçün 140 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Bir müddətdən sonra barışıblar, yəni iyul 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək barışıb birgə yaşayıblar, 2022-ci ilin yanvar ayında münasibətləri yenidən pozulub, ayrılmışlar. Ancaq birgə yaşayış dövründə Tərtər rayon İcra və probasiya Şöbəsinə müraciət edilməmiş, aliment hesablanması dayandırılmamışdır. Tərtər rayon İcra və Probasiya Şöbəsinin 67754/07 saylı 25 aprel 2022-ci il tarixli arayışına əsasən onun 1513 manat aliment borcu olduğu müəyyən edilmişdir. Bu günlərdə bilmişdir ki, birgə yaşayış dövründə Cavabdeh Tərtər rayon İcra və probasiya Şöbəsinə ərizə verib alimentin tutulmasını dayandırmamış, bu günlərdə bilmişdir ki, ona birgə yaşayış dövründə aliment hesablanmışdır. Halbu ki, iyul 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək barışıb birgə yaşamışlar, yəni 7 ay müddətinə birgə yaşayıb bir təsərrüfatı idarə etmişlər. 7 ay ərzində birgə yaşayış dövründə 980 manat aliment pulu silinməli olduğu halda silinməmişdir. Odur ki, Tərtər rayon İcra və probasiya Şöbəsində qeyd edilən 25 aprel 2022-ci il tarixədək olan 1513 manat aliment borcundan 7 aylıq 980 (140x7=980) manat alimentin silinməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul edərək, 7 aylıq aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1974-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş X8 Xidmət Mərkəzində qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05Q/69-395/12 nömrəli, 25 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh 03 dekabr 2020-ci il tarixdə 817 nömrə ilə nikahlarını qeyd etdirməklə evlənmişlər. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Tərtər rayonu, Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 98 nömrəli, 20 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı və həyat yoldaşı Cavabdeh həqiqətən iyul 2021-ci il tarixdən yanvar 2022-ci il tarixə qədər Tərtər rayon Köçərli kəndində birgə yaşamışlar. Mülkiişə əlavə olunmuş Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(061)- 443/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 18 iyun 2020-ci il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün 03 fevral 2021-ci il tarixdən başlayaraq, 18 iyun 2020-ci il tarixdə doğulmuş Sahib adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Tərtər rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş 67754/07 saylı, 25 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair Tərtər Rayon Məhkəməsinin 2(061)-443/2021 saylı 02 mart 2021-ci il tarixli icra sənədi Tərtər rayon İcra və probasiya Şöbəsinin icraatındadır. Borclu İddiaçı icra sənədi üzrə 25 aprel 2022-ci il tarixə kimi tələbkar Cavabdeh aliment borcu 1513 (bir min beş yüz on üç) manat təşkil edir. Mülki işə əlavə olunmuş Tərtər Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 may 2022-ci il tarixli, 184-8671-1122 nömrəli məktubdan müyyən olunur ki, Cavabdeh İddiaçı qarşı 2022-ci ilin aprel ayında Tərtər rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Mülki işə əlavə edilmiş Tərtər Rayon Polis Şöbəsi tərəfindən verilmiş materiala əlavə edilmiş Tərtər rayon Polis Şöbəsinin 23 aprel 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı şikayət ərizəsi əsasında torplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə olunmuş Tərtər rayonu, Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 137 nömrəli, 04 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Qurbanov X4 şəhərində qeydiyyatda olmaqla, Tərtər rayonu, Köçərli kəndində yaşayır. Mülki işə əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etiraz ərizəsində göstərilmişdir ki, onlar bir yerdə yaşamamışlar, yaşasalar belə övladına baxmayıbsa onun alimenti tələb etməyə haqqı var, həmçinin əgər bir yerdə yaşamışdılarsa onda niyə alimentin dayandırılması barədə İcra və probasiya Şöbəsinə ərizə verməmişdir. Buna görə də iddia qaldıra bilməz, iddiaçının belə bir iddia verməsi tam əsassızdır, ona görə də iddianı qəbul etmir, hesab edir ki, iddia ərizəsi bütünlüklə rədd edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər 12 may 2019-cu ildə ailə həyatı qurmuş, 03 dekabr 2020-ci ildə nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşayış dövründə 18 iyun 2020-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur, xasiyyətləri uyğun gəlməmiş, Cavabdeh Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmə 2(061)- 443/2021 saylı 02 mart 2021-ci il tarixli qətnamə qəbul edərək bir uşağın saxlasnılması üçün 140 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Bir müddətdən sonra barışıblar, yəni iyul 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək barışıb birgə yaşayıblar, 2022-ci ilin yanvar ayında münasibətləri yenidən pozulub, ayrılmışlar. Ancaq birgə yaşayış dövründə Tərtər rayon İcra və probasiya Şöbəsinə müraciət edilməmiş, aliment hesablanması dayandırılmamışdır. İddiaçı Tərtər rayon İcra və probasiya Şöbəsində qeyd edilən 25 aprel 2022-ci il tarixədək olan 1513 manat aliment borcundan 7 aylıq 980 (140x7=980) manat aliment borcunun silinməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, 7 aylıq 980 (140x7=980) manat aliment borcunun silinməsinə razı olduğunu bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-443/2021 saylı 02 mart 2021-ci il tarixli icra sənədi üzrə hesablanmış yeddi aylıq 980 manat məbləğində aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar