Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1896/2021 21.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğluna qarşı aliment tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəməyə ərizə göndərərək, iddia ərizəsi ilə əlaqədar atalıq müəyyən edilmədiyindən, işin baxılmamış saxlanılaraq, sənədlərin ona qaytarılmasını xahiş imişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11 -ci maddəsinə əsasən iddia jrizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını ələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260, 263-264, !67-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətinə Bərdə Rayon Mehkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1896/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1896/2021
21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver