Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1968/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əsgər oğlunun, İddiaçı6 oğlunun, Cavabdeh Mönsümov Əsgər Umudvar oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əsgər oğlunun və İddiaçı6 cavabdehlər Cavabdeh1 oğluna, X24 oğluna, Həsənov Vaqif Hümbət oğluna, Cavabdeh4 oğluna, Həsənova Mənzər Həmid qızına, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Ağdam rayon Notariat Kontoruna, Bakı şəhəri 23 saylı Notariat Kontoruna qarşı “ etibarnamənin etibarsız hesab edilməsi, bağlanmış müqavilənin, reyesterdən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1, Mönsümova İlahə Əsgər qızı, İddiaçı3 qızı, Mönsümov Rəşad Əsgər oğlu, İddiaçı6 oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Mönsümov Əsgər Umudvar oğlunun Dostuyev Mayıl Dostu oğluna 03 avqust 2003-cü il tarixdə Ağdam Rayon Notariat Kontorunda verdiyi etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında 6,99 ha torpaq sahəsinin alqı-satqısı barədə Dostuyev Mayıl Dostu oğlu ilə Cavabdeh3 arasında Bərdə rayonu 1-ci Dövlət Notariat Kontorunda bağlanmış 13 aprel 2005-ci il tarixli 4 Ə-112 saylı alqı-satqı müqaviləsinin, Həsənov Vaqif Hümbət oğlunun Həsənov Arif hümbət oğluna 18 aprel 2013-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Kontorunda verdiyi 7T-2487 nömrəsi ilə qeydə alınmış etibarnamənin Cavabdeh4 ilə Cavabdeh5 Həmid qızı arasında bağlanmış 14 dekbar 2013-cü il tarixli bağışlama müqaviləsinin və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən 24 dekabr 2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətində qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə onlara 9.49 ha pay torpaq sahəsi verilmiş və bu barədə onlara 27 avqust 2002-ci il tarixdə JN-0053 saylı 61017028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 2018-ci ilin noyabr ayında X30 oğlu və qeyriləri cavabdehlər Dostuyev Nmayıl Dostu oğluna və ailə başçıları Mönsümov Əsgər Umudvar oğluna qarşı məhkəmədə zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s. tələbinə dair iddia qaldırdıqları zaman onlara məlum olmuşdur ki, JN - 0053 saylı 61017028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı və ailələrinə verilmiş pay torpaq sahəsinin 6,99 ha hissəsini ailə başçıları Mönsümov Əsgər Umudvar oğlu, Dostuyev Mayıl Dostu oğlu ilə dəyişərək bu barədə ona 03 avqust 2003-cü il tarixdə Ağdam rayon Notariat Kontorunda etibarnamə vermişdir. Bundan sonra Dostuyev Mayıl Dostu oğlu həmin etibarnamədən istifadə edərək və ailə ailə başçılarını aldadaraq onlara verilmiş pay torpaq sahəsinin 6,99 ha hissəsini Cavabdeh3 Hümbət oğluna satmışdır. Cavabdeh3 oğlu mübahisəli torpaq sahəsi də daxil olmaqla ümumilikdə 13.7535 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində ********** nömrəli **********864 reyestr nömrəli 12 iyul 2011-ci il tarixli çıxarışı almışdır. Cavabdeh3 Hümbət oğlu öz növbəsində həmin mübahisəli torpaq sahəsinə dair Həsənov Arif Hümbət oğluna 18 aprel 2013-cü il taeixdə Bakı şəhəri 23 saylı notariat Kontorunda 7 E-2487 nömrəsi ilə qeydə alınmış etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Həsənov Arif Hümbət oğlu 14 dekabr 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən torpaq sahəsini həyat yoldaşına bağışlanmış və Həsənova Mənzər Həmid qızının adına daşınmaz əmlakın dövlət reyestr xidmətindən 24 dekabr 2013-cü il tarixdə Seriya RX ******* nömrəli çıxarış almışdır. Bundan sonra onlara verilmiş pay torpağın geri qaytarılması və. s tələbi ilə məhkəməyə müraciət ediblər. Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(021)- 846/2019 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verdikəri apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərardadı ilə qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(021)-846/2019 saylı qətnaməsi ləğv edilərək ərizələri baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Salah qızı, Mönsümova İlahə Əsgər qızı, X14, İddiaçı4 və İddiaçı6 Əsgər oğlu iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçı Mönsümov Ümidvar Əsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı Mönsümov Ümidvar Əsgər oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Mönsümov Əsgər Umudvar oğlu iddia tələbini qəbul edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 oğluna, Həsənov Vaqif Hümbət oğluna, Cavabdeh4 Hümbət oğluna, Həsənova Mənzər Həmid qızına, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Aödam Rayon Notariat Kontoruna, Bakı şəhəri 23 saylı Notariat Kontorunna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirr. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçılar Mönsümova Roza Salah qızının, İddiaçı2 qızının, Mönsümova Reyhanə Əsgər qızının və Mönsümov Rəşad Əsgər oğlunun və cavabdeh Mönsümov Məhərrəm Əsgər oğlunun izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 Əsgər oğlu 10 avqust 1995-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayon Qaratəpə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mönsümov Umudvar Əsgər oğlu 20 fevral 1993-cü ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayon Qaratəpə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Əsgər oğlu xx xxxxxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki İddiaçı2 xx xxxxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1989-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxx 1957-ci ildə doğulmuşdur, Laçın rayonu, Qorçu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı6 10 avqust 1995-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, Həsənov Vaqif Hümbət oğlu 11 fevral 1955-ci ildə Yevlax şəhərində doğulmuş, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 71, mənzil 151-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, Həsənova Mənzər Həmid qızı 13 avqust 1975-ci ildə Bərdə rayonu Qazaxlar kəndində doğulmuş, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, Cavabdeh1 15 aprel 1965-ci ildə doğulmuş, Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş RX ******* nömrəli, 24 dekabr 2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh5 Həmid qızının adına Bərdə rayonu, Qaratəpə kəndində 13.7536 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 14 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən müəyyən olunur ki, Həsənov Vaqif Hümbət oğlu özünə məxsus Bərdə rayonu Qaratəpə kəndində yerləşən 13.7535 ha torpaq sahəsini qardaşı arvadı Həsənova Mənzər Həmid qızına bağışlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 may 2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 23 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş Qaratəpə bələdiyyəsinin 30 mart 2002-ci il tarixli 03 saylı qərarına müvafiq olaraq Qaratəpə kənd sakini Mönsümov Əsgər Umudvar oğlunun adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 9,49 ha torpaq sahəsinə dair JN-0053 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Sonradan Bərdə rayon Birinci Dövlət Notariat Kontorunun tərəfindən təsdid edilmiş 13 aprel 2005-cil il tarixli 4ə-112 saylı alqı-satqı müqaviləsinə əsasən 9,49 hektar torpaq sahəsinin 6,9886 hektar hissəsi Bakı şəhəri B.Nuriyev küçəsi ev 71, mənzil 151 ünvanında yaşayan Cavabdeh3 satılmışdır. Qalan 2,50 ha torpaq sahəsi X6 JN -0230 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış və 02 iyun 2005-ci il tarixdə Dövlət aktı qeydiyyat kitabında 108 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Mönsümov Əsgər Ümüdvar oğlu ilə Dostuyev Mayıl Dostu oğlu və X1 arasında torpaq mübahisəsi 2002-ci ildə dəyişdirilmiş və dəyişilmiş 6.99 ha hissəsini Dostuyev Mayıl və Cəmilə, Cavabdeh3 və Arif qardaşlarına sataraq Bərdə rayonu Əyricə kəndində məhlə evi olaraq köçüb həmin evdə yaşamışlar. Hal-hazır ki, vaxtadək yəni 01 noyabr 2018-cu ilə qədər Qaratəpə kəndində heç bir torpaq sahəsinin əkin-biçin işləri aparmamışlar. Mönsüm Əsgərin istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyəti kimi bilirlər. Çünki 2002-ci ildən 2018-ci ilə qədər həmin torpaq sahəsinin su pulu və torpaq vergisini Mönsümov Əsgərin ödəməsi aktlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş JN 0053 KOD 61017028 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Mönsümov Əsgər Umudvar oğlunun, Məmmədova Roza Salah qızının, İddiaçı2, Mönsümov Rəşad Əsgər oğlunun, Mönsümova Reyhanə Əsgər qızının, Mönsümov Umudvar Əsgər oğlunun Mönsümov Məhərrəm Əsgər oğlunun mülkiyyətinə Bərdə Rayon Aqrar islahat Komissiyasının 23 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə Bərdə rayonu, Qaratəpə kəndində 9.48 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(021)-671/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, X16, Dostuyeva Cəmilə Şahsevən qızının, Hacıyeva Gülçin Mayıl qızının və Dostuyeva Münəvvər Mayıl qızının cavabdeh X11 qarşı torpaqdan çıxarılma tələbinə dair iddiasının qismən təmin edilmiş, cavabdeh X27 oğlunun iddiaçılar X16, X2, Hacıyeva Gülçin Mayıl qızının və X5 məxsus olan Bərdə Rayonu Qaratəpə kəndində yerləşən 6,99 ha torpaq sahəsinin zəbt etdiyi 1.10 ha hissəsindən çıxarılmış və iddia qalan hissədə təmin edilməmişdr. Bərdə Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(021)-671/2019 nömrəli qətnaməsindən cavabdeh X6 verdiyi apellyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-363/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin iyun 2019-cu il tarixli 2(021)-671/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-363/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, “cavabdeh X17 apelyasiya şikayətinin dəlillərində Dostuyev Mayıl Dostu oğlu ilə torpaq sahələrini etibarnamə əsasında dəyişdiriyini, mübahisəli torpaq sahəsinin Dostuyev Mayıl Dostu oğlu tərəfindən etibarnamə əsasında verildiyini, əvəzində isə JN 0093 61017028 saylı Dövlət Aktına əsasən özünə məxsus olan torpaq sahəsini M. Dostuyevə verdiyini qeyd etmişdir. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh1, X2, Dostuyev İlqar Mayıl oğlunun, Hacıyeva Gülçin Mayıl qızının və Dostuyeva Münəvvər Mayıl qızının ümumi mülkiyyətlərində olmuşdur. Torpaq sahəsinin cavabdehin mülkiyyətində verilməsinə dair hər hansı bir müqavilə, həmçinin iddiaçıların bununla bağlı razılıq verdiklərini təsdiq edən sənədlər məhkəmələrə təqdim edilməmişdir.” İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməilidir. İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrodun İsveçrəyə qarşı məhkəmə işində mülkiyyət hüququnun məzmunu barədə belə bir hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1.mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini; 2.mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3.mülkiyyətindən istifadəyə nəzarətin itirilməsinin qadağan edilməsi imkanlarını ehtiva edir.” Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarılə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna mülkiyyətçinin sərbəstlik sferası prizmasından yanaşır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıların və cavabdeh Mönsümov Əsgər Umudvar oğlunun eyni mövqedə olmaları və eləcə də məhkəmədə 03 avqust 2003-cü il tarixdə Ağdam Rayon Notariat Kontorunda verdiyi etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında 6,99 ha torpaq sahəsinin alqı-satqısı barədə Dostuyev Mayıl Dostu oğlu ilə Cavabdeh3 arasında Bərdə rayonu 1-ci Dövlət Notariat Kontorunda bağlanmış 13 aprel 2005-ci il tarixli 4 Ə-112 saylı alqı-satqı müqaviləsinin, Həsənov Vaqif Hümbət oğlunun Həsənov Arif Hümbət oğluna 18 aprel 2013-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat Kontorunda verdiyi 7T-2487 nömrəsi ilə qeydə alınmış etibarnamənin Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 14 dekbar 2013-cü il tarixli bağışlama müqaviləsinin və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən 24 dekabr 2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətində qaytarılmasına dair səsləndirdikləri izahatlar ziddiyyətli izahatlar olmaqla inandırıcı dəlillər kimi qəbul olunmazdır. Belə ki, iddiaçılar iddia tələblərinə dair mötəbər sübutları və dəlilləri məhkəməyə təqdim edə bilməyərək, ancaq mübahisəli torpaq sahələrinin onlara məxsus olmasını israrla bildirərək iddia tələblərinin təmin olunmasını tələb etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 oğlunun cavabdehlər Cavabdeh1 oğluna, X24 oğluna, Həsənov Vaqif Hümbət oğluna, Cavabdeh4 oğluna, Həsənova Mənzər Həmid qızına, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Ağdam rayon Notariat Kontoruna, Bakı şəhəri 23 saylı Notariat Kontoruna qarşı “etibarnamənin etibarsız hesab edilməsi, bağlanmış müqavilənin, reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1968/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1968/2021
11.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver