Məhkəmə qərarları › İş №2(021)-2005/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2005/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2005/2024 23.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “uşağın himayəsində olması faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü övladı X2 onun himayəsində qalması faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, övladı xx.xx.2009-cu il təvəllüdlü X9 2019-cu il tarixdən onun yanında qalır. Nərimanov rayonu 39 nömrəli məktəbdə təhsil alır. 2018-ci il tarixdə Bərdə rayon məhkəməsinin qərarı ilə X2 atasının yanında qalması barədə qətnamə qəbul edilmişdir. Övladının məhkəmə qətnaməsi ilə atasının himayəsinə verilməsi onu narahat edir və təhsil almasında yaranan çətinlikləri həll etməsi üçün övladının onun himayəsində olması faktının təsdiq edilməsini istəyir. Belə ki, övladının atası Cavabdeh Bərdə rayon qeydiyyatındadır. O, övladı ilə Bakı şəhərində yaşayır. Övladı xx.xx.2009-cu il təvəllüdlü X9 da anasının himayəsində yaşamaq istəyir. Ona görə də məhkəmədən xx.xx.2009-cu il təvəllüdlü övladı X2 onun himayəsində qalması faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı oğlu xx.xx.2009-cu il təvəllüdlü X9 ifadə verərək bildirdi ki, o, bir il atasının himayəsində yaşayıb. Sonradan anasının yanında yaşamağa başlayıb. Anası ilə yaşamaq istəyir, atasının yanına qayıtmaq istəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin uzurlu səbəbləri barədə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Cavabdeh övladı xx.xx.2009-cu il təvəllüdlü X2 anasının himayəsində qalmasını təsdiq etmiş və bu fakta etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Nərimanov rayonu 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, X9 Bakı şəhəri Nərimanov rayonu R.Nəsrəddin adına 39 saylı tam orta məktəbin Azərbaycan bölməsi üzrə 9C sinifdə oxuyur. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 9C sinif şagirdi xx.xx.2009-cu il təvəllüdlü X9 təhsil sahəsində müsbət rəylə qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası MTK Kəlam MTK xx.xx.2024-cü il tarixli 18 nömrəli arayışından görünür ki, Səfərova X11 rayonu Ağa Neymətulla küçəsi 70C ünvanında inşa edilmiş yaşayış binasında 14 saylı mənzildə yaşayır. Ailə üzvləri X10, X9 və X5r. İş materiallarına əlavə olunmuş X13 AZ-İ №229294 şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh ilə vətəndaş İddiaçı arasında olan nikah aktı xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1729\2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü Elnarənin, xx.xx.2009-cu il təvəllüdlü Ceyhunun, xx.xx.2014-cü il təvəllüdlü Seyhunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 70 manat alimentin, xx.xx.2014- cü il təvəllüdlü Seyhun adlı uşağın 3 yaşı tamam olana kimi saxlanması üçün hər ay 30 manat əlavə xərcin tutulub İddiaçı verilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1625\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 atası iddiaçı X7 yanında olması faktı təsdiq olunaraq onun yanında saxlanılması və Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-2894/16 saylı qətnaməsi ilə müəyyən olunan alimentin tutulması hissəsində xx.xx.2009-cu il təvəllüdlü X8 münasibətdə aliment ödəməkdən azad edilməsi qət olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X1 Sevinc Akif qızı ilə xx.xx.2000-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin 2(021)1729 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar isə anasının himayəsinə verilmişdir. Daha sonra Bərdə rayon Məhkəməsinin 2(021)1625\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 atası iddiaçı X7 yanında olması faktı təsdiq olunaraq onun yanında saxlanılmışdır. Hazırda xx.xx.2009-cu il təvəllüdlü X14 anası İddiaçı himayəsindədir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, işin həqiqi halları ilə müəyən olundu ki, məhkəmə qətnaməsi olmasına baxmayaraq Ceyhun anasının yanında qalır və Etiram Abbasov bunu inkar etməyərək onun anasının yanında qalmasına etiraz etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktlırı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 ərizəçi İddiaçı himayəsində qalması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307 - 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 ərizəçi İddiaçı himayəsində olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar