Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2025/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı qzının cavabdeh Cavabdeh Zahid oğluna qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh Zahid oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan övladları 21 iyul 2007-ci il təvəllüdlü Günayın saxlanılması üçün hər ay bir uşağın saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 oktyabr 1973-cü il təvəllüdlü Cavabdeh ilə ailə həyatı qurmuş, nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşayış dövründə 21 iyul 2007ci il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Həyat yoldaşı Cavabdeh onu bir həyat yoldaşı kimi saymamış, ona hörmət etməmiş, mütamadi olaraq evdə əsassız sözsöhbət almışdır. Onun bu hərəkətlərindən cana doymuş, yaşayışlarını mümkünsüz etmişdir. Beləliklə Bərdə Rayon Məhkəməsinin 2(021)-2924/2019 xsaylı 19 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, övladları onun himayəsində qalmışdır. Sabiq həyat yoldaşı Cavabdeh ilə belə razılığa gəlmişlər ki, övladları 21 iyul 2007-ci il təvəllüdlü Günayın tərbiyəsində, sağlamlığında, fiziki və mənəvi inkişafında, maddi tələbatının ödənilməsində birgə olacaqlar, ancaq onların sövdələşmələri heç də uğurlu alınmamış, son vaxtlar maddi durumu ağırlaşmış, himayəsində olan azyaşlı övladları Günayın saxlanılmasında maddi çətinlik çəkir. Odur ki, Cavabdeh Zahid oğlundan övladları 21 iyul 2007-ci il təvəllüdlü Günayın saxlanılması üçün hər ay bir uşağın saxlasnılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Məhəmməd qızı xx xxxxxx 1982-ci il tarixdə anadan olumuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra hakimiyyəti Bərdə şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 3131 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Bakı küçəsi 53 nömrəli evdə yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ № 963317 saylı arayışdan müəyhyən olunur ki, Musayeva Günay Fərman qızı 21 iyul 2007-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-2924/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Musayeva Fərman Zahid oğluna qarşı nikahın pozulması və uşağın himayədə saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, İddiaçı qızı ilə Cavabdeh arasında Bərdə rayon VVADQ Şöbəsində 26 oktyabr 2006-cı ildə bağlanmış və 712 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 21 iyul 2007-ci il tarixdə anadan olmuş X6 iddiaçı Musayeva Səlimə Məhəmməd qızının himayəsində saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı və Cavabdeh Zahid oğlu 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 21 iyul 2007-ci il təvəllüdlü Musayeva Günay Fərman qızı adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azırbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə iddiaçının heç bir sənəd təqdim edə bilməməsini, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 may 2007-ci il təvəllüdlü Musayeva Günay Fərman qızının yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaq üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin aliment 24 may 2021-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 24 may 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2025/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2025/2021
23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver