Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2041/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X12 iclas kаtibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh övladlarının nənəsi Cavabdeh qarşı 14 iyun 2007-ci il təvəllüdlü X20 və 10 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh övladlarının nənəsi Cavabdeh hər ay bir uşağa görə 150 manat aliment tutularaq onun xeyrinə ödənilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh övladlarının nənəsi Cavabdeh qarşı aliment tələbi irəli sürür. Ona görə ki, cavabdeh mərhum həyat yoldaşı Hüseynov Etiramın anasıdır və uşaqlarının nənəsidir. Onun maddi yüksək imkanları var, ayda 500 manat pensiya alır, özünə məxsus ticarət obyektləri və ondan irəli gələn gəlirləri var. Onun mərhum həyat yoldaşı Hüseynov Etiram həmin obyektlərin idarə olunmasında böyük rolu və əziyyətləri olmuşdur. Bugünki gün onun övladlarının qanun qarşısında haqqı və hüququ çatır ki, həmin obyektlərdən gələn gəlirlərdən aliment alsın. Qaynanası onu və uşaqları evdən qovaraq, onları kirələrdə yaşamağa məcbur etmişdir. Ailə vəziyyətləri ağır olduğu üçün onun övladlarının bu alimentə ehtiyacları vardır. Onun övladları qaynanası yaşadığı ünvanda qeydiyyatdadır. Lakin onun övladları həmin evə həsrət qalmışdır. Onların ailə vəziyyətləri ağır olduğu üçün nənənin məhkəmə qarşısında aliment verməsi qərarına gəlmişlər. Hazırki maddi vəziyyətlə əlaqədar uşağı saxlamaq, yedizdirmək, geyindirmək və başqa xərcləri təkbaşına ödəmək qeyri-mümkündür. Bu xərclər bu gün demək olar ki, 500 manata çatır. İş üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək kredit ödədiyini, böyük uşağının xəstəliyinin olduğunu, onların saxlanma xərclərini çatdıra bilmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. AA 314246 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayon məcburi köçkünüdür. Hazırda müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşmışdır. Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 179 nömrəli arayışdan görünür ki, İddiaçı 2022ci ilin oktyabr ayına kimi Bərdə şəhəri, H.Əliyev prospekti 116 A/19 saylı mənzildə yaşamışdır və aşağıdakı ailəsi var: X14 2002 qızı X20 2007 oğlu X15 2009 qızı Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 360084 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2009-cu ildə Bərdə rayonunda anadan olmuşdur. X2, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1150 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 015220 nömrəli arayışdan görünür ki, X20 14 iyun 2007-ci ildə Ağdam rayonunda anadan olmuşdur. X2, anası X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1307 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, AZ-İİ 278243 nömrəli arayışdan görünür ki, X21 xx.xx.2022-ci il tarixdə yuxarı və aşağı ətrafların bir neçə nahiyələrində sınıqların olması səbəbindən Bakı şəhəri, Sabunçu rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1247 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X16 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 291430 nömrəli arayışdan görünür ki, X21 xx.xx.1979-cu ildə Bərdə şəhərində anadan olmuşdur. X1, anası Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 773 nömrə ilə qeydə alınmışdır. Sabunçu şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, AZ-İİ 278243 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2022-ci ildə Travmatik şok yuxarı və aşağı ətrafların bir neçə nahiyələrini əhatə edən sınıqlar səbəbindən Bakı şəhər, Sabunçu rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1247 nömrə ilə qeydə alınmışdır. İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-01179 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər İddiaçı və Cavabdeh, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf X8 olmuşdur. İş materiallarında olan 02 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 11 mart 2014-cü il tarixli 2(021)-1435/2014 nömrəli qətnamədən görünür ki, iddianın təmin edilməsi, X17 ilə X21 arasında 18 aprel 2007-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 207 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 25 oktyabr 2012-ci il tarixdə anadan olmuş X13, 14 iyul 2007-ci il tarixdə anadan olmuş X18, 10 avqust 2009-cu il tarixdə anadan olmuş X4 anaları X5 yanında qalmaları, 04 fevral 2014-cü il tarixdən etibarən cavabdeh X3 hər ay hər uşağa 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi, X3 30 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. X22 İdarəsi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 199 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı həqiqətən şəhid Fərahim Quliyev adına Bərdə şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 269 (iki yüz altmış doqquz) manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X24 tərəfindən verilmiş 31 may 2023cü il tarixli 3-17-1/2-120375/2023 saylı məktubdan görünür ki, Cavabdeh (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsistemində əks olunan məlumatlara əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X11 aylıq 327.21 (üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində müddətsiz İİ dərəcəli əlilliyə görə əmək pensiyası alan şəxsdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X24 tərəfindən verilmiş 24 may 2023cü il tarixli 3-17-1/2-116125/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial ödənişlər” altsistemində əks olunan məlumatlara əsasən X20 xx.xx.2025-ci il tarixinədək və X15 xx.xx.2027-ci il tarixinədək Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X11 hər biri aylıq 120.00 (bir yüz iyirmi) manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət alır. Qeyd edək ki, aylıq cəmi 240.00 (iki yüz qırx) manat məbləğ İddiaçı ödənilir. "xxxx" ASC tərəfindən verilmiş 265 nömrəli arayışdan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC ilə GTKR5612993A226 saylı müqaviləyə əsasən 3000 manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kreditin aylıq ödəniş məbləği 124,76 manatdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində "xxxx" ASC qarşısında 2412,89 (iki min dörd yüz on iki manat, səksən doqquz qəpik) manat öhdəliyi var və müqavilənin bitmə tarixi xx.xx.2025-ci ildir və X19 tərəfindən müxtəlif tarixlərdə kredit borcuna dair ödənişlər cədvəldə əks edilmişdir. PXA124339 saylı Sığorta Aktının surətindən görünür ki, müvafiq markalı və dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində X6 həlak olması ilə bağlı 1250 AZN məbləğində sığorta ödənişinin Cavabdeh köçürülməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-2535/2023 saylı məktubdan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq sorğuda qeyd olunan Cavabdeh adına Bərdə şəhəri, H.Əliyev prospekti ev 116/19 saylı mənzil xx.xx.1995-ci il tarixli, 3M-77 saylı bəxşiş müqaviləsinə 4245 saylı qeydiyyat nömrəsilə Bərdə rayonu DTİ və MHQ idarəsi tərəfindən qeydə alınmışdır və hüquqmüəyyən edici sənədlərin surətləri təqdim edilir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 435 nömrəli sərəncamından çıxarışdan və ev bəxşişi müqaviləsindən görünür ki, Cavabdeh adına olub, ailəlikcə yaşadığı Bərdə şəhəri, Nizami küçəsində 1983-cü ildə mişar daşından tikilmiş, hazırda 1 nömrəli pambıqtəmizləmə zavodunun balansında olan 50 mənzilli, 116 nömrəli yaşayış evinin 2-ci blok, beşinci mərtəbədə yerləşən üç otaqlı yaşayış sahəsi 37,72 kv.m. balans dəyəri 2375 manat olan 19 nömrəli mənzil Cavabdeh şəxsi mülkiyyətinə keçirilmişdir və sərəncama əsasən həmin ev Bərdə 1 nömrəli Pambıqtəmizləmə zavodu tərəfindən zavodun nümayəndəsi vasitəsilə Cavabdeh bağışlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-2247/2023 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan Cavabdeh adına ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vİ-ЖГ291430 nömrəli xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 27 noyabr 1979-cu ildə doğulmuşdur. X1, anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu ildə 4773 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-508/2022 saylı hökmündən görünür ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Cavabdeh məhkəməyə verdiyi ifadəsində fərdi əməklə məşğul olduğunu və özünə məxsus iki ədəd paltar mağazası olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh övladlarının nənəsi Cavabdeh qarşı 14 iyun 2007-ci il təvəllüdlü X20, 10 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi cavabdeh övladlarının nənəsi Cavabdeh bir uşağa görə 150 manat aliment tutularaq onun xeyrinə ödənilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, məhkəmənin qənaətinə görə cаvаbdeh olan nənə zəruri vəsaitə malikdirsə o zaman nəvələrinin saxlanması üçün məsuliyyət daşıyır. Xüsusilə hazırki işdə uşaqların valideynlərindən biri vəfat etmişdir və digər valideyn olan hazırki iş üzrə iddiaçı öz yetkinlik yaşına çatmayan övladlarının saxlanmasında və onların minimal tələbatlarının təmin edilməsində maddi cəhətdən çətinlik çəkir. Məhkəmə nəvələrin sаxlаnmаsı üçün nənədən tutulmalı olan аlimentin miqdarına dаir məsələni müzakirə edərkən pensiyaçılar üçün yaşayış minimumunun məbləğini də nəzərə alır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu pensiyaçılar üçün 199 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 2-ci qrup əlilliyə görə aylıq 327,21 manat məbləğində pensiya alır və adına mənzil də mövcuddur. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmayan nəvələrinin saxlanması üçün zəruri vəsaitə malikdir və ondan nəvələrinin saxlanması üçün hər ay sabit məbləğdə aliment tutula bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən nəvələrinin saxlanması üçün iddiaçının xeyrinə tutulan alimentin məbləği elə miqdarda olmalıdır ki, cavabdehin aylıq əldə etdiyi pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunda göstərilən məbləğin azalmasına və cavabdehin yaşayış şəraitinin və təminatının pisləşməsinə səbəb olmasın. Qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdehdən hər uşağa görə hər ay 50 manat məbləğində aliment tutulmasını məqbul hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə mərhum X10 birgə nikahlarından doğulmuş 14 iyun 2007-ci il təvəllüdlü X20 və 10 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 50 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan alimentin məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 32 (otuz iki) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. İddiaçı ilə mərhum X10 birgə nikahlarından doğulmuş 14 iyun 2007-ci il təvəllüdlü X20 və 10 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 32 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasına аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2041/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2041/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver