Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2059/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, ilə, İddiaçı oğlunun Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmə binаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu məhkəməyə müraciət edərək xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, Bərdə Rayon Məhkəməsinin 18 iyun 2012-ci il tarixli, 2(021)- 769/2012- saylı qətnaməsi əsasında xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşağa görə 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən, işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün tərəflərin qeydiyyatda olduğu yer üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ:
1. İddiaçı oğlunun Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilsin.
2. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər.
Hаkim:Ziya Abdullayev