Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2070/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı «Əlavə xərclərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə birgə nikahlarından olmuş xx.xx.2006-cı il təvəllüdlü X8 adlı övladlarının müalicə xərci üçün hər ay 500 (beş yüz) manat məbləğində sabit pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahlarından xx.xx.2006-cı təvəlldlü X9 adlı övladları olmuşdur. Aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və aliment təyin edilmişdir. Birgə nikahlarından xx.xx.2006-cı təvəlldlü X9 adlı övladları "görmə zəifliyi” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və onun mülaicə, müayinə və reseptlərinə aylıq 300-500 manat miqdarında pul ödəyir. Xəstəxana tərəfindən verilmiş diaqnoz və bəzi xəstəxana xərclərinə dair sənədləri ərizəyə əlavə edir. Cavabdeh isə Mujgan adlı övladlarının müalicə və müayinə olunması üçün heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək iddiaçıya 2008-ci il tarixdən 2024-cü il tarixədək olan aliment borcunu tamamilə ödədiyini, ona qarşı qaldırılmış iddianı qəbul etmədiyini, onun əlavə xərc ödəməyə imkanının olmadığını, iddiaçı ilə qarşılaşmaq istəmədiyini qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Nüşabə küçəsi ev 37də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Həzi Aslanov küçəsi ev 39-da qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 1935 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 8-də yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2006-cı il tarixli AZ-T 017848 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə Müjgan adlı uşaqları doğulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X10 qeyd edilmişdir. X14 və Texnologiya Kolleci tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 67 nömrəli arayışdan görünür ki, X8 2022-ci ilin sentyabr ayından X14 və Texnologiya Kollecinin əyani şöbə “Mühasibat uçotu” ixtisasına 9 illik təhsil bazasından qəbul olmuşdur. Hazırda İİ kursda əyani təhsil alır. Kolleci 2025-ci ilin iyun ayında bitirəcək. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş ambulator kitabça və digər tibbi sənədlərdən görünür ki, X8 “Dolixosiqma” diaqnozu ilə xəstədir. X3 xx.xx.2023-cü il tarixli “Epikriz”indən görünür ki, X7 “Kesin Tanı (H52.1) Miopiya” və “Kesin Tanı (H52.2) Asiqmatizm” diaqnozları qoyulmuşdur. X6 tərəfindən verilmiş qəbzlərdən görünür ki, X1 Beynəlxalq Xəstəxanasında müayinə üçün müxtəlif vaxtlarda 25 manat, 40 manat və 45 manat məbləğində ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli MŞG1/MT007/2024-00607 nömrəli arayışdan görünür ki, İddiaçı Aydın qızına “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 08 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmək üçün 50 (əlli) manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 23 mart 2006-cı ildə Müjgan adlı uşaqları doğulmuş, uşaq hazırda yetkinlik yaşına çatmışdır. X14 və Texnologiya Kolleci tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 67 nömrəli arayışdan müəyyən olunur ki, X2 Dövlət İdarəetmə və Texnologiya Kollecinin əyani şöbəndə “Mühasibat uçotu” ixtisası üzrə təhsil alır. İddiaçı hazırkı iddia tələbinin əsası kimi övladının xəstə olduğunu, mütəmadi müalicəyə ehtiyacının olduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Onun təqdim etdiyi tibbi sənədlərdən isə X5 mütəmadi, davamlı olaraq müalicə və müayinə olunmasına və bunun üçün xərclərin tələb olunmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan hüquq normasının tələbindən də görünür ki, ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar valideynlər əlavə xərclərin ödənilməsinə cəlb edilə bilər. İşin hallarından görünür ki, X5 əlilliyi müəyyən edilməmişdir, fəaliyyət qabiliyyətsiz olması barədə isə məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda hazırkı iddia tələbini Ailə Məcəlləsinin 81-ci maddəsini əsas götürməklə təmin etmək olmaz. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 23 mart 2006-cı ildə anadan olmaqla yetkinlik yaşına çatmışdır. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında oxşar hüquqi mövqe nümayiş etdirilməklə qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin mübahisəsiz halıdır ki, X8 23 mart 2006-cı ildə anadan olmaqla artıq 23 mart 2024-cü ildə yetkinlik yaşına çatmışdır, O, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilməmişdir. Hazırkı mülki iş üzrə iddia ərizəsi isə məhkəmənin icraaına 13 may 2024-cü il tarixdə, yəni Müjgan Aydınzadə yetkinlik yaşına çatandan xeyli müddət sonra daxil olmuşdur. Ona görə də hazırkı iddia tələbi ilə Müjgan Aydınzadə özü çıxış edə bilərdi. Belə olan halda İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı «Əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2070/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2070/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver