Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2091/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh övladları 07.03.2013-cü il təvəllüdlü X8, 21.01.2014-cü il təvəllüdlü X9 və 10.12.2015-ci il təvəllüdlü X7 onun himayəsində qaldığı üçün yetkinlik yaşları tamam olanadək hər uşağa hər ay 160 manat olmaqla ümumilikdə 480 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. birgə nikahlarından 20.02.2015-ci ildə anadan olmuş X12 və 29.01.2018-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 20.02.2012-ci ildə ailə qurmuş, nikahları 16.01.2016-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzində 170 saylı nikah şəhadətnaməsi ilə qeydə alınmışdır. Birgə ailəli olduqları müddətdə üç öladları 07.03.2013-cü il təvəllüdlü X8, 21.01.2014-cü il təvəllüdlü X9 və 10.12.2015-ci il təvəllüdlü X7 anadan olmuşlar.Əvvələr mehriban olsalar da sonradan aralarında olan münasibətləri pozulmuşdur. Hazırda övladları ilə bir ilə yaxındır ki, cavbdehdən ayrı qalırlar. Himayəsində azyaşlı xəstə əlil övladı olduğu üçün işləyə bilmir. Maddi vəziyyətləri çox çətindir. Cavabdeh indiyənədək ona və övladlarına heç bir köməklik etməmişdir. Cavabdehə dəfələrlə ona maddi köməklik göstərməsini desə də heç bir maddi köməklik etməmişdir. Odur ki, cavabdehin bu cür hərəkətlərini nəzərə alıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehlə birgə nikahlarından olmuş azyaşlı övladları 07.03.2013-cü il təvəllüdlü X4, 21.01.2014-cü il təvəllüdlü X5 və 10.12.2015-ci il təvəllüdlü X3 himayəsində saxlanılmasına və hər ay hər uşağa görə 150 manat alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, 2012ci ildə iddiaçı ilə evlənmiş, nikahlarını 2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda azyaşlı uşaqları iddiaçının yanındadır. Heç bir yerdə işləmədiyini, aliment ödməyə imkanının olmadığını qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2016-cı il tarixli AZ-İİ 077555 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh oğlu və X10 25 yanvar 2016-cı ildə 89 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 fevral 2016-cı il tarixli AZ-İİİ 686101 saylı, AZ-İİİ 686102 saylı və 17 yanvar 2019-cu il tarixli AZ-İV 213458 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 07 mart 2013-cü ildə Vüsal, 21 yanvar 2014-cü ildə Xəyal və 10 dekabr 2015-ci ildə Zeynəb adlı uşaqları doğulmuşdur. 07 mart 2013-cü il təvəllüdlü X4, 21 yanvar 2014-cü il təvəllüdlü X5 və 10 dekabr 2015-ci il təvəllüdlü X3 atası Cavabdeh oğludur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2499/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 25 yanvar 2016-cı il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 89 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyul 2020-ci il tarixli AZ-İ 353063 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Bərdə rayon X11 Hüquqi Şəxsin 841 saylı 21 iyun 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, 1969cu il təvəllüdlü Cavabdeh 1999-cu il tarixdən Bərdə rayon Vərəm kabinetində “Fibernozkavernoz ağciyər vərəmi. MDK forma İİ dərəcə tənəffüs çatışmamazlığı” diaqnozu ilə qeydiyyatdadır, uzun müddətdir müalicə alır. Аzərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Bu Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci və 22.2.1-ci maddələrinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun olaraq hesab edir ki, tərəflər arasında nikah pozulduğundan onların birgə nikahlarından 07 mart 2013-cü ildə anadan olmuş X4, 21 yanvar 2014-cü ildə anadan olmuş X5 və 10 dekabr 2015-ci ildə anadan olmuş X3 İddiaçı himayəsində saxlanılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi ər-arvad münasibətlərindən 07 mart 2013-cü ildə anadan olmuş X4, 21 yanvar 2014-cü ildə anadan olmuş X5 və 10 dekabr 2015-ci ildə anadan olmuş X3 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda hər uşaq üçün 150 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda hər uşaq üçün 90 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 31 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 500 manatdan yuxarı məbləğ təşkil etdiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından 07 mart 2013-cü ildə anadan olmuş X8, 21 yanvar 2014cü ildə anadan olmuş X9 və 10 dekabr 2015-ci ildə anadan olmuş X7 İddiaçı himayəsində qalsın. 07 mart 2013-cü ildə anadan olmuş X4, 21 yanvar 2014-cü ildə anadan olmuş X5 və 10 dekabr 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 31 may 2021-ci ildən başlayaraq ayda hər uşaq üçün 90(doxsan) manat, cəmi 270(iki yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2091/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2091/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver