Məhkəmə qərarları › İş №2(021)-2100/2022

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2100/2022

26.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2100/2022 26.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlu, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Kreditor "xxxx" MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Borclu 1704 manat məbləğində əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı m/h:AZ03NABZ********************,H/h:AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC ərizəni onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 1737 manat olan məişət avadanlığı əldə etmiş, 33 manat ilkin ödəniş ödəməklə, qalan 1704 manat məbləği 24 ay müddətinə aylıq 71 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" MMC ilə alıcı Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsindən müəyyən edilir ki, Borclu "xxxx"dən hissə-hissə ödəniş etmək şərti ilə dəyəri 1737 manat olan məişət avadanlığı əldə etmiş, 33 manat ilkin ödəniş ödəməklə, qalan 1704 manat məbləği 24 ay müddətinə aylıq 71 manat olmaqla "xxxx"yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1704 manat əsas borcu vardır. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, kreditor məhkəməyə ərizə ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəyə əlavə edilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1987-ci il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. Bərdə rayon Dəymədağıldı kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor "xxxx" MMC-yə 1704 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundan başqa MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu da borcluya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmretdim: xx.xx.1987-ci il təvəllüdlü Kirovabad şəhərində anadan olmuş və Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Borclu 1704 manat məbləğində əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar