Məhkəmə qərarları › İş №2(021)-2156/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2156/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2156/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh birgə nikahlarından 20.02.2015-ci ildə anadan olmuş X4 və 29.01.2018-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 20.02.2015-ci ildə X7 və 29.01.2018-ci ildə X5 anadan olmuşdur. Bir müddət cavabdehlə bir yerdə yaşamışlar. Sonradan ailə münasibətləri pozulduğndan ayrlşmışlar. Hazırda azyaşlı Emin və Rəfiqə ilə birlikdə valideyinlərinin himayəsində yaşayırlar. Uşaqlar onun himayəsində qaldığı vaxtdan cavabdeh uşaqlarla maraqlanmamış, bir ata kimi onlarla görüşməyə cəhd belə etməmiş, səhhətləri və tərbiyyələri ilə məşğul olmamışdır. Uşaqların saxlanmasında maddi çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh fərdi fəaliyyətlə məşğul olur, təsərrüfatında 24 baş mal-qarası var, mülkiyyətində pay torpaq sahəsi, həyəyanı torpaq sahəsi, şəxsi avtomobli vardır. Cavabdehin kifayət qədər maddi imkanı vardır. Hesab edir ki, cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmçinin göstərmişdir ki, tərəflər rəsmi olaraq boşanmasalar da faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya heç bir maddi köməklik göstərmədiyindən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2011-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə 1 aydır ki, ayrılmışlar. Lakin nikahları rəsmi olaraq pozulmamışdır. Ayrılarkən uşaqlar iddiaçının yanında qalmışdır. Dəfələrlə ailəsini bərpa etmək istəsə də mümkün olmamışdır. Hazırda heç bir yerdə işləmir, atasının himayəsində yaşayır. Hər ay hər uşağa 50 manat aliment ödəməyə imkanı çatır. İddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2011-ci il tarixli AZ-İ 680436 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X6 18 iyul 2011-ci ildə 16 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2015-ci il tarixli AZ-İİİ 512303 saylı və 19 fevral 2018-ci il tarixli AZ-İV 040019 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 20 fevral 2015-ci ildə Emin və 29 yanvar 2018-ci ildə Rəfiqə adlı uşaqları doğulmuşdur. 20 fevral 2015-ci il təvəllüdlü X4 və 29 yanvar 2018-ci il təvəllüdlü X3 atası Cavabdehdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi ər-arvad münasibətlərindən 20 fevral 2015-ci ildə anadan olmuş X4 və 29 yanvar 2018-ci ildə anadan olmuş X3 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda hər uşağa 200 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda hər uşağa 120 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 04.06 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 500 manatdan yuxarı məbləğ təşkil etdiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 20 fevral 2015-ci ildə anadan olmuş X4 və 29 yanvar 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 04.06.2021-ci ildən başlayaraq hər ay hər uşağa 120(bir yüz iyirmi) manat, cəmi 240(iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar