Məhkəmə qərarları › İş №2(021)-2166/2023

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2166/2023

03.05.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2166/2023 03.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu Kreditor: ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu: Bərdə şəhəri, M.Müşviq küçəsi ev 63-də yaşayan Borclu qarşı “Borcun tutulmasına” dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Kreditor (ərizəçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə ərizə verərək Borclu ilə bağlanmış “X2 Müqaviləsi” üzrə 530 manat əsas borcun, 90,63 manat cərimənin, cəmi 620,63 manat borcun və 26 manat ödənilmiş məhkəmə xərcinin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" MMC ilə Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 146 nömrəli Nisyə satış müqaviləsinə əsasən borcluya 580 manat dəyərində NOTE 11S markalı mobil telefon satılmışdır. Borclu satış müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımınca icra etməmiş nəticədə 530 manat borcu qalmışdır. Müqavilənin 2.2.5-ci bəndinə görə “Alıcı” (borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilənin şərtlərinə əməl etmədiyindən borclu olduğu məbləğə görə, gecikdirilmiş 57 gün üçün 90,63 manat cərimə borcu hesablanmışdır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 146 nömrəli “X2 Müqaviləsi”ndən və müqaviləyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən Borclu 50 manat ilkin ödəniş etməklə ümumi dəyəri 580 manat olan NOTE 11S markalı mobil telefon satılmışdır. Müqaviləyə əlavə edilmiş Nisyə satış müqaviləsinə əlavə 1-dən görünür ki, borclunun aldığı avadanlığa görə 13 ay müddətində birinci ay 50 manat (ilkin ödəniş), qalan aylarda isə 44,16 manat ödənilməsini razılaşdırmışdır. Tələbkar "xxxx" MMC tərəfindən Borclu ünvanlanmış bildirişdən görünür ki, tələbkar tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. AZE seriyalı ******** nömrəl şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1979-cu ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, M.Müşviq küçəsi ev 63-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM- 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə xatırladır ki, “X1” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İş olan ödəniş qəbzlərindən görünür ki, kreditor ərizə ilə məhkəməyə müraciət edərkən 26 manat dövlət rüsumu ödəmişdir. Odur ki, borcludan ödənilmiş 26 manat dövlət rüsumu alınaraq kreditora verilməli, ödənilməmiş 74 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Borclu 530 manat əsas borc, 90,63 manat cərimə, cəmi 520,63 manat pul alınaraq "xxxx" MMC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMREDİRƏM: xx.xx.1979-cu ildə (AZE********) Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, M.Müşviq küçəsi ev 63-də yaşayan Borclu 530 manat əsas, 90,63 manat cərimə borcu olmaqla, cəmi 620,63 manat borc və 26 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Borclu ödənilməmiş 74 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar