Məhkəmə qərarları › İş №2(021)-2168/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2168/2021

07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2168/2021 07.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evinə vurulmuş ziyanın əvəzinin ödənilməsi, gediş-gəliş yolunda inşa edilmiş tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada evinə vurulmuş zərərin ödənilməsi və ya təmir edilməsinə, Cavabdeh1 tərəfindən yolun açılmasına və qanunsuz inşa edilmiş tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlərin biri ona məxsus torpaq sahəsini zəbet etmiş, digəri isə ona ziyan vurmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada evinə vurulmuş ziyanın tutulmasını, həmçinin digər Cavabdeh1 tərəfindən bağlanmış yolun açılmasına və onun tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hər iki şəxsə qarşı bir iddia ərizəsi ilə müraciə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra) 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərin əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evinə vurulmuş ziyanın əvəzinin ödənilməsi, gediş-gəliş yolunda inşa edilmiş tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar