Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1106/2025 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və tikintinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tikilinin sökülməsi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlunun və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və tikintinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA Seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində 1611009143 qeydiyyat nömrəsi ilə ##.##.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. 3.“xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, ***/KS/** nömrəli rəyində qeyd edilmişdir ki, bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən fərdi yaşayış evinin ## ###### 2024-cü il tarixinə bazar dəyəri — 147 000 (bir yüz qırx yeddi min) manatdır. 4.İş üzrə qəbul edilmiş məhkəmə aktı 5.Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı İddiaçı cavabdeh «İdeal Tikinti İnşaat» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «İdeal Tikinti İnşaat» MMC-dən və Cavabdeh onun evinə vurduqları zərərə görə 150000 manat, dövlət rüsumu qismində ödənilmiş 440 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və tikinti qaydalarına riayət olunmadan 2 metr məsafədə qanunsuz tikilmiş 7 mərtəbəli binanın sökülməsini xahiş etmişdir. 7.İddiaçı İddiaçı vəkili-nümayəndəsi İsmayılov Mehman Malik oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh kimi qeyd olunan «İdeal Tikinti İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl cavabdeh Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. 8.İddiaçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus fərdi yaşayış evi ünvan 3 ünvanında yerləşir və həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,03 ha-dır. O, sözügedən evi 12 il əvvəl tikdirmiş və bu vaxta qədər evdə heç bir çat və ya problem olmamışdır. Lakin cavabdeh Cavabdeh onun evinin 2 metrliyində bina inşa etməyə başlamış və nəticədə evdə çatlar meydana gəlmişdir. Həmin binanın tikintisi 2022-ci ilin əvvəllərində başlanmışdır və məhz həmin bina tikiləndən sonra evdə çatlar və çöküntülər əmələ gəlmişdir. Bundan əlavə qeyd edir ki, bina tikildikdən sonra hətta həyətin hasarı da çatlamış, yaşadıqları ev əyilmişdir. Çatlar hər gün bir az da böyüməkdədir. Hesab edir ki, həmin bina tikinti qaydalarına əməl edilmədən tikilmişdir, çünki ev ilə binanın arasında 2 metr məsafə vardır. Onunla birlikdə evdə yaş yarımlıq körpə uşaq olmaqla, ümumilikdə, 3 övladı yaşayır. Ev hazırda qəzalı vəziyyətdə olduğundan onların həyatı və sağlamlığı üçün təhlükə yaradır. O, cavabdeh şirkət tərəfindən ona dəymiş zərəri 150000 manat həcmində qiymətləndirir. Hesab edir ki, bu gündən etibarən həmin torpaqda ev tikiləcəyi halda həmin ev sözügedən binanın ucbatından yenə qəzalı vəziyyətə düşəcəkdir. Hazırda evdə yaşamaq təhlükəlidir. Həmçinin hesab edir ki, o, evini təmir etdirsə belə yenə evi qəzalı vəziyyətə düşəcəkdir. Hətta həyətin hasarı da çatlamış və ev əyilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı İddiaçı izahatına əlavə olaraq hazırki məsələ ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və müvafiq icra hakimiyyəti orqanına müraciət etsələr də bir nəticəsi olmadığını, həyat yoldaşı olan iddiaçının insultdan əziyyət çəkdiyini və III dərəcəli əlilliyi olduğunu bildirdi və qeyd edilənlər əsasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 10.İddiaçı İddiaçı vəkili-nümayəndəsi İsmayılov Mehman Malik oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı İddiaçı yaşlı iflic xəstəsidir. Ona məxsus evdə çatlar əmələ gəlmişdir və mənzilin sökülmə və ya uçulma təhlükəsi vardır. Hesab edir ki, bir sıra qurumların qanunsuz hərəkətləri nəticəsində hüquqlarını müdafiə etdiyi iddiaçı İddiaçı haqlı mənafeləri pozulur. İddiaçı rəy alınması üçün özəl şirkət olaraq “xxxx” MMCyə müraciət etmiş və “xxxx” MMC tərəfindən ## ###### 2024-cü il tarixli rəy hazırlanmışdır. Sözügedən mənzilin bu hala düşməsinə cavabdeh tərəfindən inşa edilmiş tikili öz təsirini göstərir. Belə ki, ev tamamilə yararsız vəziyyətdədir və divarlarda çatlar meydana gəlmişdir. Cavabdeh tərəfindən tikilmiş bina təxminən 8-9 mərtəbəli binadır və iddiaçıya məxsus evin arxa tərəfində yerləşir. Bundan əlavə iddiaçıya məxsus ev ipotekadadır və borca görə aylıq olaraq 300 manat ödəniş edilir. Ev tamamilə sıradan çıxdığından onlar da evin dəyərini qarşı tərəfdən tələb edirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. 11.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin qonşuluğunda tikilən 3 mərtəbəli və mansardlı fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir və həmin tikilinin “İdeal Tikinti İnşaat” MMC-yə heç bir aidiyyəti yoxdur. O, notarial alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə qonşuluqda, Ş.Qurbanov küçəsində yerləşən 0,0394 ha torpaq sahəsi, əlavə olaraq 0,0117 ha torpaq sahəsi və üzərində olan 55/17 kv. metrlik tikintisi olan fərdi yaşayış evini almış, rəsmi qaydada Abşeron rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin tikintisinə icazə almaq üçün müraciət etmiş və ##.##.2022-ci il tarixdə N-32-151 nömrə ilə Abşeron rayon İcra Hakimiyyətindən razılıq alaraq 3 mərtəbəli və mansardlı yaşayış evi inşa etmişdir. Sözügedən fərdi yaşayış evini inşa etdiyi zaman evin hündür olması, qonşuların həyətinin görünməsi səbəbindən yaxınlıqdaki qonşulardan və o cümlədən iddiaçı İddiaçı tikinti aparması üçün pul ödəməklə razılıqlarını almışdır. İddiaçının və qonşuların razılığı olmasa idi, yəqin ki, o, həmin fərdi yaşayış evini narazılıq səbəbindən inşa edə bilməyəcəkdi. İddiaçı İddiaçı fərdi yaşayış evinin tikintisi başa çatdıqdan və həmin evdə yaşayış başladıqdan uzun müddət keçdikdən sonra belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir və iddiaçının məqsədi ərizəsindən də göründüyü kimi pul tələb etməkdən başqa bir şey deyildir. Onun inşa etdiyi fərdi yaşayış evinin tikintisi zamanı və tikintidən sonra iddiaçının evinə heç bir zərər dəyməmişdir. Əgər iddiaçının evinə hər hansı bir zərər dəymiş olsa idi, tikinti işləri aparılarkən aidiyyəti orqanlara müraciət edərək tikintinin davam etdirilməsini dayandıra bilərdi. Hesab edir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Odur ki, o, iddianın rədd edilməsini xahiş etmişdir. 12.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh onun evinə vurduqları zərərə görə 150000 manat, dövlət rüsumu qismində ödənilmiş 440 manat pul vəsaitinin tutularaq ona ödənilməsi və tikinti qaydalarına riayət olunmadan 2 metr məsafədə qanunsuz tikilmiş 7 mərtəbəli binanın sökülməsi barədə iddiası rədd edilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) 13.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 180.4 və 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 216-220, 217.4 və 360-cı maddələrinə, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli Plenum qərarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına istinad etmişdir. 14.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 15.Apellyasiya şikayətinin dəlilləri 16.İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini ləğv edib, apellyasiya şikayətini təmin edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. O, öz hüquqlarının məhkəmədə müdafiəsinə nail olmaq üçün ona qarşı iddia tələbinə qarşı etiraz edərək öz dəlilləri ilə məhkəməyə müraciət etmişdir, lakin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırılması ilə bağlı hüququ pozulmuşdur. Belə ki, bu iddia tələbinin əsası ondan ibarətdir ki, xüsusi mülkiyyətində olan əmlakın qonşuluğunda olan ərazini cavabdeh alaraq orada tikinti normalarını kobud şəkildə pozmaqla onun evinin 2 metrlik məsafəsində 7 mərtəbəli hündüür bina inşa etmişdir. Bu hündürmərtəbəli binanın inşası zamanı heç bir tikinti normaları, qaydaları, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl olunmamaış, nəticədə cavabdeh tərəfindən inşa edilən bu tikinti onun evinin yükdaşıyan sütunlarında çatlar əmələ gəlmiş və evi qəzalı vəziyyətə düşmüşdür. Qeyd olunanlar məhkəməyə təqdim etdiyi mütəxəsis rəyində də öz əksini tapmışdır. Lakin məhkəmə bildirmişdir ki, birdə Əhliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə göndərək, oranın da rəyini alandan sonra məsələyə hüquqi qiymət verərik. Lakin ekspertiza mərkəzi rəy vermək üçün Fövqaladə Hallar Nazirliyinin mütəxəsis rəyinin tələb olduğunu bildirmiş və rəy alınması üçün vəsatət vermişdir. Məhkəmə mütəxəsis rəyinin alınması üçün 2 dəfə Fövqəladə Hallar Nazirliyinin rəyini almaq üçün müraciət etmişdir, lakin həmin qurum 2 dəfə məhkəəyə bildirmişdir ki, bizim vaxtımız yoxdur, məhkəmə özəl mütəxəsislərə müraciət etsin. Bundan sonra da onlar öz vəsaitləri hesabına özəl mütəxəsis rəyi alaraq məhkəməyə təqdim etmişlər. Lakin buna baxmayaraq məhkəmə iddianı rədd edir və bildirir ki, onun sübutu yoxdur. Baxmayaraq ki, o, evinin qəzalı vəziyyətə düşməsini sübut edən fotoşəkilləri, mütəxəsis rəyini təqdim etmişdir, hələ bundan əlavə cavabdeh özü də etiraf edir ki, tikinti normalarını pozub, ona 3 mərtəbəli ev tikməyə icazə verildiyi halda o 7 mərtəbə tikib, bununla da tikinti normalarını, qaydalarını pozub. Bunu cavabdeh özü də etiraf edir izahatında. Hələ bu azmış kimi cavabdeh bildirir ki, qanunsuz tikilini aparmaq üçün guya onlara qonşularına pul da verib, lakin belə bir pulun verilmədiyini o bildirir və cavabdeh hansısa pul verməsini də sübut edə bilmir. İşin mübahisəsiz halıdır ki, onun evində yük daşıyan istinad divarlarında çatlar var, ev qəzalıdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh tikinti normalarına zidd olaraq 7 mərtəbəli binanı onun evinin 2 metrliyində tikib. İşin mübahisəsiz halıdır ki, cavabdehə 7 mərtəbəli ev tikintisinə icazə verilməyib, 3 mərtəbəli ev tikintisinə Abşeron İcra Hakimiyyətti icazə verib. Bundan başqa 7 mərtəbəli bina tikintisinə icazəni Abşeron Rayon İcra Hakimiyyəti verə də bilməz. Bu cür hündür 12 metrdən çox hündürlüyü olan binaların layihəsini və icazəni FHN-nin rəyi əsasında verilir, bunu rayon İcra Hakimiyyətinin vermək səlahiyyəti də yoxdur. Qətnamədə qeyd olunur ki, guya onlar iddia tələblərini sübuta yetirə bilməmişlər, yəni ona məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh Cavabdeh bina inşa etdirməsi nəticəsində evinə 150000 manat məbləğində zərər dəydiyini və tikinti qaydalarını pozmaqla inşa edilmiş tikintinin sökülməli olduğunu bildirsə də, qeyd edilən halları sübut edə bilməmişdir. Əlbəttə ki, işin mübahisəsiz halı olan bu xüsusatların hansı sübutlara ehtiyacı var axı. Bundan əlavə o, sübut da təqdim etmişdir. Mütəxəsis rəyinin özəl olmasını məhkəmə bildirib dövlət orqanlarına qərardad çıxararaq mütəxəsis rəyi istəyib. Lakin dövlət orqanları işlərinin çox olması səbəbindən belə bir rəyi verməkdən imtina etmişdir. Belə bir vəziyyətdə məhkəmə araşdırma aparmadan qeyd edir ki, o, iddiasının əsasını sübut edə bilmir. İcra Hakimiyyətindən tikintisinə icazə verilən tikilinin mərtəbə sayı 3 olub, lakin bunu pozan cavabdeh 7 + mansart inşa edərək normanı 2 dəfədən çox aşıb. Məgər həmin tikilinin sökülməsinə, tikinti qaydalarına zidd olmasının sübutu deyilmi. 18.Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Cavabdeh Nəsurullayev Murad Bəhlul oğlu apellyasiya şikayətinə qarşı etiraz verərək, Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2 (***)-***/**** saylı qətnaməsinin qüvvədə qalması və iddiaçı X2 apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Etirazını belə əsaslandırmışdır ki, yazaraq bildirir ki, iddiaçı X2 ona qarşı maddi ziyanın ödənilməsi və tikintinin sökülməsi tələbinə dair iddia ərizəsilə Abşeron rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21.İddiaçı X2 ona məxsus fərdi yaşayış evinin ünvan 1 ünvanında yerləşməsini və həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsünü 0,03 ha olduğunu və sözügedən evi 12 il əvvəl tikdirdiyini məhkəməyə bildirmişdir. Guya onun tərəfindən 2022-ci ilin əvvəllərindən inşasına başlanılmış bina tikiləndən sonra evdə çatlar və söküntülər əmələ gəlmişdir. Bundan əlavə qeyd etmişdir ki, bina tikildikdən sonra hətta həyət yani hasarı çatlamış, yaşadığı ev əyilmişdir. Çatlar hər gün bir azda böyüməkdədir. Hesab edir ki, həmin bina tikinti qaydalarına əməl edilmədən tikilmişdir, bina ilə ev arasında məsafə azdır. Ona dəymiş zərəri 150000 (yüz əlli min) manat həcmində dəyərləndirir və hesab edir ki, həmin torpaqda ev tikiləcəyi halda sözügedən binanın ucbatından onun evi yenə qəzalı vəziyyətə düşəcəkdir. 22.İddiaçının apellyasiya şikayəti əsassızdır. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, o Birinci İnstansiya Məhkəməsində iddia ərizəsinə etiraz yazaraq bildirmişdi ki, iddiaçı ilə qonşuluqda Ş.Qurbanov küçəsində notarial alqı-satqı müqavilə əsasında 0,0394 ha torpaq sahəsi və əlavə olaraq 0,0117 ha torpaq sahəsi və üzərində olan 55,17 kv metrlik tikintisi olan fərdi yaşayış evini alaraq rəsmi qaydada Abşeron rayon İcra Hakimiyyətinə binanın tikintisinə icazə almaq üçün müraciət etmişdir. ##.##.2022-ci il tarixdə N-32-151 nömrə ilə Abşeron rayon İcra Hakimiyyətindən razılıq alaraq binanı inşa etmişdir. Sözügedən binanı inşa etdiyi zaman evin hündür olması, qonşuların həyətinin görsənməyi səbəbindən yaxınlıqda ki, qonşulardan və o cümlədən iddiaçı X2 tikinti aparmaq üçün maddi razılıq əsasında pul ödəmək şərtilə razılıqlarını almışdır. Hal-hazır ki, iş üzrə iddiaçı X2 və digər qonşuların razılığı olmasaydı yəqin ki, o həmin binanı narazılıqlar səbəbindən inşa edə bilməzdi. İddiaçı binanı tikintisi başa çatdıqdan və həmin binada yaşayış başladıqdan uzun müddət keçdikdən sonra belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Bina inşa edilərkən iddiaçı tərəfindən, hüquq mühafizə və digər aidiyyəti orqanlara o cümlədən aidiyyəti üzrə məhkəməyə müraciət daxil olmamışdır. Çünki, bina inşa edilməmişdən öncə yuxarıda qeyd etdiyi kimi iddiaçı və digər qonşularla aralarında anlaşma olmuş, onların razılığın aldıqdan sonra o binanın tikintisinə başlamışdır. İddiaçının bina inşa edilən vaxtı hər hansı bir narazılığı olsaydı aidiyyəti orqanlara müraciət edərək binanın tikintisini dayandıra bilərdi. 23.İddiaçı birinci instansiya məhkəməsində verdiyi öz izahatında insult xəstəliyindən əziyyət çəkdiyini və III dərəcəli əlil olduğunu əsas gətirərək iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Burdan belə bir qənaətə gəlmək olur ki, iddiaçı X2 uzun müddət keçdikdən sonra özünün təqdim etdiyi xxxx MMC-nin qiymətləndirmə rəyi əsasında qərəzli şəkildə ondan pul tələb edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ədalətlidir, məhkəmə işin bütün hallarının məcmusuna, hər tərəfli tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirmiş və iddianı rədd etmişdir. 24.Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qanunsuz və əsassızdır, heç bir sübuti əhəmiyyətə malik deyildir, iddiaçının şəxsi mülahizələrini əks etdirir, məhz buna görə də apellyasiya şikayəti rədd edilməlidir. 25.Mülki-Prosessual Məcəllənin 154-cü maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: etirazın göndərildiyi məhkəmənin adı, işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə, iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar, istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı, olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə), əlavə olunmuş sənədlərin siyahısı. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir. 26.Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlu və iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 28.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. 29.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 30.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. 31.Tətbiq edilən hüquq 32.Azərbaycan Respublikasının Konstitusiyası 33.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 34.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 35.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 36.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 37.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 38.Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 39.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 40.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 41.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 42.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 43.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 44.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 45.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 46.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 47.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 51.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 53.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 54.Apellyasiya baxışının hədləri 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 56.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 57.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. 58.Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. 59.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 60.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 61.İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi iddiaçı İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikinti işləri aparılarkən şəhərsalma və tikinti normaları pozulduğundan, tikinti qanunvericiliyində müəyyən edilmiş ara məsafə gözlənilmədiyindən, iddiaçının qonşuluğunda cavabdeh Cavabdeh məxsus torpaq sahəsinin üzərində inşa edilmiş 7 mərtəbəli və mansardlı yaşayış evinin sökülməsi və evinə vurulmuş zərərə görə 150000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 62.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı tərəf mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh Cavabdeh bina inşa etdirməsi nəticəsində evə 150000 manat məbləğində zərər dəydiyini və tikintinin sökülməli olduğunu bildirsə də, qeyd edilən halları sübut edə bilməmiş, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinə ziyan vurulduğunu qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert vəsatəti verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq hər hansı bir sənəd (mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, bu səbəbdən ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-****/*-**/***/**** saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi ##.##.2025-ci il tarixə təyin edilmiş, lakin vəsatət təmin edilmədiyindən tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış, buna görə də ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. 63.Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. 64.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. 65.Sumqayıt Apellyasiya Məhkəməsinin icraatı zamanı əldə olunmuş Alternativ Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, ** nömrəli rəyində qeyd edilmişdir ki, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən mülki iş üzrə materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, cavabdeh Cavabdeh tərəfindən, Abşeron rayonu, Xırdalan şəhərində inşa olunmuş 7 (yeddi) mərtəbəli çoxmənzilli yaşayış binasının, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) 69.4. və 69.5.1. bəndlərinin və 74-cü maddəsinin (Tikintisinə icazə tələb olunan tikinti obyektləri) 74.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: İddiaçı İddiaçı məxsus olan olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hər bir mərtəbəsində yerləşən bəzi sahələrin tavanındakı “alçıpan” təbəqələrin və “paduqa” tipli lepka haşiyələrinin birləşmə hissələrinin çatlaması müşahidə olunmuşdur. Yaşayış evində mövcud qüsurlar müxtəlif səbəblərdən, o cümlədən silkələmədən, vibrasiyadan, zəlzələdən, yaxınlıqda aparılan tikinti işləri zamanı ağır texnikanın istifadə olunmasından, təmirin istismar müddətindən və keyfiyyətsiz təmir işlərinin aparılmasından yarana bilər. 66.Bu səbəbdən də, iddiaçı İddiaçı məxsus olan fərdi yaşayış evində mövcud qüsurların, cavabdeh Cavabdeh tərəfindən aparılmış tikinti (7 mərtəbəli çoxmənzilli yaşayış binasının inşa olunmasıdır) nəticəsində yaranaraq iddiaçının evinə maddi zərərin vurulmasını müəyyən etmək mümkün olmadı. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş 7 (yeddi) mərtəbəli çoxmənzilli yaşayış binası, iddiaçı İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hava axınının və təbii işığın düşməsinə, evin arxasındakı kiçik həyət yanı sahədən istifadəsinə məhdudiyyət yaradır. Qərardadın dördüncü sualı üzrə:Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş 7 (yeddi) mərtəbəli çoxmənzilli yaşayış binası həm konstruktiv-fiziki, həm də kommunal-ekoloji təhlükəsizlik baxımdan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa olunmamışdır. Belə ki, yeni inşa olunmuş yaşayış binasının ağırlığı torpaq qatını sıxaraq fərdi yaşayış evinin bünövrəsində çatlara və çökməyə səbəb ola bilər. Zəlzələ zamanı inşa olunmuş yaşayış binası fərdi yaşayış evini sıxa bilər. Yeni inşa olunmuş yaşayış binasının eyvanlarından və ya damından düşən əşyalar, buz sallaqları fərdi yaşayış evinin damını və ya həyətini zədələyə bilər. Yeni inşa olunmuş yaşayış binası fərdi evin qarşısını kəsərək onun günəş işığı almasını tamamilə məhdudlaşdıra bilər. Yeni inşa olunmuş yaşayış binası küləyin qarşısını kəsdiyi üçün, fərdi evin həyətində hava durğunluğu yarana bilər. Külək hündür binanın divarlarına çırpılaraq fərdi evin damına doğru güclü hava axını (aerodinamik effekt) yarada bilər. 67.Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. 68.X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 69.Beləliklə hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının fərdi yaşayış evinə cavabdeh tərəfindən zərər vurulması öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. 70.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, iddia tələbinin əsaslarına dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. 71.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 72.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1106/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1106/2025
02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver