Məhkəmə qərarları › İş №2(1-8)-1380/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1380/2026

18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1380/2026 18.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan ünvanda yerləşən qeyri-yaşayış binasına cavabdeh tərəfindən edilən qəsdlərə son qoyulması, yəni pilləkən meydançasının sökülməsi, cavabdeh tərəfindən qeyriyaşayış binasına dəymiş zərərin əvəzi olaraq 7650 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil Vəkil birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, mülki işin icraatına xitam verilməsi və ya aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisə hər iki tərəfin qeyri-yaşayış sahələri ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirdikləri daşınmaz əmlaklarla əlaqədardır, fərdi sahibkar olan iddiaçı isə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə, səhvən Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim S.Bayramov) mülki işin aidiyyəti üzrə göndərilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 26.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, elektron məhkəmə informasiya sistemində cavabdeh Cavabdeh VÖEN-i barədə məlumat aşkarlanmamışdır. Hazırkı işdə cavabdeh fiziki şəxsdir, onun fərdi sahibkar statusuna malik olması, qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınması (VÖEN alması) iş materialları ilə təsdiqini tapmır. Cavabdehin mübahisə ilə bağlı fəaliyyətinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla tələb edilən şərtlər iş üzrə yerinə yetirilmir. Belə olan halda, vəsatətin dəlilləri MPM-in 24.2-ci maddəsinin mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun ## ######## 2020-ci il tarixli Qərarı ilə verilən izahlara uyğun deyil. Hazırkı mülki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri işin kommersiya məhkəməsinə aid olmasına dəlalət etmir. Tərəflər arasında olan mülki mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından, işə ümumi məhkəmədə baxılmalıdır.

Şikayətin dəlilləri:

6. Cavabdeh Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını, əks halda şikayətə baxılması üçün işi kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 26.1-ci maddələrinin tələbləri pozulmuşdur.

8. Belə ki, iddiaçı və cavabdeh sahibkarlıq subyektləridirlər. Cavabdeh fərdi sahibkar qismində (VÖEN XXX) vergi orqanında qeydiyyata alınmışdır. Iddiaçıya məxsus daşınmaz əmlak qeyri-yaşayış sahəsi olmaqla, o, sahibkarlıq subyektidir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi də şadlıq evi olmaqla, sahibkarlıq subyektidir.

9. Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

15. Hazırkı işdə mübahisəli məsələ tərəflərin subyektiv tərkibi ilə bağlıdır.

16. Belə ki, cavabdeh onun fərdi sahibkar olmasını əsas götürərək, işin kommersiya məhkəməsində baxılmalı olmasını iddia etmişdir.

17. Lakin, onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmasına dair hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim olunmamış, məhkəmə özü də bu halı müəyyən etməmişdir.

18. Şikayətin dəlilləri açıq-aydın əsassızdır.

19. Belə ki, kassator hazırda onun fərdi sahibkar kimi (VÖEN XXX) vergi qeydiyyatında olmasını bildirməklə, iddiaya kommersiya məhkəməsində baxılmasını tələb edir.

20. Lakin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet vergi idarəsindən verilən məlumata əsasən müəyyən olunur ki, cavabdehin istinad etdiyi XXX VÖEN üzrə vergi ödəyicisi ləğv edilmişdir.

21. Beləliklə, müəyyən olunur ki, cavabdeh hazırda vergi ödəyicisi statusuna malik deyildir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisənin işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə kommersiya məhkəməsinə aidiyyəti istisna olunduğundan, digər meyarlar (mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri) üzrə qiymətləndirilməyə prosessual qənaət prinsipinə uyğun zərurət yoxdur.

23. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəmənin Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

24. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar