Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2170/2023 18.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması ” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd olunur ki: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 50( əlli ) manat ona geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2170/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2170/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver