Məhkəmə qərarları › İş №2(021)-2174/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2174/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2174/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı , Cavabdeh, Qarabağ Regional Təhsil İdarəsinin pisxoloq-metodisti X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsinə verilməsi və aliment ödəməkdən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2 (021)-1217/2016 nömrəli qətnaməsi ilə ananın himayəsinə verilmiş 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X6 onun himayəsinə verilməsi və Bərdə Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2 (021)-2785/2017 nömrəli qətnaməsi ilə 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay, hər bir uşağa 60 manat olmaqla 120 manat müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2 (021)-1217/2016 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında olan nikah akt qeydi pozulmuş, uşaqlar ananın-Cavabdeh himayəsinə verilmişdir. Həmçinin, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2 (021)-2785/2017 nömrəli qətnaməsinin surətindən göründüyü kimi ananın himayəsinə verilmiş 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X1 üçün alimentin miqdarı dəyişdirilərək hər ay, hər bir uşağa 60 manat olmaqla 120 manat müəyyən edilmişdir. Hazırda uşaqlardan biri 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X8 onun yanındadır və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X10 isə təkidlə onun yanına gəlmək istəsə də anası-Cavabdeh icazə vermir. Qızı İddiaçı dediyinə görə bacı-qardaş cavabdehin himayəsində qaldıqları dövrdə çox əziyyət çəkmişlər və maddi sıxıntıları da çox olmuşdur. Hazırda hər ikisi onun himayəsinə keçmək istəyirlər və ona da onları bir ata kimi ananın himayəsindən onun himayəsinə keçirilməsini istəyir. Hər iki uşaq 10 yaşını keçdiyində məhkəmə iclasında fikirlərinin öyrənilməsini xahiş edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında pisxoloq-metodist X5 iştirakı ilə dindirilən X8 atası İddiaçı yanında qalmaq istədiyini bildirdi. Məhkəmə iclasında pisxoloq-metodist X5 iştirakı ilə dindirilən X10 anası Cavabdeh yanında qalmaq istədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA №440360 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)1217/2016 saylı xx.xx.2016-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında 15 noyabr 2008-ci il tarixdə, Bərdə rayonu Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış, 21 nömrəli nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X8 və xx.xx.2012-ci ildə anadan olmuş X10 nikahın pozulmasından sonra anaları X4 yanında saxlanılması, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 fevral 2016-cı ildən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 90 manat olmaqla cəmi:-180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)2785/2017 saylı xx.xx.2017-ci tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Dərgahova (Quliyeva) Bahar Rasim qızına qarşı ondan tutulan alimentin miqdarının dəyişdirilməsi barədə tələbi qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 2(021)-1217 saylı 28 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X2 üçün Dərgahova (Quliyeva) Bahar Rasim qızının xeyrinə İddiaçı tutulan alimentin miqdarı 19 aprel 2017-ci il tarixdən dəyişdirilərək hər ay bir uşağa görə 60 manat, cəmi 120 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ №263992 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh yaşadığı ev onun atası X11 məxsus xüsusi xüsusi fərdi yaşayış evidir, ev bir mərtəbəlidir, üç otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır, həmin evdə Cavabdeh, övladı Elton Quliyev və onun anası Xatirə Quliyeva yaşayırlar. Elnarə Dərgahovanın atası İddiaçı himayəsində qalıb yaşamasını, Elton Dargahov anası Cavabdeh himayəsində qalıb yaşamalarını məqsədǝmüvafiq və qanunamüvafiq hesab edilmişdir . Mülki işə əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 valideynlərindən hansının yanında qalması barədə fikri öyrənilmiş və söhbət zamanı o bildirmişdir ki, atası İddiaçı yanında yaşayır , atasını çox istəyr və atası ilə qlmaq istəyir. Mülki işə əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı həyat şəraiti Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının üzvləri tərəfindən müayinə edilmişdir. Bu barədə 23 iyun 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Müayinə zamanı məlum olmuşdur ki, İddiaçı qızı Elnarə Dərgahova ilə birlikdə Ucar şəhərində yaşayır. Onun yaşadığı mənzil iki otaq və mətbəxdən ibarət olmaqla təmirlidir. Mənzil sanitar qovşaq, işıq, qaz və su ilə təchiz olunmuşdur. Həmin evdə uşağa baxmaq üçün normal şərait vardır. X3 anası Cavabdeh ilə ünsiyyət hüquqları saxlanılmaqla atası İddiaçı yanında qalmasını məqsədə müvafiq hesab edimişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-ci tarixli qətnaməsi ilə iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X8 və xx.xx.2012-ci ildə anadan olmuş X10 anaları X4 yanında saxlanılmış, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 fevral 2016-cı ildən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 90 manat olmaqla cəmi:-180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə verilməsi qət olunmuşdur. Daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin 2(021)-1217 saylı 28 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 26 aprel 2012-ci il tarixdə anadan olmuş X2 üçün Dərgahova (Quliyeva) Bahar Rasim qızının xeyrinə İddiaçı tutulan alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa görə 60 manat, cəmi 120 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. Hazırda xx.xx.2009-cu ildə anadan olmuş X8 atasının, xx.xx.2012-ci ildə anadan olmuş X10 isə anasının himayəsində yaşayır. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 10 yaşına çatması uşaqların fikri, Ucar rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyləri də nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalı, 12 noyabr 2009-cu il təvəllüdlü X8 atasının himayəsində saxlanılmalı və iddiaçı Bərdə Rayon Məhkəməsinin 2(021)2785/2017 saylı xx.xx.2017-ci tarixli qətnaməsi ilə 12 noyabr 2009-cu il təvəllüdlü X8 üçün tutulan alimendən azad olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsinə verilməsi və aliment ödəməkdən azad edilməsi” tələbi qismən təmin edilsin. 12 noyabr 2009-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsində saxlanılsın. İddiaçı Bərdə Rayon Məhkəməsinin 2(021)2785/2017 saylı xx.xx.2017-ci tarixli qətnaməsi ilə 12 noyabr 2009-cu il təvəllüdlü X8 üçün tutulan alimendən azad olunsun. İş üzrə ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar