Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2225/2022 02.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçılar Bərdə rayonu Şorəlli kəndində yaşayan İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon * saylı Dövlət Notariat Kontorunda *4 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin *49-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddiaçılar iddia ərizəsinin xahiş etdi hissəsində *4 noyabr 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsələr də, iddia ərizəsinin tələb hissəsində *4 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Bundan başqa iddia ərizəsinə cavabdehə və üçüncü şəxslərə təqdim edilməsi üçün sənədlərin surətləri ərizəyə əlavə edilməmiş, iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, iddiaçının və cavabdehin eyniləşdirmə məlumatları əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin *49.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin *49-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin *50.*.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin *52.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin *49-*52-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2225/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2225/2022
02.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver