Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-228/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, vəkili və nümayəndəsi X1, Cavabdeh, nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(021)-705/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin xeyrinə qət olunan qətnamənin hər bir uşağın saxlanılması üçün 120 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(021)-705/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Bir uşağın saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin verilməsini iddia etmişdir. Bərdə Rayon Məhkəməsinin hakimi cənab Qamət Əbilov hər uşağın saxlanılması üçün 120 manat qətnamə qət etmişdir. Onun həyat yoldaşı ilə arasında olan nikah pozulmalıdır. Ailədə müəyyən narazıçılıqlar olduğu üçün həyat yoldaşı ondan aliment tələb etmişdir. Onların arasında müəyyən narazılıqlar aradan qalxıdqdan sonra bir yerdə yaşamışlar. Məhkəmənin ona qarşı qət etdiyi qətnamə verildiyi gündən 27 iyul 2023-cü ilədək həyat yoldaşı və övladları ilə bir yerdə yaşamışdır. Ailənin bütün ehtiyacları onun tərəfindən ödənilmişdir. Buna sübut olaraq Şirvanlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli arayışda da qeyd edilmişdir. O, bu gündə övladlarının sosial ehtiyaclarını qarşılayır, hazırda uşaqlar Şirvanlı kənd orta məktəbində təhsilini onun yanında davam etdirir. Kənd İcra Nümayəndəsi övladlarının onun yanında olmasını təsdiq edə bilər. 2021-ci il 14 iyul tarixdən başlayaraq hər bir uşağın sqaxlanılması üçün 120 manat olmaqla 360 manat aliment tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir, o, gündən bu günə kimi aliment borcu yığılıb qalmışdır. Həmin tarixdən 27 iyul 2023-cü ilə kimi onun həyat yoldaşı övladları ilə birlikdə bir yerdə yaşamışdır.Həmin yığılmış aliment borcunun silinməsini və uşaqları ilə birllikdə onun himayəsində saxlanılmasını xahiş edir. Hesab edir ki, məhkəmə bütün bu halları nəzərə almalı, ata və ananın uşaqları saxlaması barədə hər ikisinin eyni vəzifəsi olduğu nəzərə alınaraq cavabdehin xeyrinə tutulmuş 120 manat alimenti və yığılmış aliment borcu ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir, uşaqları Şirvan kənd orta məktəbində deyil, Bərdə rayon 8 saylı tam orta məktəbində oxuyur, son bir neçə ayı birlikdə olublar, əvvəldə birlikdə yaşayıblar, keçən müddətdə aliment borcunu iddiaçı ilə barışacaqlarını düşündüyündən tələb etməyib, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 izahatında iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 631 saylı, 01 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Şirvanlı kəndində yaşayır Mülki işə əlavə olunmuş 03 avqust 2023-cü il tarixli, AZ-İİİ 261942 saylı arayışdan müəyyən olunur ki, X13 18 dekabr 2013-cü ildə doğulmuşdur, atası İddiaçı, anası X5r. Mülki işə əlavə olunmuş 03 avqust 2023-cü il tarixli, AZ-İİİ 312239 saylı arayışdan müəyyən olunur ki, X14 07 may 2015-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X5r. Mülki işə əlavə olunmuş 03 avqust 2023-cü il tarixli, AZ-İV 253595 saylı arayışdan müəyyən olunur ki, X16 21 sentyabr 2018-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X5r. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(021)- 705/2022 saylı qətnaməsiniin surətindən müəyyən olunur ki, iddianın qismən təmin olunması, tərəflərin birgə nikahlarından anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X6, 07 mart 2015-ci il təvəllüdlü X7 və 21 sentyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 iyul 2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayonu Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 630 saylı, 01 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Dəymədağıldı kəndində mərhum X10 məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə 27 iyul 2023-cü ilədək yaşayıblar və ailə üzvüləri arvadı X15, qızı X13, qızı X14, oğlu X8 ibarətdir. Mülki işə əlavə olunmuş Bərdə şəhə 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş 688 saylı, 15 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X13 15 sentyabr 2019-cu il tarixdən Bərdə şəhər 8 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, hal-hazırda məktəbin 5 ç sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə şəhə 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş 690 saylı, 15 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X16 15 sentyabr 2019-cu il tarixdən Bərdə şəhər 8 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, hal-hazırda məktəbin 0 ç məktəbə hazırlıq qrupunda oxuyur. Mülki işə əlavə olunmuş Bərdə şəhə 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş 689 saylı, 15 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X14 15 sentyabr 2019-cu il tarixdən Bərdə şəhər 8 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, hal-hazırda məktəbin 3-cü sinfində oxuyur. Mülki işə əlavə olunmuş yaşayış yeri üzrə qeyydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə şəhəri, H.Əliyev prospekti ev 149, mənzil 8-də yaşayır. Mülki işə əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə qarşı etirazda İddiaçı ona qarşı aliment borcunun silinməsi tələbinə dair qaldırdığı iddianın qərəzli və əsassız olduğu üçün bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə olunmuş AZE 15986834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 223 iyun 1990-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər 2012-ci ildə qeyri rəsmi, nikahlarını 20 noyabr 2013-cü ildə rəsmiləşdirməklə ailə həyatı qurmuş, birgə yaşayış dövründə 18 dekabr 2013-cü il təvəllüdlü X13, 07 mart 2015-ci il təvəllüdlü X14 və 21 sentyabr 2018-ci il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur, xasiyyətləri uyğun gəlməmiş, ayrılmışlar. Cavabdeh Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmə 2(021)- 705/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnamə qəbul edərək bir uşağın saxlasnılması üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Lakin qətnamə qəbul olunan vaxtdan barışıblar, yəni iyul 2021-ci il tarixdən iyul 2023-cü il tarixədək barışıb birgə yaşayıblar, 2023-cü ilin iyul ayında münasibətləri yenidən pozulub, ayrılmışlar. Ancaq birgə yaşayış dövründə Bərdə rayon İcra və probasiya Şöbəsinə müraciət edilməmiş, aliment hesablanması dayandırılmamışdır. İddiaçı Bərdə rayon İcra və probasiya Şöbəsində qeyd edilən iyul 2021-ci il tarixdən, iyul 2023-cü il tarixədək olan aliment borcunun silinməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-705/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnamə qəbul olunsa da birlikdə yaşadıqlarını, keçən müddətdə alment tələbi barədə Bərdə Rayon İcra və Porbasiya Şöbəsinə müraciət etməddiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən 50 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-228/2022 saylı 15 fevral 2022-ci il tarixli icra sənədi üzrə 14 iyul 2021-ci il tarixdən iyul 2023-cü il tarixədək hesablanmış aliment borcu silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-228/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-228/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver