Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2326/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quliyeva (Əliyeva) İlahə Sərdar qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində 12.07.2018-ci il təvəllüdlü X2, 21.11.2019-cu il təvəllüdlü X3 olmasını nəzərə alaraq , 20.11.2014-cü ildə anadan olmuş X1 ondan tutulan 7000 manat rubl alimentin miqdarı azaldılaraq bir uşağa görə 3000 rubl sabit məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, İddiaçı eyni tərəfə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1161 /2020 saylı 05 fevral 2020-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Quliyeva (Əliyeva) Sərdar qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin qərardadda qeyd olunmuşdur ki, Rusiya Federasiyası Rostov vilayətinin Oktyabr rayonunun 3 saylı sahə Məhkəməsinin 18 yanvar 2017-ci tarixli qərarı ilə bir uşağın saxlanması üçün 2500 rubl alimentin İddiaçı tutulmuşdur. Alimentin tutulması tələbinə Rusiya Federasiyası Rostov vilayətinin Oktyabr rayonunun 3 saylı sahə Məhkəməsində baxıldığından, tutulan alimentin miqdarı və qaydası Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmalı, onun azadılması ilə bağlı tələb də həmin qanunvericiliyə uyğun olmalıdır. Belə ki, yuxarıda sadalananlar qeyd olunmaqla, Bərdə Rayon Məhkəməsinin 2(021)-1161 /2020 saylı 05 fevral 2020-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Quliyeva (Əliyeva) İlahə Sərdar qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quliyeva (Əliyeva) Sərdar qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinə Bərdə rayon məhkəməsində baxılmalı deyildir. Buna görə də iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 153.4.-cü maddəsinə əsasən, iddia ərizəsi və ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı cavabdeh Quliyeva (Əliyeva) Sərdar qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2326/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2326/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver