Məhkəmə qərarları › İş №2(021)-2389/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2389/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2389/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(021)1288\2021 saylı qətnaməsinə əsasən hər ay hər uşağın saxlanması üçün ondan tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 70 manat olmaqla, cımi 210 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Daha sonra cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bərdə rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(021)1288\2021 saylı qətnaməsinə əsasən uşaqları- 03 iyun 2007-ci il təvəllüdlü X3, 08 iyul 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hal- hazırda həmin məbləğdə alimenti ödəməyə imkanı çatmır. Qeyd olunanlara əsasən, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini və alimentin hər uşağa görə 100 manat müəyyən edilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olinmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Mülki əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 284 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov X5 raynundan məcburi köçkün olmaqla Bərdə rayon Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 943207 saylı Arayışdan görünür ki, X7 03 iyun 2007-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 690270 saylı Arayışdan görünür ki, X2 08 iyul 2011-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 923754 saylı Arayışdan görünür ki, X8 17 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş AZ-İ № ******* saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1288\2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 03 iyun 2007-ci il təvəllüdlü X3, 08 iyul 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi müəyyən olunmuşdur. Mülki işə əlavə olunmuş Kəlbəcər rayon İcra Hakimiyyəti Kəlbəcər rayon Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat müəssisəsi tərəfindən verilmiş 19 saylı xx.xx.2022-ci il tarixli müəyyən olunur ki, Məmmədov X5 rayon Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat müəssisəsində işləyir və aylıq əmək haqqısı 312 manat təçkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, idddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 51 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Məmmədov İddiaçı Yasəmən Sovet qızı ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Daha sonra tərəflərin ailə münasibətləri pozulduğundan nikahları pozulmuşdur. Bərdə rayon Məhkəməsinin 2(021)1288\2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsində göstərilir ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişdikdə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə, yuxarıda şərh olunanları, cavabdehin alimentin azaldılması tələbinə razılığı barədə ərizəsini nəzərə alaraq hesab edir, iddia tələbi qismən təmin edilməli, Bərdə rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(021)1288\2021 saylı qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 03 iyun 2007-ci il təvəllüdlü X3, 08 iyul 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, azaldılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214,216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi qismən təmin olunsun. Bərdə rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(021)1288\2021 saylı qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 03 iyun 2007-ci il təvəllüdlü X3, 08 iyul 2011-ci il təvəllüdlü X1 və 17 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar