Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2394/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh Adil oğluna qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəriman qızı cavabdeh Məmmədov Taleh Adil oğluna qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan hər ay 20 iyun 2009-cu il təvəllüdlü Məmmədova Jalə Taleh qızının və 10 may 2011-ci il təvəllüdlü Məmmədova Aydan Taleh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov Taleh Adil oğlu ilə 2008-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir, nikahlarını 11 avqust 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 20 iyun 2009-cu il təvəllüdlü Məmmədova Jalə Taleh qızı və 10 may 2011-ci il təvəllüdlü Məmmədova Aydan Taleh qızı adlı uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da son zamanlarda ailə münasibətləri pozulmuşdur və onlar 19 iyun 2018-ci il tarixdə ayrı-yaşayırlar. Cavabdeh ilə aralarında mübahisələri olmuş və Cavabdeh onu evdən qovmuşdur. O, da övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Belə ki, Cavabdehla ayrıldıqları vaxtdan bu günə qədər onlarla maraqlanmamışdır və onlara heç bir maddi yardım etməmişdir. Halhazırda o, övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Hazırda respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır, cavabdehin maddi imkanı yaxşıdır, yüksək gəlirli işdə işləyir. Həmçinin fərdi əməklə məşğul olur. Cavabdeh Rusiya Fedarasiyasında yaşayır, özünə məxsus şəxsi avtobusları var. Onun isə maddi imkanı olduqca çətindir. Rəsmi olaraq heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Övladlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Yəni cavabdeh hər ay övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 maanat məbləğində aliment ödəyə bilər. Cavabdeh oğlundan hər ay hər uşağın saxlanılması üçün 175 manat alimentin tutulub onun xeyrinə verilməsinə dair qətnaməyə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh Adil oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1992-ci il tarixdə anadan olmuşdur, Bərdə şəhəri, Nizami küçəsi döngə 13, ev 25-də yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Daizəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli, 3943 saylı arayışdan görünür ki, İddiaçı qızı Bərdə şəhəri, H. Əliyev prospekti 13/25-də yaşayır. İş materiallarına əlavə olunmuş İİ EP № 566849 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 20 iyun 2009-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş İİ EP № 711434 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 10 may 2011-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş İİ EP № 669656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə, İddiaçı arasında olan nikah Samara vilayəti, Tolyatti şəhəri Avtozavod məhkəmə rayonu 102 saylı məhkəmə sahəsinin barışıq hakiminin 16 may 2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı İddiaçı və cavabdeh Məmmədov Taleh Adil oğlu 2008-ci ildə qeyri-rəsmi, 11 avqust 2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 20 iyun 2009-cu il təvəllüdlü Məmmədova Jalə Taleh qızı və 10 may 2011-ci il təvəllüdlü Məmmədova Aydan Taleh qızı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Aaralarında olan nikah pozulmuşdur. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Allahverdi oğlundan 20 iyun 2009-cu il təvəllüdlü Məmmədova Jalə Taleh qızının və 10 may 2011-ci il təvəllüdlü Məmmədova Aydan Taleh qızının yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat təmin edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin uşaqlar üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin aliment 02 iyul 2021-ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 20 iyun 2009-cu il təvəllüdlü Məmmədova Jalə Taleh qızının və 10 may 2011-ci il təvəllüdlü Məmmədova Aydan Taleh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 02 iyul 2021-ci il tarixdən başlayaraq cavabdeh Məmmədov Taleh Adil oğlundan hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı Nəriman qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2394/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2394/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver