Məhkəmə qərarları › İş №2(021)-246/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-246/2025

14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-246/2025 14.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “uşağın himayəsində saxlanılması” tələbinə və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq onun himyəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildə qeyrirəsmi olaraq evlənib ailə qurmuşlar. Həmin nikahdan bir övladları xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da sonralar ailə münasibətləri pozulmuşdur. Hazırda o, övladı X3 rayonunun Lanbəran kəndində birlikdə yaşayırlar. Övladı ona çox bağlıdır və onun himayasində qalmasını istəyir. Çünki Cavabdeh həm əqli cəhətdən, həmdə əxlaq cəhətdən onu saxlamaq iqtidarında deyil. Cavabdeh qarşılıqlı iddia məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 İddiaçı alınaraq onun himayəsinə verilməsinə dar qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə ona qarşı “uşağın atadan alınaraq onun himyəsində saxlanılması” tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. İddiaçı 2001-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdirlər. Birgə yaşayış dövründə xx.xx.2021-ci il təvəllüdlü X2 adlı 1 (bir) övladları anadan olmuşdur. Aralarında olan mübahisələr nəticəsində ona şər ataraq evdən qovublar. Azyaşlı övladı İbrahim Osmanovu isə əlindən alıblar. Belə ki, artıq 3 aydır ki, o, övladını görmür. O, azyaşlı övladının həyatından narahat olduğu üçün azyaşlı övladının alınaraq onun himayəsinə verilməsini istəyir. Artıq bir ana kimi övladından ayrı yaşamağa dözə bilmir. İddiaçı uşağa baxa bilməz, çünki övladı azyaşlıdır, onun ana nəvazişinə, qayğısı və sevgisinə ehtiyacı var. İş üzrə cavabdeh İddiaçı ilə birgə yaşadıqları dövrdə dəfələrlə onu döyüb təhqir etmişdir, işgəncələr vermişdir. İndi isə belə bir atanın yanında övladının psixologiyasının pozulmasının səbəb olacağının göstəricisidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddianın rədd olunmasını qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 431 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə rayon Lənbəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İV № 639133 saylı Doğum haqıında şəhadətnamənin surətindən görünür ki, X5 04 sentyabr 2021-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı Cavabdeh kimi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəzindən görünür ki, iddaçı İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəzindən görünür ki, iddaçı Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli Rəyindən görünür ki, 04 sentyabr 2021-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsində qalıb yaşaması məqsədəmüvafiq və qanunamüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə yaşayış dövründə 1 uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar. Ayrıldıqdan sonra uşaq atasının himayəsində qalmışdır. Hər iki tərəf uşağın himayəsini tələb edir. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi bir-biri ilə qarşılıqlı tələblərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, uşağın yazyaşlı olması, ana qayğısına, nəvazişinə daha çox ehtiyacı olması, uşağın mənafeyi nəzərə alınmaqla 04 sentyabr 2021-ci il təvəllüdlü X2 atadan-iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq anası- cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqğın anasının yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “uşağın himayəsində saxlanılması” tələbinə dair iddia təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın atadan alınaraq onun himyəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddia təmin olunsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 04 sentyabr 2021-ci il təvəllüdlü X2 atadan-iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq anası- cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar