Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2462/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Cavabdeh2 MMC-yə, üçüncü şəxslər X10 və Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən, ümumi sahəsi 2,129 ha torpaq sahəsi və 0,30 ha torpaq sahəsinin Cavabdeh2 MMC tərəfindən 29.050 manata Cavabdeh1 ASC-yə satılmasına dair Cavabdeh2 MMC-nin 11 yanvar 2022-ci il tarixli 02\22 nömrəli Hərracın Yekunları barədə Protokolun ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş ümumi birgə mülkiyyətləri olan 0,30 ha həyətyanı torpaq sahəsi və 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarları ilə X12, İddiaçı1, X13, X7 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,30 ha həyətyanı və 2,129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və müvafiq şəhadətnamə və dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan həyətyanı və pay torpaq sahələri onların ümumi birgə mülkiyyətlərində olmuş və istifadə etmişlər. X17 “ASAN Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 24 fevral 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2,129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0645 hektarını X2. Onların ümumi mülkiyyətlərində yalnız 1,0645 ha torpaq sahəsi qalmışdır. Lakin, yaxın vaxtlarda məlum olmuşdur ki, cavabdehlər onlardan xəbərsiz müvafiq çıxarışlara əsasən 0,30 ha həyətyanı və 1,0645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh1 ASC-nin mülkiyyətlərinə verilmişdir. Qeyd edirlər ki, heç vaxt həmin bankdan kredit götürməmiş və torpaq sahəsini girov qoymamışlar, ya da ki vergi borcları yoxdur. Yalnız birgə mülkiyyətçi X8 birgə borcu var. Lakin, qeyd edilən daşınmaz əmlaklar tək Elçin Vəliyevin mülkiyyəti deyil. Sonradan hərracın keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli yekun protokolla əmlakın Cavabdeh1 ASC-nə satılmaqla mülkiyyətinə keçməsi onlara məlum olmuşdur. Buna görə məhkəməyə müraciət etmişlər. Hüquq və vəzifələrinə toxunduğundan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2462/2024 saylı qərardadı ilə X13 və Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin onlar məhkəməyə gəlməmişlər, İddiaçı2 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, buna görə işə onların iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1942-ci ildə Ermənistan, Vedi rayonunda anadan olmuşdur. Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1974-cü ildə ünvan 1 ünvanında yaşayır. ünvan 2 429 və 430 saylı arayışlardan görünür ki, İddiaçı1 və X12 həqiqətən Bərdə rayonu, Otuzikilər kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1942-ci ildə doğulmuşdur. 0960 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı2 müharibə veteranıdır. AZ-İİ 359453 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü ildə miokard infarktı səbəbindən Bərdə rayon Otuzikilər kəndində vəfat etmişdir. 11 yanvar 2022-ci il tarixli 02/22 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Sifarişçi Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi, hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən Bərdə rayonunun Otuzikilər kəndində yerləşən, ümumi sahəsi 2,129 ha torpaq sahəsi ilkin satış qiyməti 17.520 (on yeddi min beş yüz iyirmi) manat təkrar satış qiyməti 12.250 (on iki min iki yüz əlli) manat, Xaçmaz rayonu, Canaxır kəndində yerləşən 0,5850 ha torpaq sahəsi ilkin satış qiyməti 6.000 (altı min) manat, təkrar satış qiyməti 4.200 (dörd min iki yüz) manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,3000 ha torpaq sahəsi isə ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat, təkrar satış qiyməti isə 16.800 (on altı min səkkiz yüz) manat dəyərində qiymətləndirilməklə təkrar hərracda qalib olan torpaq sahələrinin alıcısı Cavabdeh1 ASCnə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və А№ 024734 saylı xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin Planı və Ölçüsünün surətindən görünür ki, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 1,0645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2, İddiaçı1, X8 və X9 ümumi birgə mülkiyyətindədir. İşdə olan MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, X12, İddiaçı1, X13 və İddiaçı2 ümumi birgə mülkiyyətində Bərdə rayonu, Otuzikilər kəndində 2,129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,30 ha yaşayış məntəqələri torpaqları təyinatlı və 1,0645 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh1 ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavabın surətindən görünür ki, sorğuda qeyd edilən X12, İddiaçı1, X13 və İddiaçı2 adına torpaq sahələri reyestrdə qeydiyyata alınmamışdır. O cümlədən 0,30 ha həyətyanı və 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 8(005)-654/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək Yasamal rayon Məhkəməsinin 2(004)- 17/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X10 məxsus Bərdə rayonunun Otuzikilər kəndində ümumi sahəsi 2,19 ha olan torpaq sahəsi, Xaçmaz rayonu, Canaxır kəndində 0,5850 ha torpaq sahəsi və Bərdə rayonu, Otuzikilər kəndində 0,3000 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN 354A KOD 61018018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə X11, X5, X10, İddiaçı2 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Otuzikilər kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 6695-15D saylı məktubundan görünür ki, İddiaçı1 və X7 borclu olduğu hər hansı icra sənədi şöbənin icraatına daxil olmamışdır. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1971-ci ildə doğulmuşdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, torpaq sahəsinin plan və ölçüsündən və JN 354A KOD 61018018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X12, İddiaçı1, X13 və İddiaçı2 ümumi birgə mülkiyyətində Bərdə rayonu, Otuzikilər kəndində 1,0645 ha kənd təsərrüfatı təyinatlı və 0,30 ha həyətyanı torpaq sahələri mövcud olmuşdur. Lakin, X8 yaranmış 576822,75 manat məbləğində vergi borcu ilə əlaqədar Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-17/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin təmin edilməsi üçün Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-654/2020 saylı qərardadı ilə mübahisə predmeti olan və ümumi birgə mülkiyyətdə olan 0,30 həyəytanı və 2,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Halbuki, 2,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0645 ha sahəsi 24 fevral 2016-cı il tarixli AN-İ № ******* Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən 2000 manat qiymətinə birgə mülkiyyətçilər tərəfindən X1. Həmçinin, burada əsas məqam odur ki, torpaq sahələrinin üzərinə həbs qoyulduqdan sonra nə vergi borcu olan, hazırki iş üzrə üçüncü şəxs X10, nə də digər ümumi birgə mülkiyyətçilər X12, İddiaçı1 və İddiaçı2 məlumat verilmədən və onların iştirakı təmin edilmədən, onlara təklif edilmədən sözügedən torpaq sahələri Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra sənədi üzrə sifarişi ilə Cavabdeh2 MMC-nin hərrac təşkilatçılığı ilə 11 yanvar 2022-ci ildə keçirilmiş təkrar hərracın yekunları barədə 02/22 protokola əsasən Cavabdeh1 ASC-nə satılmışdır və müvafiq çıxarışlarla həmin torpaq sahələrinə Cavabdeh1 ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin məktubuna əsasən icra şöbəsinə torpaq sahəsinin əvvəlki ümumi birgə mülkiyyətçiləri olmuş İddiaçı1 və İddiaçı2 barədə hər hansı icra sənədi daxil olmamışdır. Məhkəmə tərəfindən Cavabdeh2 MMC-nə göndərilmiş sorğuya isə cavabdeh hərrac təşkilatı tərəfindən ümumiyyətlə cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Belə olan halda iddiaçılar olan İddiaçı1 və İddiaçı2, həmçinin üçüncü şəxs olan X8 mülkiyyət hüquqları kobud surətdə pozulmuş, torpaq sahəsi ümumi birgə mülkiyyətdə ola-ola Eçin Vəliyevin vergi borcuna görə hətta onun özünə də məlumat verilmədən torpaq sahələri üzərinə həbs qoyularaq mülkiyyətçilərin heç bir məlumatı olmadan və onlar hərrac barədə lazımi qaydada məlumatlandırılmadan, onlara hər hansı təklif edilmədən adıçəkilən şəxslərin ümumi birgə mülkiyyətində olan torpaq sahələri hərrac nəticəsində Cavabdeh1 ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 MMC-nin keçirilmiş hərracın yekunları barədə 11 yanvar 2022-ci il tarixli protokolun ləğv edilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar həmin iş üzrə keçirilmiş hərracın nəticələri və bağlanmış müqavilə üzrə tərəf olmadıqların görə müqavilə qüvvəsinə malik olan hərracın yekunları barədə protokolun ləğvini tələb edə bilməzlər. Yalnız onun etibarsızlığını tələb edə bilərlər ki, məhkəmə ləğv etməni etibarsız hesab edilmə kimi təfsir edərək iş üzrə ümumi birgə mülkiyyətçilər olan iddiaçıların iştirakı və məlumatı olmadan hərracın keçirilməsini, onların öhdəliyi səbəbindən icra sənədi üzrə tələbin yaranmadığını və onların ümumi birgə mülkiyyətində olan payları ayrılmadan əmlakın hərracda satılmaqla onların konstitusiya və qanunvericiliklə təsbit edilmiş mülkiyyət hüququndan məhrum olmasını nəzərə alaraq Cavabdeh2 MMC tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində yerləşən 0,30 ha həyətyanı və 2,129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh1 ASC-nə satılmasına dair 11 yanvar 2022-ci il tarixdə keçirilmiş təkrar hərracın yekunları barədə 02/22 saylı protokolun etibarsız hesab edilməli olması qənaətinə gəlir. Həmçinin, həmin hərrac nəticəsində mübahisə predmeti olan torpaq sahələrinin Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən çıxarışlar da etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, hazırki etibarsızlıqla bağlı iddia tələbi mülkiyyətlə bağlı olduğundan bu halda kəsici müddətlər tətbiq edilmir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçıların ümumi birgə mülkiyyətlərində olmuş, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən, ümumi sahəsi 2,129 ha torpaq sahəsi və 0,30 ha torpaq sahəsinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 ASC-yə satılmasına dair Cavabdeh2 MMC-nin 11 yanvar 2022-ci il tarixli 02\22 nömrəli Hərracın Yekunları barədə Protokolu və ondan irəli gələn (hərracın yekunu olan) Azərbaycan Respublikası ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi və 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsinə (satılmasına) dair xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2462/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2462/2024
31.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver