Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2477/2025 29.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Zaur oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkzində Notariat Ofisinə qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" KB ASC cəlb edilməklə Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən ondan müştərək qaydada 46570 manat 20 qəpik tutulması üçün verilmiş xx.xx.2025-ci il tarixli 8İ- 797 saylı notariat icra qeydinin ləğvinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinə qarşı və 3-cü şəxs "xxxx" KB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən ondan müştərək qaydada 46570 manat 20 qəpik tutulması üçün verilmiş xx.xx.2025-ci il tarixli 8İ- 797 saylı notariat icra qeydinin ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 3-cü şəxs olan “X7 tələbi üzrə Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisinin notarisu Bənövşə Əlizadə tərəfindən ondan 46570 manat 20 qəpik pul məbləğinin tutulmasına dair verilmiş xx.xx.2025-ci il tarixli 8İ-797 saylı notariat qeydi verilmişdir. Bu barədə o yalnız Bərdə rayon İcra Şöbəsinin çağırışından sonra xəbəri olmuşdur. Pensiyasından tutulma aparıldıqdan sonra ona məlum olmuşdur. Bundan sonra o ASAN Xidmət mərkəzinə gedərək yazıl ərizə ilə notariat ofisinə müraciət edib notariat qeydi almağa səy göstərsə də lakin notariat həmin icra qeydini ona verməkdən imtian etmişdir. O məcbur olub icra qeydinin surətii İcra Şöbəsindən almışdır. 3-cü şəxs olan "xxxx" KB ASC notariat hərəkətlərinin aparılması haqqında təlimatın 161-ci bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir tələbinə əməl etməmişdir.Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Zaur oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" KB ASC tərəfindən İddiaçı kredit verilmiş, 18 iyul 2022-ci il tarixdə "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən həmin kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" ASC-yə keçmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 1456 manat ödəniş edilmiş, 45114 manat borcu ödənilməmiş qalmışdır. İddiaçıya borc tələbinin tutulmasına dair icra qeydi verilməsi üçün notariat ofisinə müraciət ediləcəyi barədə bildiriş göndərilmiş, həmin bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. Borcluya mütəmadi olaraq borc üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı mütəmadi olaraq şifahi məlumat da verilmişdir. Borcun tutulması barədə heç bir qanun pozuntusuna yol verilməmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə cavabden Bərdə Regional ASAN-Xidmət Mərkəzi Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə göndərərk işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş 22 sentyabr 2023-cü il tarixli, 6187 BRD/23-EM nömrəli əsas Kredit və X9 görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı illik 32 faiz ödəmək şərti ilə 120 ay müddətinə 300.00 manat məbləğində kredit xətti açılmışdır. Mülki işə əlavə olunmuş 22 sentyabr 2023-cü il tarixli 6182mic BRD/23 nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 23 faizödəmək şərti ilə 45000 manat kredit verilmişdir. Nülki işə əlavə edilmiş 22 sentyabr 2023-cü il tarixli 6182mic BRD/23 saylı zaminlik müqaviəsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə X5 və arasında zaminlik müqaviləsi imzalanmışdır. Mülki işə əlavə edilmiş kredit müqaviləsinə 1 saylı əlavədən görünür k, tərəflər kredit müqaviləsi üzrə aylıq 1743 manat sonuncu ay isə 1691.61 manat ödəməyi razılaşdırmışlar. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı 6182micBRD/23 nömrəli kredit müqaviləsi üzrə 09 dekabr 2024-cü il tarixə borcu 39453,21manat əsas, 6412.3 manat faiz borcu, 679.69 manat cərimə borcu olmaqla cəmi 46545, 20 manat təşkil edir. Mülki işə əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx"KB ASC tərədindən İddiaçı, X3, X4 borcun ödənilməsi barədə bildiriş göndərilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. Mülki işə əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, "xxxx" KB ASC tərəfindən verilmiş bildiriş İddiaçı, X5, X6 tərəfindən 11 dekabr 2024-cü il tarixdə qəbul edilmişdir. Mülki işə əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, “İddiaçı zamin X1 və X2 45865,51 manat elədəcə 679,69 manat cərimə,25 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 46570 manat pul tutulmalıdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməə iddia qaldrımaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mübahisələndirilən icra qeydi qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş, “Notariat haqqında” Qanununun 76-cı maddəsinin tələbləri gözlənilmiş və notarius tərəfindən tərtib edilən icra qeydi icraya yönəldilmişdir. Buna görə məhkəmə hazırki işdə notariusun icra qeydinin ləğvi ilə bağlı hər hansı maddi və prosessual əsas görmür və iş materiallarından bu hal müəyyən olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hazırki iddianı əsassız hesab edir. Belə ki, hazırkı iddia tələbinin dəlilləri iddiaçının yaranmış borcun tutulmaya yönəldilməsinə dair bildirişin iddiaçıya təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bildirişlər iddiaçıya kuryer xidməti ilə göndərilmiş, xəbərnamədə iddiaçının imzasının olub-olmaması isə əhəmiyyət kəsb etmir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən şifahi telefon danışıqlarından çıxarışdan görünür ki, iddiaçı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış və müqavilə üzrə öhdəliklərin icra edilməsi tələb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yaranmış borc iddiaçı tərəfindən mübahisələndirilməməklə yanaşı iddia müddəti ötməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Bərdə Regional ASAN-Xidmət Mərkzində Notariat Ofisinə qarşı, üçüncü şəxs "xxxx" KB ASC cəlb edilməklə Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-797 saylı notariat icra qeydinin ləğvinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2477/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2477/2025
29.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver