Məhkəmə qərarları › İş №2(021)-2496/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2496/2024

04.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2496/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, "xxxx" ASC-nə qarşı “Hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsinə” dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı mülkiyyətində olan, Bərdə rayonu, Çəmənli kəndində 0,28 hektar torpaq sahəsində yerləşən, 205,1 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,14 hektar torpaq sahəsinin satılmasına dair Cavabdeh3 MMC-nin 06 dekabr 2023-cü il tarixli 284/23 nömrəli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X1 barədə Protokolunun və "xxxx" MMC-nin 08 dekabr 2023-cü il tarixli 6902 nömrəli “İpoteka saxlayana İpoteka predmetinin əldə olunması üçün” Hərracın Yekunları barədə Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 152.1.3-cü (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır) maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 35.1.-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə İddiaçı cavabdehlər Cavabdeh3 MMC, "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, "xxxx" ASC-nə qarşı “Hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsinə” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra eyni tələblə yenidən Əmlak Hərrac Mərkəzi MMC-nin yerləşdiyi ünvan üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, "xxxx" ASC-nə qarşı “Hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsinə” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar