Məhkəmə qərarları › İş №2(021)-2502/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2502/2022

23.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2502/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Cavabdeh2 cavabdeh X1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X2 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair 2(021)-1843/2022 saylı və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə və üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(021)-2502/2022 saylı mülkü işlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 cavabdeh X1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X2 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə və üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi eyni olduğundan və eyni ailəyə məxsus olduğundan, həmçinin bağışlanma müqavilələri eyni tarixlərdə olduğundan Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-2502/2022 saylı mülki iş Cavabdeh2 iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-1843/2022 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. İş məhkəmə iclasın 22 dekabr 2022-ci il tarixə saat 11:**-a Bərdə rayon məhkəməsinin inzibati binasında baxılmağa təyin edilsin. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar