Məhkəmə qərarları › İş №2(021)-2521/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2521/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2521/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı və üçüncü şəxs Maraqlı şəxs olmaqla “03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, X6 və X4 məxsus doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 03.02.20*4-cü ildə X6 və 04.02.20*7-ci ildə X5 adında uşaqlar doğulmuşdur. Uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar cavabdehin himayəsində qalmışdır. Ailə qurduqdan sonra həkimlərə müraciət etmiş, analiz və rəylərin nəticəsinə görə onun övladının olmasının mümkün olmadığı müəyyən edilmişdir. Yaranmış mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Bundan başqa uşaqların hər ikisinin bioloji ekspertizadan keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ona təklif etmişdir ki, bioloji ekspertiza təyin edilmədiyi halda iki uşağın saxlanması üçün tutulan alimentdən imtina edəcəkdir. Bundan sonra onda şübhələr daha da artmağa başlamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, o, hərbçidir, hər zaman evdə olmur. Aralarında olan ailə münaqişəsinin səbəbi keçmiş arvadının ona xəyanət etməsi olmuşdur. Bütün bunları aydınlaşdırandan sonra ona məlum olmuşdur ki, keçmiş arvadı ona nəinki dəfələrlə, hətta illərdir xəyanət edir. Bu səbəbdən onda şübhə yaranıb ki, hətta övladları belə ondan törəməyibdir. Onunla Cavabdeh arasında bu barədə söhbətlərdə olmuşdur. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) *85.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından iki nəfər uşaqları doğulmuşdur. Hazırda aralarında yaranan narazılıqlara görə rəsmi qaydada ayrılmışlar və nikahları pozulmuşdur. O, heç vaxt ərinə, yəni iddiaçıya xəyanət etməmişdir. Birgə nikahlarından doğulmuş hər iki uşağının atası İddiaçıdur. Ona görə də iddianı qəbul etmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı 26362** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*98*-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Mehdili Ə/D-nin Qaradəmirçi kəndində qeydiyyatdadır. AA seriyalı 0**3463 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.*993-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Mehdili Ə/D-nin Qaradəmirçi kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *7 fevral 2023-cü il tarixli *25 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 24 may 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ** yanvar 202*-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş *7 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 03.02.20*4-cü il təvəllüdlü Fidan və 04.02.20*7-ci il təvəllüdlü Ruslan adlı uşaqları doğulmuşdur. 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 “ata” qrafasında İddiaçı, “ana” qrafasında Cavabdeh qeyd edilmişdir. *7.04.2023-cü il tarixli MŞG/MT-032/2023-00343 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin *3 iyul 2023-cü il tarixli qərardadına əsasən 2(02*)- 252*/2023 nömrəli mülki iş üzrə Məhkəmə-tibbi genetik ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Аzərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyinin Məhkəmə Tibbi Ekspertizа və Pаtоlоji Аnаtоmiyа Birliyinə tаpşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X*” publik hüquqi şəxsin *5 sentyabr 2023-cü il tarixli 9/867 saylı məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı 2008-ci ildə cavabdehlə ailə həyatı qurmuş, birgə nikahları dövründə 03.02.20*4-cü ildə X6 və 04.02.20*7-ci ildə X5 adlı iki uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə evləndikdən sonra həkim müayinəsindən keçdiyini, analiz və rəylərin nəticəsinə görə onun övladının olmasının mümkün olmadığını qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. O cümlədən, iddiaçı uşaqlar doğulduqdan sonra həmin uşaqların onun tərəfindən törəməsini mübahisələndirməmiş, yalnız aralarında yaranan narazılıqlara görə cavabdehlə aralarında olan nikah pozulduqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.*-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də, nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydlə təsdiq olunur. 46.*-ci maddəsinə görə, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.*-ci maddəsinə görə, bu Məcəllənin 46.*-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Göründüyü kimi, 03.02.20*4-cü ildə anadan olmuş X6 və 04.02.20*7-ci ildə anadan olmuş X5 tərəflərin rəsmi nikahda birgə nikahları dövründə anadan olmuş, uşaqlar doğularkən iddiaçı uşaqların ondan törədiyini mübahisələndirməmiş, tərəflərin razılığı əsasında uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı azyaşlı uşaqların ondan törəmədiyin bildirir və uşaqların atalarının onun olmadığının müəyyən edilməsini xahiş edir. Lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə azyaşlı uşaqlarının atasının iddiaçı olduğunu və uşaqların məhz iddiaçıdan törədiklərini israrla bildirir. MPM-nin: 76.*-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İstinad olunan qanunvericilik normalarının məzmununa görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O cümlədən, qanunverici iddianı sübut etmək vəzifəsini iddiaçının üzərinə qoymuşdur. Lakin işin gerçək halları ilə iddia tələbi sübut olunmur. Qeyd olunduğu kimi, İddiaçı azyaşlı Fidan və Ruslanın ondan törəmədiyini və özünün həmin uşaqların atası olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mülki mübahisə üzrə araşdırılmış sübutlarla iddiaçının bildirdikləri təkzib edildiyindən iddia tələbi 03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının İddiaçı olmadığının müəyyən edilməsi hissədə təmin edilməməlidir. İddia tələbi atalığın müəyyən edilməsi tələbinə dair hissədə təmin edilmədiyindən, iddia doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi tələbinə dair hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın *25-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının MPM-nin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.*-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə ** iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının *30-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə *7 yanvar *970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 0* oktyabr *982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*3, 2*4, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “03.02.20*4-cü ildə anadan olmuş X3 və 04.02.20*7-ci ildə anadan olmuş X2 atalarının onun olmadığının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar