Məhkəmə qərarları › İş №2(021)-2578/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2578/2023

15.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2578/2023 15.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı X4 iştirakı ilə, İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə qarşı məcburi işburaxma müddəti üçün boş qalan ayların əmək haqqı hesablanmaqla və digər pul tələbləri də daxil olmaqla ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Ağcabədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(017)-1318/2021 saylı qətnaməsinə əsasən iddia təmin edildiyi nəzərə alınaraq 25 may 2021-ci il tarixdən işə bərpa oluunduğu üçün (14 aprel 2022-ci il tarixə qədər) tarixə kimi məcburi iş buraxma müddəti üçün boş qalan ayların əmək haqqı hesablanmaqla və digər pul tələbləri də daxil omaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, zamanki Ağcabədi Rayon Təhsil Şöbəsinin (hazırda Təhsil sektoru) müdiri mərhum X9 25 may 2021-ci il tarixli, 418 saylı əmrlə qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Məhz elə buna görə də onun bu qeyri-qanuni hərəkətləri nəticəsində Ağcabədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Təhsil Şöbəsinin müdiri (Təhsil sektorunun müdiri) iddia ərizənin bir surətini alandan sonra onu yanına çağırıb demişdi ki, bir səhvdir etmişdir, şikayətini geri götürsün. O, bunun əvəzini çıxır. O, isə ona qəti və son sözünü bildirərək demişdir ki, bu heç cür mümkün deyil. Çünki o, demişdir ki, rayonda təhsilin tarixi nə vaxtdan qoyulubsa, ta bu günə kimi heç bir müəllimin təhsil sahəsində onun qədər böyük xidmətləri, nailiyyətləri olmayıb. Hətta qazandığı bu böyük nailiyyətləri ona bir-bir sadalamışdır ki, metodist-müəllim, ali kateqoriyalı müəllim, 25000 (iyirmi beş min) müəllimin içərisindən seçilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, Qabaqcıl Maarif xadimi, Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyinin), Respublika Təhsil işçiləri X11 Komitəsinin Fəxri Fərmanları, ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin “döş nişanı”, Təhsil Nazirliyinin diplom və tərifnamələri, Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyinin) Kollegiyasının qərarı ilə iş təcrübəsi Respublika miqyasında məktəblərdə yayılması, Respublikamızın qabaqcıl müəllimlərinin iş təcrübəsi haqqında yazılmış “Maarifimizin ulduzları” kitabında onun da iş təcrübəsindən bəhs edən geniş oçerkin verilməsi və s. O, bu təkzibedilməz böyük nailiyyətləri nəzərə almadığını və ona qarşı qərəzli mövqedə olduğuna görə onun xahişini nəzərə almamışdır, ala da bilməzdi. Sonra ona demişdir ki, heç eybi yoxdur. Madəm ki, belədir, onda mən sənin boş qalan ayların pullarını qeyri-rəsmi, yəni çöldən-çölə ödəyəcəyəm. Bunu (pul ödəməni) məhkəmədən xahiş edərsən ki, daha onu (ödəyəcəyim pulu) qətnamədə göstərməsin. Sən işə bərpa olunandan sonra həmin pulu sənə verəcəyəm. Belə etsən, onda kollektivdə, müəllimlər arasında hörmətdən düşmərəm. Sən də məni eşitdiyinə görə daha apellyasiya şikayəti verməyəcəyəm. Mən də humanistlik göstərərək aralarında mehribançılıq olsun deyə ona inanıb demişdir ki, burada o, heç nə itirmir, yəni boş qalan ayların pullarını ya rəsmi sənəd vasitəsi ilə ya da qeyri-rəsmi almışdır. Burada onuun üçün heç bir fərqi yoxdur. Lakin bütün bunlara baxmayaraq, birincisi, X13 verdiyi vədə əməl etməyərək, onu aldadaraq birinci instansiya məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, iş 2(017)-1318/2021 saylı qətnaməsinin bir surətini alaraq dərhal apellyasiya şikayəti verdi. Şirvan Apellyasiya Məhkəməsi də 23 dekabr 2021 -ci il tarixli, iş (2(106)-3517/2021 saylı qətnamə çıxardaraq Ağcabədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(017)-1318/2021saylı qətnaməsini apellyasiya şikayətinə əsasən, dəyişdirilmədən qüvvədə saxladı. Elə buna görə də X13 daha başqa çıxış yolu tapa bilmədiyinə görə, yəni yenidən Ali Məhkəməyə şikayət verməkdən imtina etmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Ağcabədi Rayon Məhkəməsi yuxarıda sözügedən qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərildiyi kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu da inkaredilməz faktdır ki, qətnamədə iddia tələbləri bütünlüklə tam təmin edimişdir. X13 yuxarıda sözgedən Ağcabədi Rayon Məhkəməsinin qətnaməsinə və həmin rayonun İcra və Probasiya Şöbəsinin 04 apprel 2022-ci il tarixli, 69536/22-38-6 saylı icra bildirişinə əsaslanaraq 14 aprel 2022-ci il tarixli, 481 saylı əmrlə onun işə bərpa olunmağı haqqında əmr vermişdir. İkincisi, X13 yenə də verdiyi vədə əməl etməyərək, onu aldadaraq işə bərpa olunsa da boş qalan ayların, eləcə də digər qalıq pullarını aradan xeyli vaxt keçsə də verməyib. O, sonra istəmişdir ki, bu tələbi (pulla bağlı) mediasiya vasitəsi ilə həll olunsun. Bunu Ağcabədi rayonun mediasiya təşkilatının 24 iyun 2022-ci il tarixdə verdiyi arayış da sübut edir. Lakin bunun da heç bir nəticəsi olmayıb. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində müəyyən cüzi nöqsanlara yol verdiyi üçün məhkəmə onu geri qaytarmışdır. Artıq həmin nöqsanları aradan qaldırmışdır. Məhz elə buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, 2-ci dəfə məhkəməyə müraciət etməli olmuşdur. Artıq Təhsil Şöbəsinin (Təhsil sektorunun) sabiq müdiri İsmayıl Həsənov vəfat edib. Hazırda rayonun Təhsil sektoru müdiri vəzifəsini əvəz edən, faktiki yaşayış yeri Ağcabədi rayonu olan X1 qızıdır. İddia ərizəsində onu cavabdeh bir şəxs kimi gostərmişdir. Bu da mövcud qanunlarımıza tam uyğundur. Ondan asılı olmayan səbəblərə gorə iddia ərizəsinə cavabdehlə bağlı bəzi sənədləri əlavə edə bilməmişdir: cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi belə sənədlərdəndir. Cavabdeh bu sənədləri ona verməkdən imtina etdi. O, demişdir ki, yoldaşı bu sənədləri başqa şəxsə və ya məhkəməyə verməyə razılıq verməmişdir. O, dövlət rüsumları və mediasiya xidməti üçün pul ödəmişdir. Eyni zamanda həmkəndlisi, yəni Ağcabədi rayonun Avşar kəndində yaşayan (seriya AZE №17651973, mobil telefon:***-***-**-**) X2 500 (beş yüz) manat məbləğində borc pul almışdır. Bütün bunları iddia ərizəsinə əlavə etdiyi rəsmi sənədlər də təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin qeydinə, əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ə mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Bu maddədən göründüyü kimi və ona, əsasən, onun pul tələbi ilə bağlı iddiası təmin edilməlidir. Bütün bunlar onun işsiz qalan vaxtlarında öz bariz əksini tapmışdır. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumları, mediasiya xidməti üçün ödədiyi pulları, borc aldığı 500 manat pulu, yaya məzuniyyət pulu, şərəf və ləyaqətinə xələl gətirdiyinə görə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 4000 manat məbləğində pul tələblərinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxx 1951ci ildə doğulmuşdur, Ağcəbədi rayonu, Avşar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur İddiaçı həqiqətən Avşar kəndində qeydiyyatdadır, Aavşar kəndində yaşayır. Mülki işə əlavə edilmiş Ağcabədi rayon İcra və probasiya Şöbəsinin 04 aprel 2022ci il tarixli, 69536/22-38-6 nömrəli bildirişindən müəyyən olunur ki, Ağdabədi Rayon Təhsil Şöbəsinə 04 aprel 2022-ci il tarixli icra sənədi ilə icraata başlanılmış Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1318/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün könüllü icra müddətində icra etmək və Ağcabədi rayon İcra və probasiya Şöbəsinə gəlmək təklif olunmuşdur. Mülki işə əlavə edilmiş Ağcabədi rayon Təhsil Şöbəsinin 481 saylı, 14 aprel 2022ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində Ağcabədi rayon Təhsil Şöbəsinin 418 nömrəli əmri ləğv edilmiş, İddiaçı 14 prel 2022-ci il tarixdən Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti vəzifəsinə bərpa olunmuşdur. Mülki işə əlavə edilmiş AZE 17651973 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 03 aprel 1982-ci ildə doğulmuşdur, Ağcəbədi rayonu, Avşar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 24 iyun 2022-ci il tarixli Mediasiya Şurasının arayışından müəyyən olunur ki, Hüseynov X7 Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti vəzifəsinə bərpa edilmiş, işdən qanunsuz çıxarılmağına görə məcburi proqul günləri üçün əmək haqqının hesablanaraq cavabdehdən alınmasını təələbi ilə bağlı Meediasiya Şurasıına müraciət etmişdir. Mülki işə əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1318/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, Ağcabədi rayon Təhsil Şöbəsinin 25 may 2021-ci il tarixli 418 nömrəli əmri ləğv edilmiş, İddiaçı Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti vəzifəsinə bərpa olunmuşdur. Mülki işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106) 3517/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh Ağcabədi rayon Təhsil Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(017)-1318/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli 3-29-38/2-1090/2023 saylı məktubda göstərilmişdir ki, İddiaçı hazırda fəaliyyəti dayandırılmış Ağcabədi Rayon Təhsil Şöbəsinin 25 may 2021-ci il tarixli, 418 nömrəli əmrinə əsasən işdən azad olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı Hüseyyn oğluna 225 may 2021-ci ildən 14 aprel 2022-ci il tarixədək olan dövrdə əmək haqqı və məzuniyyət hesablanmamışdır. Mülki işə əlavə edilmiş X6 tərəfindən verilmiş ərizədə göstərmişdir ki, onun yaxın qonşusu və qohumu Ədalət Hüseyn oğlu ondan 500 manat borc pul allmışdır. Mülki işə əlavə edilmiş Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli 3-29-38/2-1197/2023 saylı məktubda göstərilmişdir ki, İddiaçı 25 may 2021-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan dövrdə aylar üzrə-2021-ci ilin may ayı 100.70 manat, iyun-2021-ci il 423.00 manat, iyul 2021-ci il 423.00 manat, avqust 2021-ci il 423.00 manat, sentyabr 2021-ci il 423.00 manat, oktyabr 2021-ci il 423.00 manat, noyabr 2021-ci il 423.00 manat, dekabr 2021-ci il 423.00 manat, yanvar 2022-ci il 423.00 manat, fevral 22022-ci ill 423.00 manat, mart 2022-ci il 423.00 manat, apprel 2022-ci il 230.72 manat, məzuniyyət 528.74 manat olmaqla - cəmi 5090.18 manat hesablanmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırki iş üzrə iddia tələbinin 4 əsas predmeti mövcuddur:

1. Boş qalan ayların əmək haqqısı və məzuniyyət pulu;

2. Dövlət rüsumları, mediasiya xərcinə çəkdiyi pullar;

3. Hazırki işə görə borc alması ilə əlaqədar olaraq həmin pulun cavabdehdən tutulması;

4. Şərəf və ləyaqətə dəymiş zərərlə bağlı mənəvi ziyan tələbi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Hüseynov X8 Rayon Təhsil Şöbəsinin 25 may 2021-ci il tarixli 418 saylı əmri ilə işdən azad olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1318/2021saylı qətnaməsinə əsasən Ağcəbədi Rayon Təhsil Şöbəsinin 25 may 2021-ci il tarixli 418 saylı əmri əğv edilərək, Ağcəbədi Rayonu Təhsil Şöbəsinin metodisti vəzifəsinə bərpa edilmişdir. Lakin 25 may 2021-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün boş qalan ayların əmək haqqı və digər pul vəsaiti hesablanıb ödənilmədiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iddia tələbinin boş qalan ayların əmək haqqısının ödənilməsi tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının işdən çıxarılma ilə bağlı əmri qanunsuz hesab edilərək ləğv edildiyindən onun işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə əmək haqqı və məzuniyyət pulu ödənilməsi hissəsində iddia tələbində iddiaçı haqlı olduğundan həmin hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbinin ödənilmiş dövlət rüsumlarına və mediasiya xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı müvafiq ödəniş qəbzlərinə iş materiallarına əlavə etdiyindən həmin hissədə də iddia tələbi təmin edilməli və 170 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin 500 manat borcun tələb edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı mötəbər sübut və dəlillərini məhkəməyə təqdim etmədiyindən bu hissədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin iddiaçının şərəf və ləyaqətinə dəymiş zərərlə bağlı mənəvi zərər tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən Mülki Məcəllənin vəzifələrindən biri də fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndində göstərilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normaların, Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə alaraq qeyd edir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. “M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli qərarı”nda qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı iddia tələbində göstərdiyi xüsusatları iş materiallarına əlavə etdiyi sənədlərlə təsdiq etdiyindən və işə bərpa edilməsi iddianın vurulmuş mənəvi zərərə aid hissəsinin qismən təmin edilməsi üçün əsasdır. Çünki iddiaçının işlədiyi rayonda sayılıb-seçilən ziyalı olması, metodistmüəllim, ali kateqoriyalı müəllim, 25000 (iyirmi beş min) müəllimin içərisindən seçilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, Qabaqcıl Maarif xadimi, Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyinin), Respublika Təhsil işçiləri X11 Komitəsinin Fəxri Fərmanları, ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin “döş nişanı”, Təhsil Nazirliyinin diplom və tərifnamələri, Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyinin) Kollegiyasının qərarı ilə iş təcrübəsi Respublika miqyasında məktəblərdə yayılması, Respublikanın qabaqcıl müəllimlərinin iş təcrübəsi haqqında yazılmış “Maarifimizin ulduzları” kitabında onun da iş təcrübəsindən bəhs edilməi kimi hallar olduğu halda həmin şəxsin işdən qanunsuz çıxarılması ona mənəvi əzab verməklə bərbaər nüfuzunun və ləyaqətinin də zədələnməsi ilə müşahisdə edilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, mənəvi zərər 1000 manat dəyərində təmin edilməli olmasını qanuni və məqsədəmüvafiq hesab edir. Mənəvi zərər qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə qarşı məcburi işburaxma müddəti üçün boş qalan ayların əmək haqı hesablanmaqla və digər pul tələbləri də daxil olmaqla ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Əmək haqqı və məzuniyyət puluna görə 5090.16 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumlarının məbləği olan 170 manat olmaqla, cəmi 6260,16 (altı min iki yüz altmış manat on altı qəpik) manat vəsait cavabdeh Qarabağ Regional Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar