Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2647/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu İddiaçı QİZİCavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİCavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, əvvəllər eyni cavabdehə qarşı eyni tələb ilə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi rədd olunmuşdur və o, həmin qətnamədən narazı qalmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə məhkəmənin həmin qətnaməsini əlavə etmişdir və həmin qətnaməyə əsasən onun cavabdehə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı QİZİCavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş ______ (rəqəmlə) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2647/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2647/2022
25.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver