Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-266/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər X19 Xidmət Mərkəzində notariat kontoruna və LPO "xxxx" ASCnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon notariusu Mərdan Həsənzadə tərəfindən verilmiş 02 sentyabr 20011-ci il tarixli, 7E-4596 reyestr nömrəli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bərdə rayon notariusu Mərdan Həsənzadə tərəfindən verilmiş 02 sentyabr 2011-ci il zarixli İcra Qeydinə əsasən ondan "Dəmirbank” ASC-nin xeyrinə 3.507 ABŞ dolları əsas, 2.000 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, cəmi 6.507 ABŞ dolları tutulması və tutmanın ona və ailə üzvlərinə məxsus Bərdə rayonu, Mehdili kəndindəki 4,87 ha torpaq sahəsinə yönəldilməsi qeyd edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bərdə rayon notariusu Mərdan Həsənzadə tərəfindən verilmiş 02 sentyabr 2011-ci il tarixli İcra Qeydi ləğv edilməlidir. Belə ki, ona və ailə üzvlərinə Bərdə rayonu, Qaradəmirçi kəndində 4.87 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini hal-hazıradək istifadə edirlər. Torpaq sahəsinə görə dövlət tərəfindən verilən subsidiyanı hər il davamlı olaraq almışdır. Bu yaxınlarda ona subsidiyanın verilmədiyini gördükdə maraqlanıb və ona bildiriblər ki, sözügedən torpaq sahəsi özgəninkiləşdirilmişdir. Xəbəri olmadan, onların ailəsinə məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha torpaq sahəsi hansısa naməlum qurum tərəfindən qiymətləndirilmiş, naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 22 iyun 2012-ci il tarixdə alınmış və sözügedən torpaq sahəsi 05 sentyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" ASC-nin Bərdə filialının adına hərracın yekunları barədə 22 iyun 2012- ci il tarixli, NY-895 nömrəli protokoluna və eyni tarixli alqı-satqı müaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun "Dəmir Bank” ASC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə borcu icra qeydində göstərildiyi kimi deyil, qat-qat aşağı məbləğdədir. Bundan başqa qeyd edir ki, ona məxsus ipoteka predmetinin dəyəri də qat-qat aşağı qiymətləndirilmişdir. Bərdə rayonunda 1 ha torpaq sahəsinin qiyməti 10.000-15.000 manat civarındadır. Bank tərəfindən borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə ümumi qaydada müraciət ediləcəyi halda tərəfindən yuxarıda göstəilən məbləğdə hesablanmış əsas borc, faiz borcu və cərimə borcunu mübahisələndirə bilməmişdir, ipoteka predmetinin likvid dəyəri müəyyən edilərdi, beləliklə mübahisəli məsələ həll edilmiş olardı. İcra qeydi ləğv edilməsə tərəfindən əsas borc, faiz borcu və cərimə məbləğinin mübahisələndirilməsi və ipoteka predmetinin qiymətinin dəqiq müəyyən edilməsi imkanından məhrum olmuşdur. Beləlikiə də, onun Konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X19 Xidmət Mərkəzində Notariat Kontoruna və LPO "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə X19 Xidmət Mərkəzində Notariat Kontorunun, LPO "xxxx" ASC-nin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan 02 sentyabr 2011-ci il tarixli İcra Qeydinin surətindən müəyyən olunur ki, borclu Bərdə rayonu, Mehdili Ərazi Vahidinin Qaradəmirçi kəndində yaşayan İddiaçı 3507 ABŞ dolları əsas borc, 2000 ABŞ dolları məbləğində faiz borcunun, 1000 ABŞ dolları məbləğində cərimənin, cəmi 6507 ABŞ dolları borc məbləği və ödənilmiş 5 manat məbləğində dövlət rüsumu, tələbkarın- Dəmirbank ASC-nin ünvan 1 ünvanında yerləşən Dəmirbank ASC Bərdə Filalının tələbi ilə ipoteka qoyan Bərdə rayonu, Mehdili Ərazi Vahidinin Qaradəmirçi kəndində yaşayan İddiaçı məxsus 4.8746 ha torpaq sahəsinə (əmlaka) tutma yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan 34/11-93 saylı, 12 dekabr 2010-cu il tarixli ipoteka predmetinətutmanın yönəldilməsi barədə Bildirişin Dövlət qeydiyyatına alınmasına dair ərizədə ipoteka predmetinətutmanın yönəldilməsi barədə Bildirişin Dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İş materiallarında olan xx/xx-2010 saylı, 10 noyabr 2010 saylı və xx/xx-2010 saylı, 25 noyabr 2010 saylı xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, borcalan və ipoteka qoyan İddiaçı kredit borcunu 10 gün ərzidə ödəməsi, əks halda borcun ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bərdə rayon, Mehdili kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 393 saylı, 07 iyul 2009-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır. İş materiallarında olan X12 tərəfindən verilmiş ərizədə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən torpaq sahəsinin atası İddiaçıu tərəfindən ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə torpaq sahəsini dərhal tərk etmək öhdəliyini qəbul edir. İş materiallarında olan X10 tərəfindən verilmiş ərizədə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən torpaq sahəsinin atası İddiaçıu tərəfindən ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə torpaq sahəsini dərhal tərk etmək öhdəliyini qəbul edir. İş materiallarında olan X11 tərəfindən verilmiş ərizədə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən torpaq sahəsinin atası İddiaçıu tərəfindən ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə torpaq sahəsini dərhal tərk etmək öhdəliyini qəbul edir. İş materiallarında olan X9 tərəfindən verilmiş ərizədə Bərdə rayonu Qaradəmirçi kəndind yerləşən torpaq sahəsinin atası İddiaçıu tərəfindən ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə torpaq sahəsini dərhal tərk etmək öhdəliyini qəbul edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı, X1, X7, X2, X8, X4, X5 mülkiyyətinə Bərdə rayonu, Qaradəmirçi kəndində 4.8746 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı, X1, X7, X2, X8, X4, X5 mülkiyyətinə Bərdə rayonu, Qaradəmirçi kəndində 4.8746 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmış torpaq sahəsi "xxxx" ASC-nin Bərdə Filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən götürülmüş krediti ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 iyul 2009-cu il tarixli, 28-09 AYİB AAF saylı ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü kreditin təminatı olaraq mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində 4.8746 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 23 iyul 2009-cu il tarixli, 28-09 saylı Kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən 12 ay müddətində 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan Bərdə rayonu, Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 245 saylı 25 sentyabr 2023 saylı arayışdan müəyyən olunur ki, Quliyev X6 rayonu, Qaradəmirçi kəndində yaşayır. Məhkəmə iş üzrə tərəflərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı İddiaçı cavabdeh X19 Xidmət Mərkəzində notariat kontoruna və LPO Cavabdeh2 ASC-nə qarşı icra sənədinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmiş, həmçinin iddiaçının özü tərəfindən də əsaslı sübutlar və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X19 Xidmət Mərkəzində notariat kontoruna və LPO "xxxx" ASCnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-266/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-266/2024
23.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver