Məhkəmə qərarları › İş №2(021)-2676/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2676/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2676/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nikah, aliment, uşaqların himayəsi, müalicə pulu Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə aldığı əmək haqqının ¼ hissəsində və xəstəliyinə görə müalicə xərci üçün 300 manat alimentin tutularaq ona verilməsi və uşağın onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci ildə nikah bağlayaraq ailə qurmuşlar. Cavabdeh ilə birgə nikahlarından 1 övladları xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. 5 aydır ki, Cavabdeh ilə ayrılmışlar. xx.xx.2021-ci il təvəllüdlü X4 onun yanında qalmaqla ata evində yaşayır. Uşağın saxlanmasında maddi çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün könüllü köməklik göstərmir. Cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, cavabdeh N saylı hərbi hissədə işləyir. Odurki, Cavabdeh bir uşağın saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşaqları X3 müalicəsi ilə əlaqədar hər ay 300 manat müalicə xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2020-ci ildə Zaqatala rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 168 nömrəli nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X3 himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, X3 xəstəliyi ilə əlaqədar 300 manat əlavə xərcin, 320 manat hüquqi yardıma görə ödənilmiş xərcin və iddianın qaldırılması üçün ödənilmiş 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil izahat verərək göstərdi ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 əlamətləri, davranış pozuntusu xəstəliyindən əziyyət çəkir, Cavabdeh könüllü olaraq uşağın saxlanılması və onun müalicəsinin xərcinin ödənilməsində iddiaçıya heç bir maddi yardım göstərmir. Uşağın müalicəsinin xərcinin iddiaçı tərəfindən ödənilməsini əks etdirən qəbzlər mövcudur. Hazırda iddiaçı uşağın saxlanması, onun tələbat və müalicə xərcinin ödənilməsində maddi cəhətdən çətinlik çəkir. Hesab edir ki, tərəflərin ali münasibətləri pozulmuşdur. Odur ki, tərəflər arasında bağlanmış nikahın tərəflərə vaxt verilmədən pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, həmçinin X3 xəstəliyi ilə əlaqədar 300 manat əlavə xərcin, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat xərcin və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərdi ki, xx.xx.2021-ci il təvəllüdlü X3 heç bir xəstəliyi yoxdur. İddiaçı tərəfindən Sübhanın xəstəliyi ilə əlaqədar alınmış tibbi rəy və arayışlar əsassızıdır. Uşağı müalicəyə yəni Loqos Bərdə MMC-yə aparmış və 280 manat ödəniş etmişdir. Hazırda uşaq müalicə olunmuş və sağlamdır. Hesab edir ki, tələb həmin hissədə əsassızdır və rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddia tələbinin nikahın pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılmasına etiraz etmir. Lakin tələbi uşağın xəstəliyi ilə əlaqədar müalicə xərci hissəsində qəbul etmir və rədd edilməsini xahiş edir. Oğlu Sübhanı 2 il əvvəl həkimə özü aparıb heç bir narahatlığı yoxdur, övladı sağlamdır. Hesab edir ki, tələb həmin hissədə sassız olduğundan rədd edilməlidir. İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 297 saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu, Köbər kəndində qeydiyyatdadır, Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 5 saylı evdə yaşayır. X5 surətindən görünür ki, Cavabdeh ilə X12 xx.xx.2020-ci ildə Zaqatala rayon Qeydiyyat Şöbəsində 168 nömrəli nikah bağlamışlar. X6 surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 114 nömrəli Tibbi Rəydən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə X16 Xəstəlikləri Dispanserində həkim-psixiatr X8 tərəfindən müayinə olunmuş, ona “Autizmi əlamətləri, davranış pozuntusu” F 84.12 diaqnozu qoyulmuşdur. X10 mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 Spektr pozuntusu diaqnozu üzrə X11 Məmmədov adına Ailə Psixoloji Sağlamlıq, Nitq İnkişafı və Reabilitasiya Mərkəzində müalicə alır və kursun uzun müddətli aparılması mütləqdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 005 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də konsultasiya olunub, psixoloq Lalə Atakişiyeva və psixo-pedaqoq Xəyalə Bayramovanın yanında terapiya keçməyə başlamışdır. Hal-hazırda xx.xx.2021-ci il təvəllüdlü X4 terapiyalara gəlməyə davam edir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 180 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 160 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 165 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 204 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 240 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4454 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 50 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4453 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 50 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4452 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 60 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4448 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 80 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4300 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4299 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4298 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 80 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4377 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4378 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, 4379 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/MT039-2025-00147 reyestr nömrəli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. xx.xx.2025-ci il tarixli, 26254 saylı ödəniş qəbzindən görünür ki, Bərdə 1 saylı Mediasiya Təşkilatınnın xeyrinə İddiaçı tərəfindən 60 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Ayrıldıqdan sonra uşaq anasının himayəsində qalmışdır. Hazırda iddiaçı nikahın pozulmasını, yetkinlik yaşına çatmayan övladının onun himayəsində qalmasını, övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment və müalicəsi üçün əlavə xərcin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: Ailə Məcəlləsinin 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; Ailə Məcəlləsinin 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı nikahın pozulmasına təkid etdiyindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmalı, cavabdehin övladının anasının himayəsində qalmasını mübahisələndirmədiyi nəzərə alınmaqla tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın anasının yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında»Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq iddia tələbi aliment hissəsində təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi həddində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı aliment tutulması ilə bağlı ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulması ərizənin məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, iddia tələbinin müalicə xərci hisəsinə münasibətdə xx.xx.2021-ci il təvəllüdlü X3 “Autizmi əlamətləri, davranış pozuntusu” F 84.12 xəstəliyindən əziyyət çəkməsini və davamlı müalicə olunmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X3 müalicə olunması üçün cavabdehdən tutulan pul 280 manat məbləğində müəyyən olunmalıdır. Ailə Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bundan başqa Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 manat xidmət haqqı, 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir.

V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Zaqatala rayon Qeydiyyat Şöbəsində xx.xx.2020-ci il tarixdə 168 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 müalicəsi üçün 30 sentyabr 2025-ci il tarixdəbn başlayaraq hər ay 280 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə İddiaçı tərəfindən vəkilə iş üzrə hüquqi yardım üçün üçün ödənilmiş 320 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar