Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2687/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə hər ay 246 manat, cəmi 492 manat alimentin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X13 doğulmuşdur. Aralarında olan narazlılqlarla əlaqədar ayrılmışlar və ayrı yaşayırlar. Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)- 158/2025 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. İşləmədiyindən uşaqların saxlanmasında maddi çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanması üçün könüllü olaraq maddi və mənvi dəstək göstərmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, eplepsiya xəstəliyindən əziyyət çəkir, bundan başqa anadangəlmə onbasında narahatçılıqlar var. İşləmək qabiliyyəti yoxdur. Mal-qara bazarına gedir 80 manat qazanc əldə edir. Hesab edir ki, səhhətində olan narahatçılqılarla əlaqədar tələb edilən alimenti ödəyə bilməz. Ona görə də tələbin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur. AA6791014 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2007-ci ildə doğulmuşdur. AA6791500 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2013-cü ildə doğulmuşdur. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli Çıxarışdan görünür ki, Cavabdeh ilə X5 xx.xx.2008-ci il tarixdə 04 saylı nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli arayışdan görünür ki, X11 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli arayışdan görünür ki, X13 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mingəçvir Şəhər Mərkəzi Xəstəxanasının həkimi X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Əliyev X6 osteoxondroz *L3-4 diskdə anterior epidural sahəni sıxan geniş əsaslı arxa mərkəzi qabarma *L4-5 diskdə sirkulyar qabarma fonunda dural kisəni, hər iki sinir kökünü sıxan, -2,5 mm ölçüdə geniş əsaslı arxa mərkəzi protruziya * L5-51 diskdə dural kisəni, sol sinir kökünü sıxan, sol fəqərə arası dəliyi daraldan, aşağıya doğru minumal ekstruziya göstərən, 5.5 mm ölçülü geniş əsaslı arxa sol lateralforaminal yırtıq, Sol tərəfdə bud çanaq oynağında oynaq məsafəsi daralmış olub, bud sümüyünün başında avaskulyar nekroz sahələri diqqəti çəkir. Bununla birlikdə bud sümüyünün başında və boyun hissəsində STİR hiperintens patoloji siqnal dəyişikliyi mövcuddur (Sol bud-çanaq oynağında avaskulyar nekroz fonunda koksoartroz) diqanozu qoyulmuşdur. “DR.Aygün” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Elektroensefaloqrafik Müayinə protokolundan görünür ki, Müayinə oyaqlıq zamanı 30 dəqiqə müddətində aparılmış, Fon Aktivliyi gözü yumulu və passiv vəziyyətdə aşağıamplitudalı aktivlikdən təşkil olunub. Posterior Dominant TİTM 6-7 Hz- tezlikli/N:8-14 Hz tezlikli 50 mkv ampl alfa-dalğa/teta-dalğadan təşkil olunub. Gözü açdıqda 5-14 mkv 15- 20 Hz-tezlikli betta-dalğa izlənir. X4 qismən izlənlir. EEQ çəkimi zamanı Fp2, F4, F8aparmalarda paroksizmal izlənlir diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, Əliyev X2 xəstəliyindən müalicə olunmuşdur. Ağdam 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00241 reyestr nömrəli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. xx.xx.2025-ci il tarixli, 26987 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunarkən 60 manat xidmət haqqı ödənilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-158/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bərdə rayon Həsənqaya kənd İcra Nümayəndəliyində 16 yanvar 2008-ci il tarixdə 04 saylı bağlanmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 15 dekabr 2007-ci il təvəllüdlü X1 Tünzalə Zakir qızının yanında saxlanıması, tərəflərin birgə nikahlarından doğulmuş 27 sentyabr 2013-cü il təvəllüdlü X13 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Məhkəmə qətnaməsinə əsasən ayrıldıqdan sonra uşaqlar analarının himayəsində qalmışdır. Hazırda iddiaçı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia tələbinin alimentin tutulmasına dair bir uşaq üçün 140 manatdan artıq hissəsi təmin edilməməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması hissəsində iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 Qərarını nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,35 misli həddində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh X3 alınaraq dövlət büdcəsinə ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2687/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2687/2025
09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver