Məhkəmə qərarları › İş №2(021)-2713/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2713/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2713/2024 23.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh oğluna qarşı “Bərdə Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(021)-760/2020 saylı icra sənədinə əsasən ondan hər ay hər uşağa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində tutulan alimentin icrasının dayandırılması” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(021)-760/2020 saylı icra sənədinə əsasən ondan hər ay hər uşağa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində tutulan alimentin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbi aydın deyildir. Yəni iddiaçının iddia ərizəsində qeyd etdiyi icra sənədinin icrasının dayandırılması iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilməli olduğu halda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM): 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı Cavabdeh oğluna qarşı “Bərdə Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(021)-760/2020 saylı icra sənədinə əsasən ondan hər ay hər uşağa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində tutulan alimentin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdeh oğluna qarşı “Bərdə Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(021)-760/2020 saylı icra sənədinə əsasən ondan hər ay hər uşağa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində tutulan alimentin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsi İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar