Məhkəmə qərarları › İş №2(021)-2835/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2835/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2835/2024 04.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə 04 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, heç bir yerdə işləməməyini, ailələrində daxil olan real gəlirinin olmamasını və səhətinin pis olmasını nəzərə alıb- birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü qasımova xanım sahib qızı adlı övladlarının saxlanılması üçün ondan tutulan hər ay hər uşağa görə 130 manat aliment məbləğini azaldılaraq hər ay 50 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə vərərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. İddiaçı Cavabdeh qarşı “Aliment məbləğinin azaldılması” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın.

3. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar