Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-288/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızının, Bərdə Rayon Təhsil Şöbəsinin metodisti X2 iştirakları ilə İddiaçı cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızına qarşı “uşağın himayəyə verilməsi və mediasiya xidməti üçün ödənilən 50 manat pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Namət qızına qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(021)3129/2019 saylı qətnaməsi ilə cavabdehin himayəsində saxlanılmış 29 sentyabr 2010-cu il təvəllüdlü X1 cavabdehin himayəsindən onun himayəsinə verilməsinə və cavabdehdən 10 manat dövlət rüsumunun və 50 manat mediasiya xidməti üçün ödənilən rüsumunun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 dekabr 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsi 29.09.2010-cu ildə anadan olmuş X1 anası Cavabdeh himayəsinə verilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh ilə aralarında bağlanmış nikah Bərdə Rayon Məhkəməsinin 2(021)3129/2019 saylı 26.08.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahları pozulduğu tarixdən bu günə qədər 29 sentyabr 2010cu il təvəllüdlü X5 onun yanında qalmışdır. Övladı Bunyat onun yanında təhsilini davam etirir və heç vaxt anasının yanına qayıtmağa niyyəti olmamışdır. O, övladına heç vaxt anasının yanına getməməsi üçün təzyiq göstərməmişdir. Cavabdehlə qalmış digər övladı 2011-ci il təvəllüdlü Fəxri Zeynallı isə anasının yanına getmək istəmiş və onunla qalmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)3129/2019 saylı qətnaməsi qəbul olunarkən övladı 29 sentyabr 2010-cu il təvəllüdlü X1 9 yaşı olmuş, hazırda isə 11 yaşı vardır. Bu da əsas verir ki, oğlunun məhkəmə qətnaməsi ilə onun himayəsində qalması üçün yeni əsaslar yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin bildirdi ki, məhkəmə qətnaməsi ilə ondan aliment tutulsa da, oğlu Bunyat onun yanında olduğundan ona münasibətdə aliment ödəmir. Bunu icra şöbəsi də bilir və Bunyata münasibətdə ondan aliment tutulmur. Məhkəmə iclasında cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızı bildirdi ki, uşaq boşanan vaxtdan atasının yanında qalır. Ona münasibətdə aliment tutulmur. Uşaq qətnamə ilə ona verilsə də qətnamə icra olunmamışdır. Bunyat atasının yanında qalmasını istəyir. Məhkəmə iclası zamanı 29 sentyabr 2010-cu il təvəllüdlü X5 metodist- psixoloq X2 iştirakı ilə ifadəsində bildirdi ki, 6-cı sinifdə oxuyur. Hazırda atası ilə yaşayır və atasının yanında qalmaq istəyir. Anası ilə getmək istəmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5323 saylı 18.09.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı oğlu ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Qarayeva (Zeynalova) Səfayə Namət qızı 11.06.1988-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 602393 saylı 07.09.2021-ci il tarixli Arayışdan görünür ki, X5 29.09.2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh Namət qızıdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)3129\2019 saylı 26.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlunun Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, İddiaçı oğlu ilə Cavabdeh arasında 14 dekabr 2009-cu ildə 731 nömrə ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 29 sentyabr 2010-cu ildə anadan olmuş X1 və 09 dekabr 2011-ci ildə anadan olmuş X3 Cavabdeh himayəsində qalması, 23 iyul 2019-cu il tarixdən başlayaraq 29 sentyabr 2010-cu ildə anadan olmuş X1 və 09 dekabr 2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı oğlundan hər ay hər uşağa 100(bir yüz) manat, cəmi 200(iki yüz) manat miqdarında alimentin alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli 2(102)3800/2021 saylı qərarından görünür ki: Bərdə Rayon Məhkəməsinin 2(021)-3754/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.İ.Seyfullayev) iddia təmin edilərək 29.09.2010-cu ildə anadan olmuş X1 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1677/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-3754/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1677/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Təhsil Şöbəsi Mili Qəhrəman E.Kərimov adına şəhər 4 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 121 saylı 15.09.2021-ci il tarixli Arayışdan görünür ki, 29 sentyabr 2010-cu il təvəllüdlü X5 2021-2022-ci tədris ilində Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir və 2019- 2020-ci tədris ilinə dərslərə davamiyyəti daimi olmuş, pandemiya dövründə isə online dərsələrə davamlı qoşulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 24.12.2021- ci il tarixli Aktdan görünür ki, İddiaçı iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğlunun yaşadığı ev onun özünə məxsus xüsusi fərdi yaşayış evidir. Evdə qeyri-rəsmi nikahda olan arvadı X6, onların uşaqları 29.09.2010-cu il təvəllüdlü X5, 09.12.2011-ci il təvəllüdlü X7 və 20.02.2014-cü il təvəllüdlü X8 yaşayırlar. Burada uşaqların yaşayıb tərbiyə olunması və təhsil alması üçün normal şərait vardır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 27.12.2021- ci il tarixli Aktdan görünür ki, psixoloqun iştirakı ilə 29.09.2010-cu il təvəllüdlü X1 ayrılıqda yaşayan valideynlərindən hansının həmayəsində yaşamaq istəməsini müəyyən etmək məqsədi ilə fikri öyrənilərkən atası İddiaçı oğlunun və analığı X4 himayəsində qalıb yaşamaq istədiyini bildirmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının 30.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 29.09.2010-cu il təvəllüdlü X1 atası İddiaçı oğlunun himayəsində qalıb yaşaması onun mənafeyinə uyğun, məqsədəmüvafiq və qanunamüvafiq hesab edimişdir . Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 23.12.2021-ci il tarixli Aktdan görünür ki, Qarayeva (Zeynalova) Səfayə Namət qızının iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ev kürsülü olmaqla 2 yataq otağı, 1 zal, 1 mətbəx, 1 qonaq otağından ibarətdir. Ev orta təmirlidir, yaşamaq üçün normal vəziyyətdədir. Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının 28.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 29.09.2010-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş 10.09.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı oğluna “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı Mediasiya xidməti üçün 50 manat, məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflərin nikahı məhkəmə qətnaməsi ilə pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Lakin uşaqlardan Bunyat məhkəmə qətnaməsi çıxarılsa da, atasının yanında qalmış, anasının yanına getmək istəməmişdir. Hazırda iddiaçı uşağın ananın himayəsindən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. İddiaçı iddia tələbini övladı 29 sentyabr 2010-cu il təvəllüdlü X1 himayəsində qalması üçün yeni əsaslar yaranması ilə əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)3129/2019 saylı qətnaməsi qəbul olunarkən övladının 9 yaşı olmuş, hazırda isə 11 yaşı vardır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin irəli sürülməsində səhvə yol vermişdir. Belə ki, iddiaçı uşağın himayədə olma faktı barədə ərizə vermək əvəsinə, uşağın anasının himayəsindən alınıb onun himayəsinə verilməsi tələbi irəli sürmüşdür. Görünür iddiaçı mübahisə olduğundan icraatın iddia icraatı qaydasında baxılmasını istəmişdir. Lakin məhkəmə qeyd edir ki, mübahisə varsa iddia icraatı qaydasında faktın müəyyən olunmasını qanunverici qadağan etməmişdir. Bu hallar ilə bağlı məhkəmə prosesində tərəflər ilə fikir mübadiləsi olsa da, iddiaçı iddia ərizəsinə dəqiqləşmə verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işdən müəyyən olunur ki, hələ tərəflər boşanan ərəfədə onların övladı Bunyat atasının himayəsində qalmışdır. Odur ki, ananın himayəsində olmayan Bunyatın onun himayəsindən alınıb atanın himayəsinə verilməsi düzgün olmayan tələbdir. Qeyd olunan halları nəzərə alan məhkəm hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Məhkəmə hesab edir ki, mediasiya xidməti üçün ödənilən 50 manat məhkəmə xərclərinə aid olmadığından iddia tələbi bu hissədə təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qarayeva (Zeynalova) Səfayə Namət qızına qarşı “uşağın himayəyə verilməsi və mediasiya xidməti üçün ödənilən 50 manat pulun tutulması” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-288/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-288/2022
17.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver