Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2942/2021 19.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 , İddiaçı2 cavabdehlər Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına, Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə rayon Filialına qarşı “əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına, Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə rayon Filialına qarşı “əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, filial hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməz. Buna görə də Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə rayon Filialı cavabdeh qismində qeyd olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Buna görə də iddiaçılar hazırkı tələbləri ilə bağlı Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının yerləşdiyi yer üzrə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, iddiaçılar İddiaçı1 , İddiaçı2 cavabdehlər Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına, Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə rayon Filialına qarşı “əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, iddiaçılara hazırkı tələblə bağlı hüquqi şəxsin ünvanının olduğu yerə görə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 35, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına, Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Bərdə rayon Filialına qarşı “əmlakın yüklülükdən azad olunması və borc məbləğinin azaldılması “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılara hazırkı tələblə bağlı hüquqi şəxsin ünvanının olduğu yerə görə müraciət etməsi izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verilə bilər .
Məhkəmə qərarları › İş №2(021)-2942/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2942/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver