Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2958/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı qzının Cavabdeh qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh 01 mart 2008-ci il təvəllüdlü X4, 24 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment və mediasiya ödənişi olan 50 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1998-ci ildə faktiki ailə həyatı qurmuşdur, 23 fevral 2000-ci il tarixdə isə nikahlarını rəsmi qeyd etdirmişlər. Cavabdehla birgə nikahlarından övladları- 21 mart 1999-cu il təvəllüdlü qızları Quliyeva (Bayramova) Türkan Rafiq qızı, 01 mart 2002-ci il təvəllüdlü oğlu X7, 01 mart 2008-ci il təvəllüdlü oğlu X12 və 24 iyul 2009-cu il təvəllüdlü oğlu X13 anadan olmuşlar. Lakin xasiyyətləri uyğun gəlmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli, 2(021)-1051\2008 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulması haqqında qətnamə qəbul edilərkən azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ailment təyin edilməmişdir. Ona görə də nikahları pozulandan sonra aliment tutulması tələbi ilə məhkəməyə iddia qaldırmışdır. Lakin məhkəmə baxışı zamanı Cavabdeh birgə nikah zamanı tikdirdikləri evi və həyətyanı torpaq sahəsini ona bağışladığına söz verib, alimentdən imtina etməyi təklif etmişdir. O, da uşaqlarının xatirinə cavabdehin təklifi ilə razılaşmışdır və aliment tələbindən imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 19 mart 2010-cu il tarixli 2 (021)-375\2010 nömrəli qərardadı ilə onun Cavabdeh «aliment» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə də nikahları pozulandan sonra cavabdeh uşaqların saxlanması üçün onun xeyrimə aliment ödəməmişdir və uşaqları o, özüm böyütmüşdür. O, alimentdən imtina barədə ərizəni həm Cavabdeh tələbi ilə təzyiq altında məcbur olub alimentdən imtina ərizəsi yazmışdır, həm də həmin vaxt uşaqların yaşları nisbətən az idi, çətinliklə də olsa onları dolandıra bilirdi. Lakin hazırda uşaqlar böyümüşlər, onların tələbatları artıbdır, həmçinin hal-hazırda mövcud olan iqtisadi böhran şəraitində o, uşaqlara təkbaşına baxa bilmir, onları saxlamaq və tərbiyə etmək üçün maddi kömək lazımdır. Cavabdeh isə alimentdən imtina etməyinə baxmayaraq bu müddət ərzində uşaqlarına heç bir köməklik etməmişdir. Uşaqlarını dolandırmaq qayğısı onun üzərinə düşmüşdür. Maddi vəziyyəti ağırdır, onun əmək haqqı azdır, uşaqları dolandırmağa gücüm çatmır. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. O, isə bunu bilmədən alimentdən imtina ərizəsi yazmışdır. Həmçinin qanunda aliment tələbi üzrə işə xitam edilməsi, sonradan həmin tələb üzrə yenidən icra sənədi verilməsinə məhduduyyət yaratmır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanlar 14 yaşında və 15 yaşında olan 2 uşaqlarının saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 220 manat, olmaqla cəmi 440 manat aliment tutulub ona verilməlidir. X11 (Bayramova) və Sərxan Bayramov artıq yetkinlik yaşına çatmışdılar. Cavabdeh fərdi işlərlə məşğul olur, onun qazancı (gəliri) qeyri-müntəzəmdir və dəyişəndir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1978-ci ildə Ağdam rayonunda doğulmuşdur, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA 41066 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzreə nümayəndəliyi tərəfindən verilmiş 832 nömrəli, 21 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı Bərdə rayonu, Lək kəndində yaşayır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh 02 iyun xx xxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ 081079 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 01 mart 2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-İİ 324937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 24 iyul 2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-İİİ 429586 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 21 mart 1999-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-İİİ 648124 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 01 mart 2002-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş AA0477209 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 21 mart 1999-cu ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE ********** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 01 mart 2002-ci ildə Bərdə rayonunda doğulmuşdur, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1051/2008 saylı, 22 dekabr 2008-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın təmin edilməsi, X2 ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2000-ci il tarixli 47 saylı nikah qeydinin pozulması, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən hər birindən 11 manat dövlət rüsumu alınıb dövlət nəfinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhhkəməsinin 2(021)-375 saylı, 19 mart 2010-cu il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi ailə qurmuşlar. Nikahlarını 23 fevral 2000-ci ildə rəsmiləşdirmişlər. Birgə faktiki nikahlarından 21 mart 1999-cu il təvəllüdlü qızları Quliyeva (Bayramova) Türkan Rafiq qızı, 01 mart 2002-ci il təvəllüdlü oğlu X7, 01 mart 2008-ci il təvəllüdlü oğlu X12 və 24 iyul 2009-cu il təvəllüdlü oğlu X13 adlı dörd uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Uşaqlardan 21 mart 1999-cu il təvəllüdlü qızları Quliyeva (Bayramova) Türkan Rafiq qızı, 01 mart 2002-ci il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatmışdir. 01 mart 2008-ci il təvəllüdlü oğlu X12 və 24 iyul 2009-cu il təvəllüdlü oğlu X13 yetkinlik yaşına çatmamaqla, iddiaçının himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 mart 2008-ci il təvəllüdlü oğlu X12 və 24 iyul 2009-cu il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatana qədər hər ay hər uşağın saxlanılması üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin uşaq üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin alimentin tutulması 03 iyul 2023-cü il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə, 50 manat mediasiya xərci isə İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 01 mart 2008-ci il təvəllüdlü oğlu X12 və 24 iyul 2009-cu il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 03 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qismən təmin edildiyindən 44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2958/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2958/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver