Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-296/2024 04.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Uşağın himayədə saxlanması və bir uşağa ödədiyi aliment hissəsinə xitam verilməsi tələbi”nə dair mülki işə 04 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci ildə doğulmuş X5 onun himayəsində saxlanılmasına və iddia qeydiyata alındığı gündən bir uşağa görə ödədiyi aliment hissəsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2015-cu il təvəllüdlü X5, xx.xx.2016- ci il təvəllüdülü X7 adlı uşaqlar analarının yanında saxlanılmasına görə xx.xx.2021-ci il tarixdə 2(021)-1411/21 saylı qətnamə qəbul edilmişdir. Lakin 6 aydan çoxdur ki xx.xx.2015-cu il təvəllüdlü X3 anası döymüşdür, uşaq da onun yanına gəlmişdir və hazırda da onun yanındadır, getmir. Övladına o baxır. Hər uşağa 100 manat məhkəmə alimenti müəyyən edibdir. Hesab edir ki uşaq onun yanında saxlanmalıdır. Qeyd edim ki cavabdehin yaşayış yeri yoxdur. Anasının və qardaşının yanında olur. Övladlarım normal qidalanmır. Hətta cavabdeh onu özü ilə soğan, qarpız yığmağa da aparır. Bu da azyaşlı uşaqların istismar edilməsi deməkdir. Ona görə də hesab edir ki xx.xx.2015-cu il təvəllüdlü X1 onun himayəsidə saxlanılması zərurəti yaranmaqla ərizə verilidiyi tarixdən aliment öhdəliyinə 1 uşağa aid hissəsinə xitam verilməlidir. Bu barədə Bərdə mediasiyaya müraciət etmiş, lakin cavabdeh razılaşmamışdır. Ona görə də mediator xx.xx.2023 cü il tarixdə 01351 saylı imtina arayışı vermişdir ki, məhkəməyə müraciət etsin. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin İddiaçı məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.4-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Bərdə rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2015-cu il təvəllüdlü X5, xx.xx.2016ci il təvəllüdülü X7 adlı uşaqlar onun yanında saxlanılmasına görə xx.xx.2021-ci il tarixdə 2(021)-1411/21 saylı qətnamə qəbul edilmişdir. Övladlarının onun himayəsində saxlanmasını və hər ay hər uşağa görə alimentin ödənilməsini istəyir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Laçın rayonu Zorkəşiş kəndində anadan olmuşdur, Bərdə rayonu Nəsəfqulubəyli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bərdə rayonu Nəcəfqulubəyli kəndində anadan olmuşdur, Bərdə rayonu Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 1301 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayır. xx.xx.2023-cü il tarixli, MŞG/MT-032/2023-01351 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1411/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bərdə Regional “Asan” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə 558 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş 27 mart 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılmışdır. Tərəflərin birgə nikahlarından doğulmuş 27 mart 2015-ci il təvəllüdlü X5 və 15 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qəbul edildiyi tarixdən başlayaraq cavabdeh X4 hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabiq pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 11/652 saylı rəyinə əsasən göstərilir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 validyenlərinə münasibətdə eyni dərəcədə bağlılığı müəyyən olunur. X8 normal psixi inkişafı baxımından hər iki validyeni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafidir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində deyilir ki, “azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Həmin Bəyannamənin 4-cü prinsipində göstərilir : -Uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır; bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonrakı müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, xx.xx.2015-cu il təvəllüdlü X1 iddiaçının himayəsində verilməsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1411/2021 saylı qətnaməsi ilə müəyyən olunduğundan, ekspert rəyi ilə hər iki valideynə bağlılığı aşkar olunduğundan və atanın himayəsinə verilməsi tələb olunan uşağın hələ də azyaşlı olması səbəbindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı Natiq Behbudov öz tələblərini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Uşağın himayədə saxlanması və bir uşağa ödədiyi aliment hissəsinə xitam verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-296/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-296/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver