Məhkəmə qərarları › İş №2(021)-3048/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3048/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3048/2024 14.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair mülki işə 14 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat məbləğində olmaqla, cəmi 470 manat alimentin eyni zamanda xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına qədər saxlanması üçün 150 manat alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2016-cı ildə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşlar. Uzun müddət ərarvad kimi normal münasibətlərdə yaşasalar da, qaynanasına görə aralarında olan münasibətlər pisləşməyə başlamış və hal-hazırda aprel ayından ayrı yaşayırlar. Belə ki, həyat yoldaşı Cavabdeh anasının sözü ilə onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz söhbətlər yaratmışdır. Cavabdeh ayrıldıqları gündən ona heç bir yardım etmir, nə də ki övladlarına heç bir köməklik göstərmir. Övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Cavabdehin özünün iki maşını var, bir neçə evləri var, kirayə verir, obyektinin iki hissəsini icarəyə verib, bir hissəsini oyun zalı kimi özü idarə edir. Aliment ödəmək iqtidarındadır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X16 ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, göstərdi ki gəlirləri rəsmi müəyyən olunmasa da, cavabdeh obyektlərindən kifayət qədər yüksək gəlir əldə edir. Cavabdehin özü də obyektlərinin olduğunu etiraf edir. iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iki obyekti vardır. Birincisi gəlir yeri obyekti olaraq, qəssabxana kimi fəaliyyət göstərir. 60 manata icarəyə vermişdir. ikinci obyekti isə boşdur. Özü hal-hazırda işsizdir. Əvvəllər playstation olaraq fəaliyyət göstərmişdir. Cavabdeh və nümayəndəsi X11 məhkəmədə izahat verərək bldridi ki, cavabdehin heç bir gəlir yeri yoxdur və adına heç bir əmlakı yoxdur. Rəy ilə də razı deyillər. Belə ki cavabdehin icarə müqaviləsi olması onun yüksək gəlir yerinin olması mənasına gəlmir. İddiaçının göstərdiyi aliment məbləğini cavabdeh ödəmək imkanı yoxdur. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə 1 saylı mediasiya təşkilatının mediasiya sessiyasıının işirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 21.8 maddəsinə əsasən arayış verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Bərdə şəh. Bakıxanov küçəsi ev 32-də yaşayır. AZ-İV 684203 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV 053132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli 223 saylı arayışdan görünür ki, İddiaçı Ağdam rayon qeydiyyatındadır hazırda Tərtər rayon Köçərli kəndində yaşayır. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X13 ilə İddiaçı arasında Bərdə rayonunda 83 saylı rəsmi nikah aktı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı nümayəndə səlahiyyətlərini etibarnamə əsasında X12 vermişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və Məşğulluq altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 05.09.224-cü il tarixli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi PHŞ Bərdə rayon X10 hüquqi şəxsin məktubundan görünür ki, İddiaçı Bərdə rayon X10 X6 bölməsində Anestezit vəzifəsində işləyir. Karta köçürülən əmək haqqı 567.06 manat təşkil edir. 7 saylı Bərdə Ərazi İdarəsinin məlumat məktubundan görünür ki, Cavabdeh adına fərdi yaşayış evi və həyətyani torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki Cavabdeh boks məşqçisi kimi fəaliyyət göstərir. Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivinin arayışından görünür ki, Dövlə arxivində 272 saylı fondda mühafizə edilən Bərdə şəhər Bələdiyyəsinin Cavabdeh aid xx.xx.2007-ci il tarixli 12 saylı iclasının protokol çıxarışında göstərilmişdir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması barədə qərardan görünür ki, Cavabdeh və X4 ərizələri nəzərə alınaraq, Bələdiyyənin torpaq fondundan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin E.Əsədov küçəsinin şimal tərəfində olan mövcud Səadət şadlıq sarayının qərb hissəsində olan mağazalar sırasında, şimaldan həyətlərə, qərbdən və cənubdan küçə yolu ilə həmsərhəd olmalqa 10.0×10.0 m olmaqla, cəmi 100 kv/m ölçüdə torpaq sahəsi Cavabdeh 50 il müddətinə icarəyə verilmişdir. Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 1 kv/m üçün 1 manat olmaqla, hər il üçün 100 manat (bir yüz) miqdarında icarə müqaviləsi, Azərbaycan Respublikası Daçınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bərdə Ərazi idarəsindən Cavabdeh mülkiyyət hüququna dair sənəd verilməsi bağlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-nin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi nikahından xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı himayəsində yaşamaları təsdiq edildiyindən, alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 235 manat məbləğində alimentin tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddianın aliment tələbinə dair hissəsi qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat miqdarında sabit pul məbləğində alimentin tutulmasını və xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına qədər saxlanması üçün hər ay 50 manat müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 15 avqust 2024-cü il tarixdən hesablanmalıdır. AM-nin 85.1. və 85.1.1. maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş mediasiya ödənişi tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: 1.İddia qismən təmin edilsin. 2.xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 manat məbləğində olmaqla, cəmi 400 manat məbləğində aliment 15 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. 3.xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına qədər saxlanması üçün hər ay 50 manat maddi yardım 15 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh alınaraq İddiaçı verilsin. 4.İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya ödənişi iddiaçının özünə aid edilsin. 5.Qətnamə dərhal icra edilsin. 6.İddia tələbi qalan hissədə təmin edilməsin. 7.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar